Təbrik: Tibbi xidməti polkovnik leytenantı Urfan Mustafayev -59



Tarixi boyu həkimlik sənətinə ülvi bir peşə, həkimə isə müqəddəs bir şəxs kimi yanaşılmışdır. Sənədini mükəmməl bilən insanların sağlamlığının keşiyində  ləyaqətlə duran, onların qayğısına qalan həkimlərin xətri el-oba əziz tutulmuşdur.  Hətta  el arasında müdrüik  adamları loğmanla müqayisə edirlər.
Həkim adını daşımaq nə qədər məsuliyyətli   olsada bir o qədər də şərəflidir. Xalqımın səhhətini qorumaq,  hər kəsin öz sağlamlığını və həyatın etibar edəcəkləri qədər inamını   qazanmaq  hər insana nəsib olmur. Möcüzəli əlləri ilə insanlara şəfa bəxş edərək, xarakteri ilə səhhətlərində yaranmış   problemlərini unutduraraq onların etimadını qazanmaq  həkimlərin peşə vəzifələrinin ən ümdə  məqamlarından biridir.

 Şərəfli ömür yolu kecmiş, insanların sağlamlığını ləyaqətlə qorumuş  və  qayğıkeş həkim kiçikdən-böyüyə onu tanıyanların hər birinin rəğbətini qazanmış, dürüst, vətənpərvər,  gözəl insan və əlləri qızıl olan, müharibə veteranı- istefada olan  tibb xidməti polkovnik- leytenantı Urfan  Mustafayevin   oktyabr ayının  16- da dünyaya göz açdığı gündür.
      
Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarının həyatında tibb xidməti sahəsində  öz dəst -xətti olan, daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan- istefada olan tibb xidməti polkovnik - leytenantı Urfan Lətif oğlu Mustafayevi belə bir əlamətdar gün münasibətilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri, kollektivi, (tibb işciləri), doğmaları,yaxınları,iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ucun ən şirin nemət olan möhkəm cansağlığı və uzun ömur arzu edib deyirlər, Urfan həkim qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu illər bəxş etsin, hər yeni günün isə   sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.

Yüksək peşəkarlığı ,dərin zəkası,gözəl nitq qabiliyyəti və səmiyyəti ilə seçilən,həmişə müasir müalicə üsullarına can atan həkim- tibb xidməti polkovnik leytenantı Mustafayev Urfan Lətif oğlu 1965  -ci ilin  oktyabr   ayının 16 -da qədim qəhrəmanlar diyarı Gəncə şəhərində zəhmətkeş bir ailədə anadan olub.

1982- ci   ildə Gəncə şəhərində orta məktəbi,1993-cü  ildə isə  Bakı şəhərində   Azərbaycan Dövlət Tibb İnstitutunu bitrib.Əziz Əliyev adına Azərbaycan Dövlət həkimlərin təkmilləşmə institutunda  dəfələrlə müvafiq  kurslarda  olub. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində (hərbi hospitalında) kecirlən bir çox  bir çox  təlim-metodiki toplanışlarda, xüsusi -taktiki təlimlərdə,semnar və konfranslarda fəal iştirak edib.
1984- 1986 cı illərdə  Sovet ordusunda müddətli həqiqi hərbi xidmətdə olub.
1993-2020-ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının  Gəncə şəhərində, Hacıqabul və Bərdə rayonlarında yerləşən hərbi hissələrində   tibb        məntəqəsinin rəsi və  tibb xidmət  rəisi,   Daxili Qoşunların  hərbi hospitalının reanimasiya şöbəsində ordinator,  Daxili Qoşunların Baş İdarəsinin Tibb şöbəsində isə baş zabit vəzifələrində Vətənə  və Xalqa  sədaqətlə xidmət edib.
Səmərəli fəaliyyəti,təşkilatçlıq bacarığı,yüksək intellektual səviyyəsi,iradi və mənəvi keyfiyyətləri ilə seçilən,sadə,mehriban, təvazökar, gözəl insan Ürfan həkim Daxili Qoşunlarda  xidmət etdiyi dövrdə, dəfələrlə ön cəbhədəki hərbi səhra lazaretində olmuş, burdakı yaralılara ilkin tibbi yardım göstərmişdir.  Birbaşa ön mövqedə  döyüşcülərlə bir yerdə olub, yaralara yeganə ümüd verən Urfan həkim peşəsindən irəli gələn vəzifə borclarını vicdanla yerinə yetirmişdir. Vətənə təmənnasız xidmətləri ilə qanlı döyüş meydanlarında yaralıların ona olan ümidini ürəkacan əməllərlə doğurmuşdur .
Hərbi və həkim yoldaşları Urfan həkimi  vətənpərvər, qorxmaz, səxavətli,  insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsədə  dost - tanış , qohum- əqraba  arasında özünə böyük hörmət qazanıb.
 Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində, şəhərdə,yaşayış  məntəqələrində,kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai qaydanın qorunmasında, ictimai təhlükəsizliyin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, qəzalar, bədbəxt hadisələr,yanğınlar, təbii fəlakətlər və başqa  fövqalədə  hallar habelə fövqəladə vəziyyət və komendant saatı) zamanı  hüquqi rejim tədbirlərinin həyata keçirilməsində eləcə də   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
 Öz tabeliyində olanlara və bir çox hərbi qulluqculara (həkimlərə),Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və   daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərin, əmr və sərəncamların dəqiq və sözsüz  yerinə yetirilməsi işində daimi  şəxsi nümunə olmuşdur. Hippaokrat andı icən Urfan həkim o, anda sona qədər sadiq olaraq, ona həvalə edilmiş vəzifə və tapşırıqları  məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
 Öz xidməti  vəzifə borclarını,Daxili Qoşunların Baş İdarəsinin tibb şöbəsi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən xüsusi fəeqləndiyinə və  digər xidmətlərə görə Daxili İşlər Nazirin,  Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Tibb şöbə rəisinin və hərbi hissə komandirlərinin (hərbi hospital rəisinin) müvafiq əmrləri ilə, əla xidmətlərə görə əlavə və yubiley döş  nişanları ilə təltif olunub , bir çox fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırıb, ona təşəkkür elan edilib  və aşağıdakı medallara  təltif edilib:
1”Azərbycan Respubilkasının Silahlı Qüvvələri Veteranı” medalı ilə;
2”Qüsursuz  xidmətə görə” 1-ci dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 20 təqvim ili  xidmətə görə;

3.”Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə- Silahlı Qüvvələrdə  15 təqvim ili xidmətə görə;
 
4.”Qüsursuz xidmətə görə 3 -cü  dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;

5.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 10 illiyi ( 1991- 2001)” yubiley  medalı ilə;

6.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin   90 illiyi  (1918- 2008)” yubiley   medalı ilə;

7.”Azərbaycan  Respubilkasının Silahlı Qüvvələrinin 95 illiyi  (19182013)” yubiley medalı ilə;

8.”Azərbaycan Respubilkasının  Silahlı Qüvvələrinin  100 illiyi  (1918- 2018 )”  yubiley medalı ilə.

Xidməti vəzifələrini və hərbi hissə qarşısında  qoyulmuş tapşırıqları yerinə yetirərkən xüsusi fəriqləndiyinə görə,tibb xidməti polkovniki- leytenat Mustafayev Urfan Lətif oğlu    Azərbaycan Respublikası Prezidentinin  11 mart 2020-ci il tarixli  sərancamı ilə “Hərbi xidmətlərə görə” medala təltif olunub.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN URFAN HƏKIM .

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

Azərbaycan Respibilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages