Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarının həyatında öz dəst-xətti və xüsusi xidmətləri olan, peşəkar jurnalist, xeyirxah , zəhmətkeş, vətənpərvər və iş yoldaşları ilə daimi isti münasibətdə olan, Azərbaycan Respublikasının müharibə veteranı, jurnalistlər və yazıçılar birliyinin üzvü, qızıl qələm mükafatı laureatı, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Nərimanov rayon şöbəsinin üzvü- istefada olan mayor Mərdan Hüseynlidir. (Hüseynovdur ). Noyabr ayının 1-də onun dünyaya göz açdığı gündür.
Daimi həyatın imtahanlarından alını açıq və üzüağ çıxan-mayor Mərdan Hüseyinlini belə bir əlamətdar gün, münasibətilə Din-in Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, kollektivi, onun doğmaları,yaxınları,iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı və uzun ömür arzilayırlar.
Azərbaycan Respublikasının müharibə veteranı- istefada olan mayorMərdan Hüseyinli (Hüseynov)
1964 -cü ilin noyabr ayının 1-də Tovuz rayonunun Pələkli kəndində zəhmətkeş bir ailədə anadan olub.
Mərdan Hüseyinli Baki Dövlət Ünversitetinin «Filologiya»fakultəsini ,Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib. İxtisasna uyğun müxtəlif mətubat orqanlarında işləyib. 1993-cü ilin yanvar ayından etibarən Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsində «Əsgər » qazetində müxbür və məsul katib vəzifələrində xidmət edib.
Mərdan Hüseyinli təhsildə və həyatda qazandığı ən məhsuldar bilik və baçarığını xalqımızın və dövlətimizin xeyirinə əsirgəməmiş ,öz vətənpərvər şeir və yazılarında hərbiçiləri qələbəyə ruhlandırmışdır. Məhz ön cəbhədə qaynar nöqtələrdən hazırladığı uğurlu yazılarna görə Qızıl qələm mükafatına layiq görülmüşdür.
Mərdan Hüseyinli «Azərbaycan Ordusu » və»Sərhəd » qazetləri redaksiyaları ilə sıx əməkdaşlıq etmiş, ön cəbhədən hazırladığı məqalə və reportajları Azərbaycan Radiosunun hərbi vətənpərvərlik verlişlərində səsləndirmək gənclərə yüksək vətənpərvərlik hissi aşılamışdır.
O, öz şəxsi nüfuzu və yaxşı dost yaradıcı heyətin köməkliyi ilə, maddi və texniki vasitələrin çatışmazlğı səbəbindən «Əsgər «qəzetinin bağlanması təhlükəsinin qarşısını ala bilmişdir.
Mərdan Hüseynli həmişə düşmənə qarşı son uğurlu əməliyyatlara qədərki, dövurlərdə, belə öz yaradıcılığında Silahll Quvvələrin Ali Baş Komandanımızın qətiyyətli rəhbərliyi və xilaskar ordu quruculuğumuza, böyük və qəti qələbəmizə yenilməz inamını xüsusi nikbinliklə tərənnüm etmişdir. Budur xalqımızın bu, yüksək inamı nəticəsində düşmənlər üzərində öz möhtəşəm qələbəmizə qovuşduq .
Böyük rus yazıçısı A.Fadeyev yaradıcı insanların -şair, rəssam, bəstəkarların ömürlərini hər iki tərəfi yanan şama bənzədərək : » Bu cür insanlar öz ömürləri iləyanaşı xalqının ömüründə yaşayırlar»,- demişdir. Biz də Mərdan Hüseyinliyə əbədi yaradıcılıq sevinci arzulayırıq.
Mayor Mərdan Hüseynli Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxiili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin yerinə yetirilməsi işində bir çox hərbi qulluqçulara şəxsi nümunə olaraq Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.
Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxili Qoşunlara həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində,şəhərdə,yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində, ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində,yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtşaşların qarşısının alınmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində,qəzalar,bədbəxt hadisələr,yanğınlar,təbi fəlakətlər və başqa fövqaladə hallar, habelə fövəziyyət və komendat saatı zamanı hüqüqi rejim tədbirlərinin həyata keçirilməsində ona həvala edilmis vəzifələrin öhdəsindən layiqincə gəlmişdir.
Azərbaycan Respublikasının müharibə veteranı- istefda olan mayor Mərdan Hüseyinli xidməti vəzifələrinin icrasına məsuliyyətlə yanadığına görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nisanlarıilə, pul mükafatları ilə və bir çox fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Öz xidməti vəzifələrinin yerinə yetirilməsində xüsusi fəriqləndiyinə görə Daxili İşlər Nazirinin müvafiq əmrləri ilə Azərbaycan Respublikasının Prezidenti adından bir sira medalarla təltif edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, MƏRDAN!
100 (YÜZ) YAŞA SAĞLAM YAŞA!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder