Təbrik:Mayor Yalçın Suleymanov- 55



 
 Peşəkarlığı, humanistliyi və səmimiyyəti ilə seçilən- ehtiyatda olan mayor  Suleymanov Yalçın Məhəd oğlunun Oktyabr  ayının  20-də  dünyaya göz açdığı gündür.
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan- ehtiyatda olan  mayor Suleymanov Yalçın Məhəd oğlunu belə bir əlamətdar gün münasibətilə  Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri, doğmaları, yaxınları və iş yoldaşları  səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı və uzun ömur arzu edib deyirlər, Yalçın qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu illər bəxş eləsin, hər yeni günün isə  sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Mayor Suleymanov Yalçın Məhəd oğlu 1969-ci ilin   oktyabr  ayının 20-də Qazax  rayonunun 2-ci Şıxlı kəndində zəhmətkeş  bir ailədə  anadan olub.
1987-cı ildə Qazax rayonun 2-ci  Şıxlı   kənd   orta məktəbini, 1993-ci ildə  Azərbaycan Dövlət Neft Akademiyasını,1999-cu ildə isə Daxili işlər Nazirliyinin  Daxili Qoşunların Baş İdarəsinin döyüş hazırlığı idarəsinin Xəzər rayonunda yerləşən təlim- tədris mərkəzində zabit heyətin hazırlığı  kursu bitirib.O,Daxili Qoşunlarda xidmət  etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində keçirilən bir cox  təlim- metodiki toplanışlarda, xüsusi taktiki təlimlərdə, nümnəvi-göstərici məşğələlərdə,müvafiq kurslarda seminar və konfranslarda fəal iştirak  edib.Hərbi təcürbə nübadiləsi əldə etmək məqsədilə Türkiyə Jandarma Qüvvələrində  işgüzar səfərdə olub.
1988-1989-cu illərdə Sovet ordusunda həqiqi hərbi xidmətdə olub.
1994-2013 -ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Gəncə, Sumqayıt  şəhərində,Füzulli, Qazax, Hacqabul, Nərmanov,Bərdə və Lənkaran    rayonlarında yerləşən hərbi hissələrində və ayrıça yerləşən əlahiddə bölmələrdə  taqım komandiri,bölük  komandiri, mənzil- istismar xidməti rəisi   vəzifələrində Vətənə və Xalqa sədaqətlə xidmət etmişdir.
Yalçın Suleymanov  öz tabeliyində olanlara Azərbaycan Respubilkasının Konstitusiyasına və qanunlarına əməl edilməsi,Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti  nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Qanunvericiliklə müəyyən  edilmiş qaydada  Daxili Qoşunlara və hərbi hissələrə həvalə olunmuş vəzifə və tapşırıqıarın yerinə yetirməsində,hərbi təchizat anbarların,xüsusi yüklərin,dövlət əhmiyətli obyektlərin və inzibati binaların mühafizəsində,şəhərlərdə,yaşayış  məntəqələrində  və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorunmasında və ictimai təhlükəsüzliyin təmin ediıməsində, yaşayış məntəqələrində  kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, axtarışda olan şəxslərin axtarılmasında ,tutulmasında və zərərsizıəşdirilməsində,qəzalar,bədbəxt hadisələr, yanğınıar, təbii fəlakətlər və başqa fövqalədə hallar habelə hərbi vəziyyət və  komendant saatı zaman hüquqi rejimin təmin edilməsində, dövlətin ərazi bütovlüyünün təmin olunmasında Yalçın  Suleymanov  üzərinə düşən vəzifə və tapşırıqları  layiqincə yerinə yetirmişdir.   
Öz xidməti vəzifələrini və hərbi hissə  qarşısında qoyulmuş vəzifə və tapşırıqları yerinə yetirərkən xüsusi fəriqləndiyinə görə, Daxili İşlər Nazirinin,Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin  müvafiq əmirləri ilə əla xidmətlərə  görə  əlacı və yubiley döş nişanıları  ilə təltif olunub,bir çox ox fərmanlarla ,qiymətli hədiyyələrlə mükafatlandırlıb,  ona təşəkkur elan edilib və aşağıdakı medallarla təltif edilib:
1.”Qüsursuz xidmətə görə”  2 -ci  dərəcəli medal ilə -Silahlı Qüvvələrdə  15 təqvim ili xidmətə görə;
2.”Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 10 təqvim  ili xidmətə görə;

3.”Azərbaycan Respublikası Silahlı Qüvvələrin  10 illiyi (1991-2001)”  yubiley medlalı  ilə;
4.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrin   90 illiyi (1918-2008)” yubiley medalı ilə;

YUBİLEY GÜNÜN MÜBARƏK OLSUN YALÇIN !
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
 Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı  polkovnik Salman Musayev


Hiç yorum yok:

Yorum Gönder

Pages