Daxili İşlər Nazirliyinin (DİN-in) Daxili Qoşunlarının və A.Heydərov adına sıravi və kiçik rəis heyəti hazırlayan məktəbin həyatında öz dəst-xətti olan,dərin zəkası,səmərəli fəaliyyəyti, işgüzarlığı, iradi və mənəvi keyfiyyətləri seçilən- istefada olan polkovnik- leytenat Şahin Əliyevin oktyabr ayının 29-da dünyaya göz acdığı gündür.
Daimi həyatın imtahanlarından alınıaçıq və üzüağ çıxan, müharibə veteranı - istefada olan polkovnik - leytenant Əliyev Şahin Heydər oğlunu doğum günü münasibətilə Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,doğmaları, yaxınları, əzizləri,iş və döyüşçü yoldaşları səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yollarında bitib -tükənməyən nailiyyətlər arzu edib deyirlər,Şahin qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Müharibə veteranı- istefda olan polkovnik leytenant Əliyev Şahın Heydər oğlu 29 oktyabr 1966 -ci ildə Lənkəran rayonunun Boladi kəndində zəhmətkeş bir ailədə anadan olub.
1973-cü ildə Lənkəran rayonunun Boladi kəndində birinci sinifə getmiş, 1983-cü ildə həmin məktəbi, 1992-ci ildə isə Azərbaycan Dövlət Neft Akademiyasını bitirmişdir.O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində bir çox təlim- metodiki toplanışlarda, müvafiq ixtias artırma kurslarda, xüsusi -taktiki təlimlərdə, komanda -qərargah məşqilərində,nümnəvi göstərici məşğələlərdə,seminar və konftanslarda fəal iştirak etmişdir.
Şahin Heydər oğlu Əliyev 1984-1986-ci illərdə Sovet ordusunda müddətli həqiqi hərbi xidmətdə olub. 1992- ci ilin avqust ayından 1993-cü ilin sentyabr ayına kimi Müdafiə Nazirliyinin Beyləqan rayonunda yerləşən hərbi hissələrinin birində taqım və böluk komandiri, 1993-2008-ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Lənkəran, Nərimanov, Sabunçu, Xəzər rayonlarında yerləşən hərbi hissələrdə və Ali hərbi məktəbdə böluk komandiri, doyuş hazırlığı bölməsinin rəisi, qərargah rəisinin döyüş hazırlığı üzrə müavini, xidmət bölməsinin rəisi, qərargah rəisi əvəzi, 2008-2012-ci illərdə isə Daxili İşlər Nazirliyinin Arif Heydərov adına Sıravi və kiçik rəis heyəti hazırlayan polis məktəbində, məktəb rəisinin müavini vəzifələrində xidmət edib.
Polkovnik- leytenant Şahin Əliyev peşəkarlığı, humanistliyi,təşkilatclıq bacarığı, sadəliyi, səmimiyyəti,vətənpərvərliyi, dəqiqliyi, təmkinliyi ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 22 ildən çox şərəfli xidmət yolunu hərbi xidmətdə və daxili işlər orqanlarında keçirərək Vətənə və Xalqa sədaqətlə xidmət etmişdir.
Şahin Heydər oğlu Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda (Beylaqan və Füzuli rayonları istiqamətdə) gedən döyüşlərdə iştirak edib.
Polkovnik leytenant Şahin Əliyev Daxili Qoşunlarda və Sıravi və kicik rəis heyəti hazırlayan polis məktəbində xidmət etdiyi illər ərzində özünü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kımı göstərmişdir. O işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə kolektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.
Qanunvericiliklə müəyyən olunmuş qaydada Din-in Daxili Qoşunlara,Din- in sıravi və kiçik rəis heyəti hazırlayan polis məktəbinə həvalə olunmuş tapşırıqları yerinə yetirilməsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində,yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında,qəzalar,bədbəxt hadisələr, yanğınlar, təbbi fəlakətlər və başqa fövqalədə hallar və başqa fövqəladə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin edilməsində, dövlətin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
O,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi (Polis) Andın, hərbi və Ddaxili qoşunların döyüş, daxili işlər nazirliyin isə post-patrul xidməti nizamnamələrin tələblərinin dəqiq və sözsüz yerinə yetirilməsi işində tabeciliyində olanlara daimi şəxsi nümunə olmuşdur.
Əliyev Şahın Heydər oğlu Müdafiə Nazirliyində, Daxili ilşlər nazirliyinin siravi və kiçik rəis heyəti hazırlayan polis məktəbində və Daxili Qoşunlarda müxtəlif vəzifələrdə xidmət edib xidmət etdiyi illər ərzində, xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi -döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi və polis intizamının möhkəmləndirilməsində, yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə, funksional vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə Daxili işlər nazirnin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, polis və məktəb rəislərinin,korpus və hərbi hissə komandirlərinin müvafiq əmrləri ilə “əla xidmətlərə” görə, əlacı döş, yubiley və idman dərəsi nişanları ilə təltif olunub,bir cox fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Polkovnik- leytenant Şahin Əliyev xidmətdə fəriqləndiyinə görə Azərbaycan Respublikasının Rrezidenti adından Daxili İşlər Nazirinin müvafiq əmrləri ilə aşağıdakı medallarla təltif edilmişdir:
1.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı ilə;
2.”Azərbaycan Respubilkasının Siçahlı Qüvvələrinin 90 illiyi (1918 -2008)” yubiley medalı ilə;
3.”Qusursuz xidmətə görə”1-ci dərəcəli medal ilə- Qüsursuz 20 təqvim ili xidmətə görə;
4.”Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə-Qusursuz 15 təqvim ili xidmətə görə;
5”Qüsursuz xidmətlərə görə” 3 -cü dərəcəli medal ilə 10 təqvim ili xidmətə görə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN ŞAHİN!
ÖMRÜN UZUN OLSUN 100 YAŞA VƏ SAĞLAM YAŞA!
ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN!
DAİMA XOŞBƏXT VƏ FİRAVAN YAŞA.
Azərbaycan Respubolkasının Silahlı Qüvvələri və Müharibə VETERANI polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder