Təbrik : Polkovnik Leytinant Yaşar Nəcəfov-65



Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının həyatında öz dəst-xətti olan Müharibə Veteranı- istefada olan polkovnik leytenant Yaşar Nəcəfovun 17 oktyabr dünyaya göz acdığı gündür.

Daimi həyatın imtahanlarından alınıaçıq və üzüağ çıxan Yaşar Nəcəfovu belə bir əlamətdar gün münasibətilə Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,doğmaları,əzizləri,yaxınları, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, aılə səadati və həyat  yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər, Yaşar müəllim qoy
yaşının üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizə xoşbəxt edəcək şəkildə keçsin!
    
Polkovnik leytenat Nəcəfov Yaşar Qasım oğlu 1959 -cu ilin oktyabr ayının 17-də Füzuli rayonun Araytlı kəndində  zəhmətkeş bir ailədə anadan olub.
 
 1977 ci ildə Füzuli rayon Araytlı kənd orta məktəbini,1984-cü ilin dekabr ayında SSRİ Müdafiə Nazirliyinin  zabit heyətinin  hazırlığı kursnu,   1992- ci ildə- Azərbaycan Memarlıq və İnşaat  Universitetini, 1992-ci ilin noyabr ayında Daxili işlər Nazirliyinin  Daxili Qoşunlarının Şirvan (kecmiş Əlibayramlı) şəhərində yerləşən tədris alayında  zabit heyətinin hazırlığı kursunu bitirib.

Nəcəfov Yaşar Qasım oğlu 1978-1981 -ci illərdə Sovet Ordusunun Hərbi Dəniz Qüvvələrində  müddətli həqiqi hərbi xidmətdə olub.

1981-1986 ci ilərdə Bakı fəhlə maşın qayırma zavodunda işləyib. 

1992 - 2010-cü illərdə Daxili Qoşunların Baş İdarəsinin Şirvan ( kecmiş Əlibayramlı) şəhərində, Hacıqabul, Qaradağ, Sabuncu,Xətai  və Nərimanov  rayonlarında  yerləşən hərbi hissələrində, mənzil -istismar xidmətinin rəsi, yanğından mühafizə üzrə müvəkkil, hərbi hisə komandirinin (hərbi hosital rəisinin) maddı- texniki təminat xidməti üzrə müavini vəzifələrində xidmət edib.
    Qanunverciliklə müəyyən olunmuş qaydada Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində, şəhərdə,yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorunmasıda və ictimai təhlükəsizliyin təmin edilməsində,  yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında,qəzalar,bədbəxt hadisələr,yanğınlar, təbbi fəlakətlər və başqa fövqaladə  hallar  habelə hərbi vəziyyət  və komendant saatı zamanı hüquq rejim tədbirlərin həyata kecirilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.

Öz   tabeliyində olanlara  və digər hərbi qulluqculara   Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməsi, Hərbi Andın,  hərbi və daxili qoşunların  döyüş xidməti nizamnamələrin dəqiq və sözsüz yerinə
yetirilməsi işində daimi şəxsi nümünə olmuşdur.
    
Yaşar Qasım oğlu  Nəcəfov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda ( Ağdam,Ağdərə və Füzuli rayonları istiqamətlərində) gedən döyüşlərdə iştirak edərək, ona həvalə edilmiş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
    
O,yüksək peşəkarlığı, hümanistliyi,sadəliyi,səmimiyyəti,dəqiqliyi,təmkinliyi,xeyirxahlığı, işguzarlığı,vətənpərvərliyi və mənəvi keyfiyyətləri ilə seçilən,ömrünün ən məhsuldar dövrünün 21 ildən çox şərəfli xidməti yolunu hərbi xidmətdə kecirirərək,Vətənə  və Xalqa alqa sədaqətlə xidmət etmişdir.
    
Müharibə Veteranı -istefada olan polkovnik leytenant  Yaşar Nəcəfov hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi-doyüs keyfiyyətləri göstərdiyinə , döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna  və hərbi vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığna görə Daxili İşlər Nazirin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin (hospital rəisinin) müvafiq əmrləri ilə “əla xidmətlərə görə” əlacı  və yubiley döş nisanları ilə təltif olunub, bir çox  (pul mükafatları ilə), fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
    
Yaşar Nəcəfov xidməti vəzifə borclarını yerinə yetirərkən xüsusi fərqləndiyinə görə, Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər  Nazirinin müvafiq əmrləri ilə aşağıdakı medallarla təltif edilib:
 
1.”Qüsursuz xidmətə görə"1-ci dərəcəli  medal ilə- Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə; 

2.”Qüsurauz xidmətə görə” 2-ci  dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;

3.”Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;

4."Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin  10- illiyi (1991-2001)” yubiley medalı ilə;

5.”Azərbaycan Respubilkasının  Silahlı Qüvvələrinin  90-  illiyi (1918-2008)” yubiley medalı ilə.

65 İLLK YUBİLEY GÜNÜN MÜBARƏK OLSUN YAŞAR !N UZUN OLSUN! 

100 YAŞA,
DAİMA XOŞBƏXT VƏ FİRAVAN YAŞA!

ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN. 

Azərbaycan  Respubilkasının Silahlı Qüvvələr  və Müharibə Veteranı  polkovnik Salman Musayev


Hiç yorum yok:

Yorum Gönder

Pages