Təbrik:Mayor Elnur İbrahimov- 53



Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının  həyatında öz dəst - xətti olan, yüksək  peşəkarlığı, humanistliyi, dərin zəkası, gözəl nitq qabiliyyəti,  vətənpərvərliyi, sadəliyi, səmimiyyəti , dəqiqliyi, təmkinliyi,  insanpərvərliyi  və təşkilatclıq bacarığı ilə  seçilən, ömrünün ən məhsuldar dövrünü Daxili Qoşunlarda keçirmiş hörmətli  veteranmız- ehtiyatda olan mayor  İbrahimov Elnur Hamlet  oğlunun  oktyabr  ayının  11 - də dünyaya göz açdığı gündür.
 Daimi həyatın imtahanlarından alnıacıq və üzüağ cıxan -mayor İbrahimov Elnur Hamlet oğlunu  belə bir əlamətdar gün münasibətilə  Daxili Qoşunların  istefada  və ehtiyatda olan zabitləri,doğmaları və iş yoldaaşları  səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və  həyat yollarında bitib - tükənməyən naliyyətlər arzu edib deyirlər, Elnur qoy  hər yeni yaşınız  sizə sevincdolu illər bəxş etsin, hər yeni günüz isə  səni istəklərinizə qovuşduraraq daha da xoşbəxt etsin.

Mayor İbrahimov Elnur  Hamlet  oğlu    1971 - ci ilin oktyabr ayının 11-də  Gəncə şəhərində ziyali ailədə anadan olub.

1988-ci ildə  Gəncə şəhər Mikayıl Müşviq  adına 42 saylı orta məktəbini (fəriqlənmə  ilə),  1991 -ci ildə Ukrayna respublikasınının Donetski şəhərində A.A.Yepışev  adına hərbi ali siyasi mühəndislər və rabitəçilər  məktəbini,  2000 - ci ildə isə Daxili  işlər Nazirliyinin Daxili Qoşunların Xəzər rayonunda yerləşən təlim tədris mərkəzində zabitlərim  təhkimləşdirmə  kursunu bitirib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində  Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində  kecirlən  bir çox  təlim -metodiki toplanışlarında, xüsusi - taktiki təlimlərdə, nümunəvi göstərici məşğələlərdə, komanda -qərargah məşqlərində, müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.

1993  - 2015 ci illərdə  Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Gəncə şəhərində, Quba,Zakatala və Bərdə rayonlarındayerləşən  hərbi hissələrində   böluk komandirinin tərbiyəvi işləri üzrə müavini,tabor komandirinin tərbiyəvi işləri üzrə müavini,  hərbi hissənin  tərbiyə bölməsinin rəisi-baş təlimatcı vəzifələrində Vətənə və Xalqa sədaqətlə  xidmət edib.
 mayor  İbrahimov Elnur Hamlet oğlu  Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində  hərbi təcürbə mübadiləsi əldə etmək üçün Türkiyə Cümhuriyyətinin  Jandarma Qüvvələrinin Ankara, İstanbul və İzmir (Foce) şəhərində yerləşən  hərbi məktəblərdə və hərbı hissələrdə işgüzar səfərdə olub.

Elnur Hamlet oğlu İbrahimov   Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara və  bir cox hərbi qulluqculara Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, hərbi andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.

Qanunvericilik ilə müəyyən edilmiş qaydada Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, mühüm dövlət obyektlərin, xüsusi yüklərin mühafizə olunmasında yaşayış məntəqələrində  kütləvi  iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, birləşmiş silahlı dəstələrin axtarışında və  zərərsizləşdirilməsində,şəhərlərdə,  yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai asayişin təhlükəsizliyinin təmin edilməsində   və ictimai asayişin qorunmasında, fövqəladə hallar  zamanı hüquqi rejimin təmin edilməsində, qəzaların,bədbəxt hadisələrin, yanğınların, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.

Öz  vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə    Daxili İşlər Nazırin,  Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,  Ali Hərbi Məktəb rəisinin,  hərbi hissə komandirinin  müvafiq əmrləri ilə              əla xidmətlərə görə əlacı   və yubiley döş nisanları  ilə təltif olunub, bir cox fərmanlarla, qiymətli hədiyyələrlə  mükafatlandırlıb  və ona təşəkkür  elan edilib.

Hərbi yoldaşları  Elnur İbrahimovu vətənpərvər, qorxmaz, səxavətli, əliacıq,  zəhmətkeş,  ən gözəl ailə başçısı, qətiyyətli, qayğıkeş insan və nüfuzlu zabit kimi dəyərləndirirlər. O, təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və çalışdığı  mühitdə, istərsə də qohum- əqrəba, dost - tanış  arasında özünə layiqli hörmət qazanıb.

Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün  qorunub saxlanmasında, Respublikada əmin - amanlığın təmin edilməsində, ictimai  asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə  öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medallarla təltif olunub:

1."Azərbaycan Respubilkası  Silahlı Qüvvələrinin  10 illiyi ( 1991 - 2001)” yubiley medalı ilə;

2."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90 illiyi  ( 1918 - 2008 )” yubiley   medalı ilə;

3.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin  95 illiyi (1918-2013)” yubiley  medalı ilə,

4."Qüsursuz xidmətə görə "3-cü dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;

5."Qüsursuz  xidmətə görə "2-ci dərəcəli medal  ilə -Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;

6."Qüsursuz xidmətə ğörə "1 -ci dərəcəli medalı ilə -Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;

7.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələr Veteranı” medalı ilə.

DOĞUM  GÜNÜN MÜBARƏK OLSUN ELNUR1

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı  polkovnik Salman Musayev




Hiç yorum yok:

Yorum Gönder

Pages