Təbrik:Mübariz Hüseynov- 57



Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Nefitcala rayon şöbəsinin sədri Müharibə Veteranı-  istefada olan baş gizir   Hüseynov Mübariz  Eldar oğlunun   oktyabr ayının  15  - də dünyaya göz açdığı gündür .
  Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan müharibə veteranı- istefada olan baş gizir   Hüseynov Mübariz Eldar oğlunu doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi, Bakmiltv info-nun kollektivi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Xankəndi və Xocalı rayon şöbəsinin idarə heyətinin üzvü,  Mübarizin doğmaları, əzizləri,yaxınları, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən naliyyətlər arzulayır. 
Müharibə Veteranı- istefada olan baş  gizir  Hüseynov Mübariz Eldar oğlu  1967 - ci ilin oktyabr ayının  15- də  Azərbaycan Respublikasının  Gəncə  şəhərinin Dəmiryolcular qəsəbəsində zəhmətkeş bir ailədə dünyaya göz açıb.
1984- ci ildə   Gəncə şəhər Dəmiryolcular qəsəbəsində 40 saylı orta məktəbi,1992-ci ildə Şamaxı Müəllimlər  Texnikumunu,1998-ci ildə Türkiyə Silahlı Qüvvələrin hərbi məktəblərin  birində ixtisas artırma kursunu bitrib.Gənçə şəhər Dəmiryolçuları qəsəbə 40 saylı orta məktəbdə  müəllim işləyib.
  1985- 1987 -ci illərdə  Sovet Ordusunun Tambov Vilayətinin Jerdevka şəhərində yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olub.
1989-1991-ci illərdə Gəncə özünü müdafiə dəstələrinin tərkibində olub.
  1992 – 2008- ci İllərdə  Azərbaycan Ordusunun Şəmkir,Goronboy Beylaqan,Neftcala rayonlarında yerləşən hərbi hissələrin birində rabitə bölüyündə komanda -qərargah maşının rəisi, rabitə bölük komandirinin tərbiyəvi işləri üzrə müavini, kəşfiyyat bölük komandirinin tərbiyəvi işlər üzrə müavini,mənzil - istismar xidmətinin  rəisi vəzifələrində Vətənə və Xalqa sədaqətlə xidmət edib. 2008-ci ildə, ”Hərbi xidmətkecmə haqqında” əsasnamənin  v). bəndinə  əsasən xəstəliyə görə Azərbaycan Respubilkası Silahlı Qüvvələrdən ehtiyata  buraxılıb.
 2023- ci ilin iyul  ayının 27-dən  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin  Neftcala rayon şöbəsinin sədridir.
Azərbaycan ərazi bütövlüyü uğrunda   (Goronboy, Beylaqan və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə  fəal iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqlarının öhtəsindən layiqincə gəlmişdir.O 1992 -ci ildə  Beylaqan rayonunun ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yarlanıb.
Hüseynov Mübariz Eldar oğlu 44 günlük Vətən Müharibəsində   daimi hərbi qulluqçularmızın yanında olaraq   əlindən gələn göməkliyi onlardan əsirgəməyib.
Mübariz Hüseynov Azərbaycan ordusunda xidmət etdiyi illərdə öz tabeliyində olanlara, bir cox hərbi qulluqçulara və müharibə veteranlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, Hərbi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin Nizamnamələrinin   tələblərinin, komandirlər və rəislər tərəfindən verilən əmr və sərancamların dəqiq və sözsüz   vaxtında yerinə yetirilməsi işində daimi nümünə olmuşdur:
Azərbaycan ordusunda xidmət etdiyi illər ərzində  özünə qarşı tələbkarlıq göstərmiş,komandir hazırlığı məşğələrində həmişə fəal iştirak edərək, yekun, ümümü və təlim yoxlamalarında   əla qiymətlər almışdır.
Mübariz Hüseynov hərbi xidmətdə olduğu illər ərzində, hərbi xidmətin bütün cətinliklərinə mətinliklə tab gətirmiş, öz vəzifəsinə vicdanla yanaşmış,hərbi hissənin ictimai həyatında yaxından fəal iştirak etmiş, özünü ləyaqətli və namuslu apamış,hərbi qulluqcular arasında nümnəvi olmuş,şəxsi heyət arasında həmişə  özünə hörmət qazanmışdır.
O,öz  xidməti və ictimai vəzifələrini  yerinə yetirərkən  fəriqləndiyinə və hərbi xidmət keçdiyi  dövrdə  göstərdiyi digər xidmətlərə görə,  fərmanlarla, qiymətli hədiyyələrlə (pul mükafatı ilə) mükafatlandırlıb, ona təşəkkür elan edilib  və aşağıdakı medallarla təltif edilib:
1.”Azərbaycan Respubilkasının  Silahlı Qüvvələrin 10 illiyi (1991-2001)” yubiley medalı ilə;
2.”Qüsursuz xifmətə görə” 2 -ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
3.”Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə; 
4." Müharibə Veteranı" medalı ilə;
5.”Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin 25 illiyi    (  1994 - 2019)”yubiley medalı ilə;
6."Azərbaycan Ordusunun  100 iliyi ( 1918 - 2018)” yubiley  medalı ilə;
7." Böyük Zəfər” medali ilə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN MÜBARİZ!
 ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
 HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
   

Hiç yorum yok:

Yorum Gönder

Pages