Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarının həyatında öz dəst -xətti olan, peşəkarlığı,səmərəli fəaliyyəti, humanistliyi, səmimiyyəti ilə seçilən, Azərbaycan Respublikasının Silahlı Qüvvələr Veteranı- istefada olan polkovnik leytenat Budaqov Məftun Məmməd oğlunun oktyabr ayının 5 - də 60 illik yubileyi gündür.
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan, Silahlı Qüvvələr Veteranı- istefada olan polkovnik leytenat Məftun Budaqovu belə bir əlamətdar gün münasibətilə Daxili Qoşunların istefada və ehtiyatda olan zabitləri,doğmaları, yaxınları, iş yoldaşları səmimi qəlbdən təbrik edir,səbəbkara, həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən naliyyətlər arzu edib deyirlər, Məftun müəllim qoy hər yeni yaşınız sizə sevincdolu illər bəxş etsin, hər yeni gününüz isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Məftun Budaqov1964 -cü ilin oktyabr ayının -5 də Göycə mahalının Erm.SSR-nin Krasnoselski rayonunun) Toxluca kəndində zəhmətkeş bir ailədə anadan olub.
1979-ci ildə Göycə mahalının Toxulca kənd orta məktəbin 8-ci sinifi,1981-ci ildə Bakı şəhəri Sabuncu rayonu 155 saylı orta məktəbini bitrib. 1990 - ci ildə Ufa polis məktəbinə daxil olub,1995 - ci ildə isə Bakı şəhərində Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib.
1982-1984 -cü illərdə Sovet Ordusunun Jitomir şəhərində və Cexoslakiya respubilkasında yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olub.
1990-1993- cü illərdə Daxili işlər orqanlarında müvafiq vəzifələrdə işləyib.
1993- 2013-cı illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Xacmaz rayonun Yalama qəsəbəsində,Gəncə,Sumqayıt, Naxçıvan şəhərlərində,Zəngilan, Xəzər Hacıqabul, Zakatala,Nərmanov və Xətai rayonlarında yerləşən hərbi hissələrdə hərbi hissə komandirinin hüquq işlər üzrə köməkçisi,əlahiddə tabor,alay, briqada komandirlərinin tərbiyəvi işləri üzrə müavini vəzifələrində Vətənə və Xalqa sədaqətlə xidmət edib.
O, Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinə və vəzifə borcuna əməl etməkdə tabeliyindəkilər üçün daimi nümunə olmuşdur.
Qanunvericilikilə müəyən olunmuş qaydada Daxil işlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,mühüm dövlət obyektlərin mühafizə olunmasında,daxili işlər orqanları ilə birlikdə şəhərdə və digər yaşayış məntəqələrində (kütləvi tədbirlərin kecirilmə yerlərində) patrul-post xidməti vastəsi ilə ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin olunmasında, yaşayış məntəqələrində və cəzacəkmə müəsissələrində kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, qəzalar,bədbəxt hadisələr,yanğınlar, təbii fəlakətlər və başqa fövqalədə hallar (hərbi vəziyyət və komendant saatı) zamanı hüquqi rejimin təmin edilməsində,Azərbaycan Respublikası ərazisinin müdafiəsinin təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi - döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Polis Akademiya rəisinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlavə və yubiley döş nişanları ilə təltif olunub, bir çox ox fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Hərbi və döyüşcü yoldaşları onu vətənpərvər, qorxmaz, saxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsə də dost - tanış , qohum - əqraba arasında özünə böyük hörmət qazanıb.
Azərbaycan Respublikasının müstəqilliyinin , ərazi bütövlüyünün qorunub saxlanmasında, respublikada əmin - amanlığın təmin edilməsində, ictimai əsayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə və digər xidmətlərə görə aşağıdakı medallarla təltif olunub:
1."Hərbi xidmətlərə görə" medalı ilə;
2.”Azərbaycan Respubilkası Silahlı Qüvvələri Veteranı” medalı ilə;
3."Azərbaycan Resıubilkası Silahlı Qüvvələrinin 10 illiyi( 1991- 2001)” yubiley medalı ilə;
4.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90 illiyi (1918 -2008)” yubiley medalı ilə;
5.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalı ilə;
6."Qüsursuz xidmətə görə” 1 -ci dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
7."Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
8."Qüsursuz xidmətə görə " 3-cü dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.
60 İLLİK YUBİLEY GÜNÜN MÜBARƏK OLSUN MƏFTUN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder