Təbrik: Polkovnik leytenat Anar Nəbiyev -51


  
Peşəkarlığı, humanistliyi, sadəliyi, xeyirxahlığı, zəhmətkeşliyi,səmərəli fəaliyyəti, səmimiyyəti,iradi və  mənəvi keyfiyyətləri ilə seçilən - ehtiyatda olan polkovnik leytenat  Nəbiyev Anar Eyvaz   oğlunun oktyabr ayının  5-də  dünyaya göz açdığı gündür.
 
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan, ehtiyatda olan polkonik  leytenat Nəbiyev Anar Eyvaz oğlunu belə bir əlamətdar gün münasibətilə  Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri, doğmaları, yaxınları və iş yoldaşları  səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ucun ən şirin nemət olan möhkəm cansağlığı və uzun ömur arzu edib deyirlər, Anar qoy yaşının üstə gələn bu yaş da sizə  sevinc dolu illər bəxş eləsin,  hər yeni günün isə  sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
 Polkovnik leytenat  Nəbiyev Anar Eyvaz oğlu 1973-ci ilin   oktyabr  ayının 5 -də Samux  rayonunun Qarayeri qəsəbəsində zəhmətkeş bir  ailədə  anadan olub.
1990-cı ildə Samux  rayonun Qarayeri  qəsəbə 1 nömrəli tam orta məktəbi, 1995-ci ildə Gəncə şəhər Texnologiya  İnstitutunu, 1998-ci ildə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin döyüş hazırlığı idarəsinin Xəzər rayonunda yerləşən təlim- tədris mərkəzində zabit heyətin hazırlığı  kursunu bitirib.Anar NəbiyevDaxili Qoşunlarda xidmət  etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində keçirilən bir cox  təlim- metodiki toplanışlarda, xüsusi taktiki təlimlərdə, nümnəvi-göstərici məşğələlərdə,müvafiq kurslarda seminar və konfranslarda fəal iştirak  edib.Hərbi təcürbə nübadiləsi əldə etmək məqsədilə Türkiyə Jandarma Qüvvələrində  işgüzar səfərdə olub.
1996-1997-cı illərdə  Din -in Daxili Qoşunların Gəncə şəhərində  yerləşən hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olub.
1997-2022-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin  Daxili Qoşunların Gəncə  şəhərində,Hacqabul, Zaqatala və Nərmanov  rayonlarında yerləşən hərbi hissələrində döyüş hazırlığı bölməsində məsul icracı, taqım komandiri, döyüş hazırlığı bölməsində zabit, hərbi hissənin silah xidməti rəisi, hərbi hissə komandiri , Daxili Qoşunların Baş İdarəsinin maddi- texniki  təminat idarəsinun silahlandırma xidmətində isə baş zabit  vəzifələrində Vətənə və Xalqa sədaqətlə xidmət etmişdir.
Anar Nəbiyev  öz tabeliyində olanlara Azərbaycan Respubilkasının Konstitusiyasına və qanunlarına əməl edilməsi,Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti  nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Qanunvericiliklə  müəyyən  edilmiş qaydada  Daxili Qoşunlara və hərbi hissələrə həvalə olunmuş vəzifə və tapşırıqıarın yerinə yetirməsində,hərbi təchizat anbarların,xüsusi yüklərin,dövlət əhmiyətli obyektlərin və inzibati binaların mühafizəsində, şəhərdə, yaşayış  məntəqələrində  və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorunmasında və ictimai təhıükəsizliyin təmin ediıməsində, yaşayış məntəqələrində  kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, axtarışda olan şəxslərin axtarılmasında ,tutulmasında və zərərsizıəşdirilməsində,qəzalar,bədbəxt hadisələr, yanğınıar, təbii fəlakətlər və başqa fövqalədə hallar (hərbi vəziyyət və  komendant saatı)  zaman hüquqi rejimin təmin edilməsində, dövlətin ərazi bütovlüyünün təmin olunmasında Anar Nəbiyev üzərinə düşən vəzifə və tapşırıqları  layiqincə yerinə yetirmişdir.   

Öz xidməti vəzifələrini və hərbi hissə  qarşısında qoyulmuş vəzifə və tapşırıqları yerinə yetirərkən xüsusi fəriqləndiyinə  və digər xidmətlərə görə, Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin  müvafiq əmirləri ilə əla xidmətlərə  görə  əlacı və yubiley döş  nişanıları  ilə təltif olunub,bir çox fərmanlarla ,qiymətli hədiyyələrlə mükafatlandırlıb,  ona təşəkkur elan edilib və aşağıdakı medallarla təltif edilib:
  1.”Qüsursuz xidmətə görə” 1 dərəcəli- medal ilə -Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;

2.”Qüsursuz xidmətə görə”  2 -ci  dərəcəli medal ilə- Silahlı Qüvvələrdə  15 təqvim ili xidmətə görə;

3.”Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 10 təqvim  ili xidmətə görə;

4.”Azərbaycan Respublikası Silahlı Qüvvələrin  10 illiyi (1991-2001)”  yubiley medlalı  ilə;
 5.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrin   90 illiyi (1918-2008)” yubiley medalı ilə;

6.”Azərbaycan Silahlı Qüvvələrinin  95 illiyi (1918-2013)” yubiley medalı ilə.

7.”Azərbaycan Respubilkasının 100 illiyi (1918-2018)” yubiley medalı ilə.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN ANAR !
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
 Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı  polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages