Təbrik : Polkovnik Rizvan Abbasov - 61



      Peşəkarlığı, humanistliyi, işgüzarlığı, şəxsi intizamı, nəzakəti, təşkilatcliq bacarığı, sadəliyi, səmimiyyəti, dəqiqliyi, təmkinliyi,iradi və mənəvi keyfiyyətləri ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 27 ildən çoxunu hərbi xidmətə  həsir etmiş, Azərbaycan Respublikasının Silahlı Qüvvələr Veteranı- istefada olan polkovnik Abbasov Rizvan Aliyar oğlunun  oktyabr ayının 13-də dünyaya göz açdığı gündür.
   
Daimi həyatın imtahanlarından alınıaçıq və üzüağ çıxan- polkovnik Abbasov Rizvan Aliyar oğlunu belə bir əlamətdar gün  münasbətilə Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,doğmaları,yaxınları və iş yoldaşları səmimi qəlbdən  təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, ailə səadəti  və həyat yollarında  bitib -tükənməyən nailiyyətlər arzu edib deyirlər,Rizvan qoy
yaşının üstə gələn  bu yaş  da sənə sevincdolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun səni xoşbəxt edəcək şəkildə keçsin.

Abbasov Rizvan Aliyar oğlu 1963-cü ilin oktyabr ayının 13-də Qazax rayonunda zəhmətkeş bir ailədə anadan olub.
    
 Polkovnik Abbasov Rizvan Aliyar oğlu Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Nərimanov və Xəzər  rayonlarında yerləşən hərbi hissələrdə taqım komandiri, mühəndis xidmət rəisi, Daxili Qoşunların Bas İdarəsinin Qərargahında isə mühəndis xidmət rəisi vəzifələrində xidmət etdiyi illər ərzində üzərinə düsən vəzifələri layiqincə yerinə yetirmişdir.
    
Rizvan Abbasov qanunvericiliklə müəyyən olunmuş qaydada Daxili Qoşunlara həvalə olunmuş tapşırıqların yerinə yetirilməsində,mühüm dövlət obyektlərin,inzibatı binaların,maddi texniki və hərbi təchizat anbarların mühafizə olunmasında,şəhərdə,yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində,  yaşayış məntəqələrində və islah-əmək müəsissələrində kütləvi iğtişaşların qarşısının alınmasında,cinayətkarlığa qarşı mübarizədə, bədbəxt hadisələr,qəzalar,yanğınlar,təbii fəlakətlər və başqa fövqalədə hallar (hərbi vəziyyət və komendant saatı) zamanı hüquqi rejimin təmin edilməsində,quraşdırılmış partlayıcı qurğuların axtarışında və zərərləşdirilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
   
 Rizvan Abbasov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kımı göstərmişdir.O işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə  kolektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümunə olmuşdur.
   
 Öz tabeliyində olanlara və bir cox hərbi qulluqculara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti  nizamnamələrin tələblərinin,  əmr və sərancamların dəqiq və sözsüz  yerinə yetirilməsi işində daimi nümünə olaraq, Vətənə və Xalqa  sədaqətlə xidmət etmişdir.
     
Polkovnik Abbasov Rizvan Aliyar oğlu öz xidməti vəzifələrini və hərbi hissə qarşısında  qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə və hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə  görə Daxili işlər nazirn, Daxili Qoşunlar Komandanı və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə  əla xidmətlərə görə əlacı və yubiley döş nisanları ilə təltif olub, bir çox  fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb ona təşəkkür elan edilib və aşağıdakı medallarla təltif olunub: 
 1.”Azərvaycan Respubilkasının Silahlı Qüvvələri Veteranı” medalı ilə;

2.”Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı ilə;
 3.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90 -illiyi (1918-2008)” yubiley medalı ilə;

4.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 95 -illiyi (1918-2013)” yubiley medalı ilə; 

5.”Qüsursuz xidmətə görə”   1-ci dərəcəli medal- Silahlı Qüvvələrdə  20 təqvim ili xidmətə görə;

6.”Qüsursuz xidmətə görə” 2-ci  dərəcəli medal-Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;

7.”Qusursuz xidmətə görə” 3-cü dərəcəli medal-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

HEC VAXT DƏRD QƏM GÖRMƏYƏSƏN
100 YAŞA VƏ SAĞLAM YAŞA!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!

 Azərbaycan Respubilkasının  Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev



Hiç yorum yok:

Yorum Gönder

Pages