Təqvimdə hər bir insanın özəl bir günü olur.İnsan özünü bu gübün qəhramanı hiss edir. Bir növ hər keçən il insan məsuliyyətini artırır.Belə insanlardan biridə- ehtiyatda olan mayor İsgəndərov Əli Mürsəl oğludur.Noyabr ayının 1-də onun dünyaya göz acdığı gündür.Belə bir əlamətdar gün münasibətilə Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, kollektivi, onun doğmaları və iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən nailiyyətlər arzu edib deyirlər, Əli qoy yaşınızın üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin və hər yeni gününüz isə sizi ötən günlərdən daha gözəl, istəklərinizə uyğun dahada xoşbəxt keçsin.
İsgəndərov Əli Mürsəl oğlu 1968 -ci illin noyabr ayının 1-də Naxçıvan Muxtar Respublikasında zəhmətkeş bir ailədə anadan olub.
Mayor İsgəndərov Əli Mürsəl oğlu 1986-ci ildə orta məktəbi, 1994-ci ildə Azərbaycan İnşaat mühəndisləri İnstitutunu, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində isə Daxili Qoşunların Baş İdarəsinin döyüş hazırlığı idarəsinin Xəzər rayonunda yerləşən təlim -tədriis mərkəzində zabitlərin ixtisas artırma kursunu bitrib.
1986-1988-ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Sverdlovski vilayətində yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olub.
1998-2016-ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Naxçıvan Muxtar Respublikasında və Quba rayonunda yerləşən yerləşən əlahiddə birqadada və alayda müxtəlif vəzifələrdə xidmət edib.
Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxiıi Qoşunlara həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində,şəhərdə,yaşayış məntəqələrində,kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində,cinayətkarlığa qarşı mübarizədə, yaşayış məntəqələrində kütləvi iğtşaşların qarşısının alınmasında, dövlətin ərazi bütövlüyün təmin edilməsində,qəzalar,bədbəxt hadisələr,yanğınlar,təbbi fəlakətlər və başqa fövqəladə hallar, habelə fövqəladə vəziyyət və komendant zamanı hüqüqi rejim tədbirlərinin həyata keçirilməsində ona həvala edilmiş vəzifələrin öhdəsindən layiqincə gəlmişdir.
Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin yerinə yetirilməsi işində tabeliyində olanlara və bir çox hərbi qulluqçulara şəxsi nümunə olaraq Vətənə və Xalqa sədaqətlə xidmət etmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi-döyuş keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai siyası hazırlığında ,hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna görə və hərbi vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığna görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,təlim -tədriis mərkəzi rəsinin, hərbi hissə komandirinin və onun müavininlərnin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubliey döş nisanları ilə, pul mükafatları ilə, bir çox fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Öz xidməti vəzifə borclarını və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən xüsusi fəriqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından aşağıdakı medallarla təltif olunub:
1.”Qüsursuz xidmətə görə” 1ci-dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
2.”Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 15 -təqvim ili xidmətə görə;
3.”Qusursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
4.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 10 -illiyi (1991-2001)” yubiley medalı ilə;
5.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90- illiyi (1918-2008) yubiley medalı ilə;
6.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 95-illiyi (1918-2013)” yubiley medalı ilə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN ƏLİ !
ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN
DAİMA XOŞBƏXT VƏ FİRAVAN YAŞA.
ÖMRÜN UZUN OLSUN 100 YAŞA.
Azərbaycan Respubilkası Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev.
Hiç yorum yok:
Yorum Gönder