Peşəkarlığı, humanistliyi,işguzarlığı, mənəvi keyfiyyətilə, təşkilatcliq bacarığı, dəqiqliyi, təmkinliyi, intizamı, nəzakəti, təvəzukarlığı,iradi və mənəvi keyfiyyətləri ilə seçilən, ömrunun ən məhsuldar dövrünün 18 -ildən çoxnu Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində keçirmiş, müharibə veteranı-istefada olan polkovnik - leytenant Pənahov Ramiz Əliyar oğlunun sentyabr ayının 10 -da dünyaya göz acdığı gündür. Daimi həyatın imtahanlarından alınıaçıq və üzüağ çıxan-istefada olan polkovnik-leytenant Ramiz Pənahovu belə bir əlamətdar gün münasibətilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri, kollektivi, onun doğmaları,əzizləri,yaxınları, iş və döyüş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, ailə sədati və həyat yollarında bitib -tükənməyən naliyyətlər arzu edib deyirlər,Ramiz müəllim
qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl sizi xoşbəxt edəcək şəkildə keçsin.
Müharibə veteranı-istefada olan polkovnik leytenant Pənahov Ramiz Əliyar oğlu 10 oktyabr 1957-ci ildə Bakı şəhərində zəhmətkeş bir ailədə anadan olub.
Pənahov Ramiz Əliyar oğlu 1974-cü ildə Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən 154 saylı orta məktəbi,1982-ci ildə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun "Avtomobil Nəqliyyat fakultəsini bitirib.
1976-1978-ci ilərdə Sovet Ordusunun Zabaykal diyarında yerləşən tədrıs alayında altı aylıq tank komandiri kurslarında təhsil aldıqdan sonra,SSRİ Müdafiə Nazirliyinin Monqolustanda yerləşən hərbi hissələrinin birində tank komandiri vəzifəsində müddətli həqiqi hərbi xidmətdə olub.
Ramiz Əliyar oğlu Pənahov 1992- ci ilin avqust -sentyabr aylarında Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Şirvan (Əlibayramlı) şəhərində yerləşən tədris alayında zabitlərin ixtisas artırma kursunu bitrib.
Polkovnik leytenant Pənahov Ramiz Əliyar oğlu 1982 -cı ilin avqust ayından 1992-ci ilin iyul ayına kimi Bakı şəhərində öz ixtisası üzrə müxtəlif vəzifələrdə işləmiş,1992-ci ilin avqust ayından 2010-ci ilin dekabr ayına kimi Daxili İşlər şlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin Ağdam, Ağdərə, Nərimanov, Sabuncu və Xəzər rayonlarında yerləşən hərbi hissələrində və zabit və gizirlərin hazırlığı və təkimləşdirməsi kuruslarda böluk komandiri, hərbi hissə komandirinin və Kurs rəisinin maddi texniki təminat xidməti üzrə muavini, Daxili Qoşunların Bas İdarəsinin maddi- texniki təminat idarəsində isə planıaşdırma bölməsində baş zabit vəzifələrində xidmət etmişdir.
Ramiz Pənahov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbici kımı göstərmişdir. O işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə kollektiv arasinda həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda (Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə iştirak edib və 1993 -cü ilin mart ayında ağır yaralanıb.
Ramiz Pənahov qanunvericiliklə müəyyən olunmuş qaydada Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində, dövlət obyektlərin,inzibatı binaların,hərbi şəhərciklərin,hərbi təchizat anbarların mühafizə olunmasında, şəhərdə,yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda və təmin edilməsində, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında,qəzalar,bədbəxt hadisələr,yanğınlar,təbii fələkətlər və başqa fövqəladə hallar zamanı hüquqi rejimin təmin olunmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
O, öz tabeliyində olanlara və bir çox hərbi qulluqculara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andin, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin yerinə yetirilməsi işində daimi nümünə olmuşdur.
Pənahov Ramiz Əliyar oğlu Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə və hərbi vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığna görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley nisanları ilə təltif olunub,bir cox fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Öz xidməti vəzifə borclarını və hərbi hissə qarşısında duran tapşırıqları yerinə yetirərkən xüsusi fərqləndiyinə görə-istefada olan polkovnik- leytenant Ramiz Əliyar oğlu Pənahov aşağıdakl medallarla təltif olunub:
1.”Qusursuz xidmətə görə 1-ci dərəcəli medal-Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
2.”Qusursuz xidmətə görə 2-ci dərəcəli medal-Silahlı Qüvvələrdə 15-təqvim ili xidmətə görə;
3.”Qusursuz xidmətə görə 3-cü dərəcəli medal-Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
4.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)
yubiley medalı ilə;
5.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008) yubiley medalı ilə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN
RAMİZ MÜƏLLİM!
ÖMRÜN UZUN OLSUN 100 YAŞA.
ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN.
DAİMA XOŞBEXT VƏ FİRAVAN YAŞA
Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder