İnsan üçün ən yaddaqalan illərdən biri onun doğum günüdür. Belə insanlardan biridə peşəkarlığı, hümanistliyi, və səmimiyyəti ilə seçilən, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Zərdab rayon şöbəsinin sədri- istefada olan polis kapitanı Həsənov Seyfi İnqlab oğludur. Oktyabr ayının 27-də onun doğum günüdür.
Daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan - istefada olan polis kapitanı Seyfi İnqlab oğlu Həsənovu doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi,Bakımltv info-nun kollektivi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin idarə heyəti səmimi qəlbdən təbrik edir, ona həyatda insan ucun ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər,
Seyfi müəllim qoy yaşının üstə gələn bu da yaş da sənə sevincdolu illər bəxş etsin, hər yeni günü isə onu istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Seyfi Həsənov 1958-ci ilin oktyabr ayının 27 -də Azərbaycan Respublikasının Ucar rayonun Lək kəndində zəhmətkeş ailədə anadan olub.
O, 1975 ci ildə Ucar rayonunda orta məktəbi bitirib.
1977- 1979 cu ildə Sovet Ordusunda müddətli həqiqi hərbi xidmətə olub. Hərbi xidməti başa vurduqdan sonra uzun illər Rusiyada və Ukraynanın Xarkov şəhərində yaşayıb və orada işləyib.
1992- 1995 ci ilərdə Azərbaycan Respublikasının Daxili işlər nazirliyinin Ucar rayon Polis şöbəsində post- patrul xidməti bölüyün kamandiri vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət edib.
1998 -ci ildən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) səlahiyyətli nümayəndəsi və AVMVİB Zərdab rayon şöbəsinin sədri vəzifəsindədir.
1989- cu ildə Qarabağ münaqişəsi növbəti alovlananda, Seyfi Həsənov, Xarkov şəhərində könüllü olaraq döyüşlərə qatılmaq üçün vətənə qayıtdıqdan sonra Azərbaycanda könüllülərdən ibarət yaradılan birləşmələrin tərkibinə yazılaraq, döyüşə qatlır.
1990-1994- cü illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda ( Erk əc, Mənşid və Buzluq kəndləri, Goronboy, Tərtər, Şuşa, Laçın, Füzuli və Cəbrayıl rayonları istiqamətlərində) gedən döyüşlərdə fəal iştirak edərək, ona həvalə edilmiş vəzifə və tapşırıqlarının öhtəsindən layiqincə gəlmişdir.
O,Göygöl (kecmiş Xanlar) rayonunun Çayкənd, Azad və Komo kəndlərinin düşməndən azad edilməsində yaxından iştirak edib.
Polis kapitanı Seyfi Həsənov Daxili işlər orqanlarında xidmət etdiyi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Zərdab rayon şöbəsinin sədri vəzifəsini yerinə yetrdiyi illər ərzində, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi (Polis) Andının, Daxili işlər nazirliyinin İntizam və Post Patrul Xidməti nizamnamələrinin, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Nizamnaməsinin tələblərinin dəqiq və sözsüz yerinə yetirilməsi işində öz tabeliyində olanlara və polis əməkdaşlarına daimi nümünə olmuşdur.
İş və döyüşcü yoldaşları Seyfi İnqlab oğlu Həsənovu vətənpərvər, qoruxmaz, saxavətli, əliacıq və zəhmətkeş insan kimi dəyərləndirirlər.O, istər təhsil aldıgı orta təhsil məktəbdə , istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsədə dost- tanış, qohum — əqrəba arasında özünə layiq böyük hörmət qazanıb.
44 günlük Vətən müharibəsində Seyfi Həsənov hərbi qulluqçularmızın yanında olaraq, onlara həvalə edilmiş vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Xidməti və ictimai vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə Azərbaycan Respublikasının Daxili işlər Nazirin, onun müavinlərinin, Ucar rayon Polis şöbəsinin rəisinin, Müdafiə Nazirinin, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədrinin müvafiq əmrləri müvafıq döş nişanları ilə, fəxri fərmanlarla, qiymətli hediyələrlə mükafatlandırlıb,ona təşəkkür elan edilib və aşağıdakı medallarla təltif edilib:
1.”Böyük zəfər” medalı ilə;
2.” Milli ordunun 100 illiyi (1918 — 2018)” yubiley medalı ilə;
3.”Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin 25 illiyi (1994- 2019)” yubiley medalı ilə;
4.”Müharibə Veteran” medalı ilə ;
5.” Cəmşid Naxçıvanski” adına medalı ilə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, SEYFİ MÜƏLLİM!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Hiç yorum yok:
Yorum Gönder