Təbrik:Tibb xidməti polkovnik- leytenatı Mahir Cəfərov- 64




Tarixi boyu həkimlik sənətinə ülvi bir peşə, həkimə  isə müqəddəs bir şəxs kimi yanaşılmışdır. Sənədini mükəmməl bilən insanların sağlamlığının keşiyində  ləyaqətlə  duran, onların qayğısına qalan həkimlərin  xətrini el-oba əziz tutulmuşdur.  Hətta  el arasında müdrüik  adamları loğmanla müqayisə edirlər.
Həkim adını daşımaq nə qədər məsuliyyətli   olsa da bir o qədər də şərəflidir. Xalqının səhhətini qorumaq,  hər kəsin öz sağlamlığını və həyatın   etibar edəcəkləri qədər inamını   qazanmaq  hər insana nəsib olmur. Möcüzəli əlləri ilə insanlara şəfa bəxş edərək,xarakteri ilə səhhətlərində yaranmış  problemlərini unutduraraq  həkimlərin peşə vəzifələrinin ən ümdə  məqamlarından biridir.
Şərəfli  ömür yolu keçmiş insanların  sağlamlığını ləyaqətlə qorumuş, qayğıkeş həkim, kiçikdən böyüyə  onu tanıyanların  hər   birinin rəğbətini qazanmış peşəkar,  dürüst, vətənpərvər,  daimi döyüşçülərin (hərbi qulluqçuların) yaddaşnda qalan , gözəl insan və əlləri qızıl olan Azərbaycan Respublikasının müharibə veteranı - istefada olan   tibb xidməti  polkovnik leytenantı  Mahir Cəfərovun oktyabr ayının 19-da   dünyaya göz açdığı gündür.

Daima həyatın bütün imkanlardan alnıaçıq və üzüağ çıxan- Müharibə Veteranı istefada olan tibb xidməti polkovnik-leytenantı  Mahir Cəfərovu doğum günü münasibətilə  Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri (tibb işciləri) doğmaları,əzuzləri,iş və döyüşcü yoldaşları semimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və uzun ömur arzu edib deyirlər, Mahir həkim qoy yaşının üstə gələn bu yaş  da sizə sevinc dolu illər bəxş etsin və hər yeni günün isə  sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.

Tibb Xidməti polkovnik leytenantı Cəfərov Mahir İbrahim  oğlu 1960-cı ilin  oktyabr ayının 19-da  Azərbaycan Respublikasının Tovuz rayonunda zəhmətkeş bir ailədə anadan olub.
 Tovuz rayonunda A.S.Puşkin  adına orta məktəbi bitirdikdən sonra həmin il Azərbaycan Dövlət Tibb İnstituna daxil olub. 1983-cü ildə ali təhsilini başa vuruduqdan sonra Mahir Cəfərov təynatla Xanlar (indiki Göygöl) rayon Təcili Tibbi Yardım  Stansiyasında  həkim və   baş həkim vəzifələrində  işləyib.
1993 - 2012-ci İllərdə  tubb xidməti polkovnik leytenantı Cəfərov Mahir İbrahim oğlu   Daxili İşlər Nazirliyi Daxili Qoşunların Qaradağ və Nərimanov rayonlarında yerləşən hərbi hissələrdə ( hərbi hospitalda) tibb xidməti və   şöbə rəisi vəzifələrində Vətənə  və Xalqa  sədaqətlə xidmət edib.O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində   Daxili Qoşunların Bas İdarəsində,  hərbi hospitalında,  Həkimlərin təkmilləşmə İnstitutunda keçirilən bir çox metodiki - təlim toplanışlarda, ixtisas artırma kurslarında, xüsusi-taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.
Mahir həkim Azərbaycanın ərazi bütövlüyü uğrunda (Ağdam, Ağdərə, Füzuli rayonları istiqamətlərində )  gedən döyüşlərdə fəal  iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.O, Döyüş bölgəsində ezamiyyətdə  olduğu   müddətlərdə düşmənə qarşı döyüşlərdə iştirak fəal edib,  hərbici və  həkim adılarını sədaqətlə  yerınə yetirmişdir.
Mahir həkim düşmənə  və yaralı ərənələrimizi üstələyən ölümə qarşı mübarizədə özünəməxsus peşəkarlığı və cəsarəti ilə seçilən həkimlərimzdəndir.
Hərbi və həkim yoldaşları onu  vətənpərvər, qorxmaz, səxavətli,  insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə,    istərsə də  dost - tanış, qohum - əqraba  arasında özünə böyük hörmət qazanıb.
Yüksək ali dərəcəli Mahir həkim Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi istiqamətində, Hərbi Andın,  hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin, daxili qoşunların hərbi hospitalı  haqqında təlimatın  tələblərinin yerinə yetirilməsində bir çox hərbi qulluqçulara, həkimlərə şəxsi nümunə olmuşdur. Hippaokrat andı icən Mahir həkim    o, anda   sadiq olaraq, ona həvalə edilmiş vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Şərəfli  Xidmət yolunun 20  ildən  çoxunu  Daxili Qoşunların  hərbi hissələrində  (hospitalında)  tibb xidməti və  şöbə rəisi vəzifəsində keçirmiş və hal-hazırda  təqaüddə olan Mahir Cəfərovun Vətən qarşısında xidmətləri onu tanıyanlar tərəfindən heç vaxt unudulmayacaq.
Səmərəli fəaliyyətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Tibb şöbə rəisinin və hərbi hissə komandirlərinin (hərbi hospital rəisinin) müvafiq əmrləri ilə, əla xidmətlərə görə əlacı və yubiley  döş nişanları ilə təltif olunub, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə  mükafatlandırıb, ona təşəkkür elan edilib  və aşağıdakı medallarla  təltif edilib:
1.“Qüsursuz xidmətə görə” 3 dərəcəli medal ilə-
Silahlı Qüvvələrdə 10 təqvim ili” xidmətə görə;
 2.“Qüsursuz  xidmətə görə” 2 dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 15 təqvim ili” xidmətə görə;
 3.“Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 20 təqvim ili” xidmətə görə;

4.“Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 10 illiyi ( 1991- 2001)” yubiley  medalı ilə;

5.“Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin  90 illiyi ( 1918 - 2008 )” yubiley medalı ilə.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, MAHİR HƏKİM !

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və  Müharibə Veteranı   
polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages