TƏBRİK: ŞAKİR ASLAN OĞLU TAĞIYEV — 70



Peşəkarlığı və humanistliyi ilə,işguzarlığı ilə və mənəvi keyfiyyətilə, nəzəri və praktiki biliyi ilə, təşkilatcliq bacarığı ilə, dəqiqliyi və təmkinliyi ilə, intizamı ilə, nəzakəti və təvəzukarlığı ilə seçilən ömrunun ən məhsuldar dövrünü yaşayan müharibə veteranı, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Şakir Aslan oğlu Tağıyevin 70 yaşı tamam olur.

Ad günü münasibətiylə Şakir Tağıyevi Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Rəhbərliyi səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə sədati və həyat yollarında bitib -tükənməyən naliyyətlər arzulayır.

Qoy yaşının üstə gələn bu yaş, ona sevinc dolu günlər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl keçsin.

Şakir Aslan oğlu Tağıyev 10 oktyabr 1954-cü ildə anadan olub. Vətənin müdafiəsində iştirak edib.

Hazırda Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xızı rayon şöbəsinin sədri kimi fəaliyyət göstərir.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ŞAKİR BƏY!

ÖMRÜN UZUN OLSUN, 100 YAŞA!

ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN.

DAİMA XOŞBƏXT VƏ FİRAVAN YAŞA!

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin hüquq məslələri üzrə müavini polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages