Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarının həyatında öz dəst-xətti olan, yüksək peşəkarlığı, vətənpərvərliyi, sadəliyi və səmimiyyəti ilə seçilən, ehtiyatda olan mayor Sahib Məmmədovun noyabr ayının 1 - də dünyaya göz açdığı gündür.
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan - ehtiyatda olan mayor Sahib Məmmədovu belə bir əlamətdar gün münasibətilə Din-in Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, kollektivi , onun doğmaları, yaxınları və iş yoldaşları səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər,Sahib qoy hər yeni yaşınız sizə sevincdolu günlər bəxş etsin, hər yeni iliniz isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Mayor Məmmədov Sahib Babakişi oğlu 1980-ci ilin noyabr ayının 1 -də Bakı şəhərində zəhmətkeş bir ailədə
anadan olub.
1997 - ci ildə Bakı şərər 272 saylı tam orta məktəbi,
2002-ci ildə Azərbaycan Milli Aviasiya Alademiyasını bitrib.Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində 2011 və 2012 ci illərdə Ukrayna Dövlət Aviasiya Universitetində,2014 - cü ildə isə Türkiyə Milli Müdafiə Universitetinin Hərbi Hava məktəbində ixtisas artırma kurslarda olub.Sahil Məmmədov Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində keçirlən bir cox təlim- metodiki toplanışlarda, xüsusi- taktiki təlimlərdə,seminar və konfranslarda fəal iştirak edib.
2002-2022 - ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Nərmanov,Sabuncu,Binəqədi və Qaradağ rayonunda
yerləşən hərbi hissələrdə taqım komandiri,bölük komandirin texniki hissə üzrə müavini,
bölük komandiri,avtomobil və zirehli texnika xidməti rəisi, eksadriya hərbi hissəsində isə hərbi hissə komandirinin birinci müavini-qərargah rəisi vəzifələrdə Vətənə və Xalqa sədaqətlə xidmət edib.Sahil Məmmədov hal-hazırda Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil mərkəzində müəllim
vəzifəsində işləyir.
Sahib Məmmədov Din-in Daxili Qoşunlarıda xidmət etdiyi illər ərzində Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin və hərbi qulluqçuların etik davranış kodeksinin tələblərinin, əmr və sərəncamların dəqiq və sözsüz yerinə yetirilməsi işində öz tabeliyində olanlara və bir cox hərbi qulluqculara səxsi nümunə olmuşdur.
Qanunvericiliklə müəyyən edilmiş qaydada DİN- in Daxili Qoşunlarına həvalə edilmiş vəzifə və tapşırıqların yerinə yetirilməsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai təhlükəsizliyin təmin edilməsində və ictimai asayişin qorunmasında, dövlət əhmiyətli obyektlərin, inzibatı binaların və hərbi təchizat anbarların mühafizə olunmasında, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizənin təşkilində, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, qəzalar,bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa fövqəladə hallar, habelə fövqəladə vəziyyət və komendant saatı zamanı hüquqi qaydalarının təmin edilməsində, dövlətin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hərbi hissə komandirinin müvafiq əmrləri ilə bir çox fərmanlarla və qiymətli hədiyyələrlə, əlaçı və yubiley döş nişanları ilə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanmasında, respublikada əmin - amanlığın təmin edilməsində, ictimai əsayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən xüsusi fəriqləndiyinə görə aşağıdakı medallarla təltif olunub:
1."Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90 illiyi (1918- 2008)” yubiley medalı ilə;
2."Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 95 - illiyi (1918 -2013)” yubiley medalı ilə;
3.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrin 100 illiyi (1918-2018)”yubiley medalı ilə;
4."Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
5."Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medal ilə
- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
6.”Qüsursuz xidmətə görə” 3 -cü dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.
Hərbi və iş yoldaşları Şabib Məmmədovu vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsədə dost - tanış , qohum - əqraba arasında özünə böyük hörmət qazanıb.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN SAHİB!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respubilkasının
Silahlı Qüvvələr
və Müharibə
Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder