Təqvimdə hər bir insanın özəl,ona aid bir günü olur.İnsan özünü bu günün qəhramanı hiss edir.Bir növ hər keçən il insan məsuliyyətini artırır.Belə insanlardan biridə peşəkarlığı,dərin zəkası,gözəl nitq qabiliyyəti,səmimiyyəti,sadəliyi,səmərəli fəaliyyəti,təmkinliyi,dəqiqliyi,işgüzarlığı,vətənpərvərliyi,yüksək intellektal səviyyəsi,iradi və mənəvi keyfiyyətləri ilə seçilən, hörmətli veteranmız- istefada olan kapitan Məmmədov Fikrət Əmir oğlunun oktyabr ayının 14-də dünyaya göz açdığı gündür.
Daimi həyatın bütün imtahanlarından alınıaçıq və üzüağ çıxan,Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin Qəbələ rayon şöbə sədirinin ictimai işlər üzrə müavini -istefada olan kapitan Fikrət Əmirovu belə bir əlamətdar gün nünasibətilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri, kollektivi, onun doğmaları,yaxınları, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir,insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən naliyyətlər arzu edib deyirlər, Fikrət müəllim qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu illər bəxş etsin və hər yeni günün isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Qəbələ rayon şöbəsinin sədrinin ictimai əlaqələr üzrə müavini, 1 ci qurup əllil- istefada olan kapitan Məmmədov Fikrət Əmir oğlu 1958-ci ilin oktyabr ayının 14-də Qəbələ rayonun Vəndam qəsəbəsində zəhmətkeş bir ailədə anadan olub.
Fikrət Əmir oğlu Məmmədov 1975 -ci ildə Qəbələ rayonun Vəndam kənd orta məktəbini, 1981 -ci ildə isə Bakı ( indiki Azərbaycan) Dövlət Universitetinin tarix fakültəsini bitirib.
1981 - 1992 -ci ilərdə Qəbələ rayonunda müəlim, rayon komsomol və partiya təşkilatının katibi işləyib.
1993-1999-cu illərdə, Din-in Daxili Qoşunların Binəqədi və Nərmanov rayonlarında yerləşən hərbi hissələrində bölük və tabor komandirinin tərbiyəvi işləri üzrə müavini,Daxili Qoşunların Baş İdarəsinin Tərbiyə (Mənəvi- pisxoloji hazırlığı) şöbəsində baş zabit vəzifələrində Vətənə və Xalqa sədaqətlə xidmət edib.
1999- 2015 -ci illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon şöbəsində müvafiq vəzifədə işləyib.O, 2022 - ci ilin avqust ayından etibarən, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Qəbələ Rayon şöbə sədrinin ictimai əlaqələr üzrə müavinidir.
Hərbi yoldaşları Fikrət Məmmədovu vətənpərvər, qoruxmaz, saxavətli, insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsədə dost - tanış , qohum - əqraba arasında özünə böyük hörmət qazanıb.
Öz taveliyində olanlara Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin,əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümünə olmuşdur.
Fikrət Məmmədov Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxili Qoşunlara həvəla olunmuş vəzifə və tapşırıqların öhtəsindən layıqincə gəlmiş, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə isə fəal iştirak etmişdir.Müharibə Veteranıdır.
Öz xidməti və və ictima vəzifələrini yerinə yetirərkən xüsusi fəriqləndiyinə görə, Daxili işlər nazirin,Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin, hərbi hissə komandirinin, AVMVİB -in Qəbələ rayon şöbə sədirinin müvafiq əmirləri ilə bir sıra medallarla, əla xidmətlərə görə, əlacı və yubiley döş nişanları ilə təltif olunub, fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkur elan edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN FİKRƏT MÜƏLLİM!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder