Təbrik: Polkovnik leytenant Mahir Məmmədov- 54




 Yüksək peşəkarlığı, humanistliyi, təşkilatçılıq bacarığı, dəqiqliyi, təmkinliyi, intizamı, nəzakəti, təvəzökarlığı ilə seçilən -ehtiyatda olan polkovnik- leytenant  Məmmədov Mahir İmran oğlunun  oktyabr ayının 21 - də dünyaya göz açdığı gündür.                   
   
Daimi həyatın  imtahanlarından alınıaçıq  və üzüağ çıxan- ehtiyatda olan polkovnik leytenant  Məmmədov Mahir  İmran oğlunu belə bir  əlamətdar gün münasibətilə,Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,doğmaları,yaxınları və iş yoldaşları səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, ailə səadəti, həyat yollarında bitib -tükənməyən nailiyyətlər arzu edib deyirlər,Mahir qoy yaşının üstə gələn bu yaş da  sənə sevincdolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun  sizi xoşbəxt edəcək şəkildə keçsin.
   
Polkovnik -leytenant  Məmmədov Mahir İmran oğlu  21 oktyabr 1970 -ci ildə  Bakı şəhərində zəhmətkeş bir ailədə anadan olub.
 
1977-ci ildə Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yerləşən 141 saylı orta məktəbin birinci sinfinə getmiş, 1987 -ci ildə həmin məktəbi bitirdikdən sonra, Bakı Dövlət Universitetinə daxil olmuş, 1992-ci ildə həmin Universiteti,1999 -ci ildə isə Daxili İşlər şlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Döyüş hazırlığı idarəsinin Xəzər rayonunda yerləşən təlim-tədris mərkəzində  zabitlərin ixtisas artırma kursunu bitirmişdir.O,Daxili Qoşunlarda xidmət etdiyi dövrlərdə, Daxili Qoşunların Baş İdarəsində və hərbi hissəıərində keçirlən bir çox təlim-metodiki toplanışlarda,komanda-qərargah məşqlərində, xüsusi -taktiki təlimlərdə,nümnəvi göstəriçi- məşğələrdə,seminar,konfrans və seminarlarda fəal iştirak Mahir hərbi təcrübə mübadiləsi əldə etmək ücün Türkiyə Jandarma Qüvvələrinin İstanbul,Ankara və İzmir şəhərində yerləşən hərbi məktəblərdə,xüsusi təynatlı bölmələrdə və hərbi hissələrdə işgüzar səfərdə olub.

Səmərəli fəaliyyəti,vətənpərvərliyi,intellektual səviyyəsi,insanpərvərliyi,iradi və mənəvi keyfiyyətləri ilə seçilən-
ehtiyatda olan polkovnik-leytenat Mahir Məmmədov ömrünün ən məhsuldar dövrünün 20 ildən çoxnu  Daxili Qoşunların Binəqədi,Xətai və Xəzər rayonunda yerləşən
hərbi hissələrdə taqım komandiri,bölük komandirinin tərbiyəvi işləri üzrə müavini,bölük komandiri,döyüş hazırlığı bölməsinin rəisi (hərbi hissənin qərargah  rəsinin döyüş təlimi üzrə müavini), baş müəllim,Daxili Qoşunların Baş İdarəsinin maddi-texniki təminat idarəsinin qərargahıda isə baş zabit vəzifələrində Vətənə və Xalqa sədaqətə xidmət etmişdir.

Mahir  Məmmədov Din-in Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində, özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbçi kımı göstərmişdir. O işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə  kolektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümunə olmuşdur.
   
Qanunverciliklə müəyyən olunmuş qaydada Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində, dövlət əhmiyyətli obyektlərin,inzibatı  binaların,hərbi şəhərciklərin və təchizat anbarların mühafizə olunmasında, şəhərdə,yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində  ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində,yaşayış məntəqələrində və cəzacəkmə müəsissələrində kütləvi iğtişaşların qarşısının alınmasında,cinayətkarlığa qarşı mübarizədə,axtarıçda olan şəxslərin axtarışında,qəzalar,bədbəxt hadisələr,yanğınlar,təbii fəlakətlər və başqa fövqalədə hallar, habelə hərbi vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin edilməsində və dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
   
Polkovnik- leytenat Mahir Məmmədov öz tabeliyində olanlara və bir çox hərbi qulluqculara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamələrin, direktivlərin, təlimatların tələblərinin,əmr  və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur. 
    
Mahir Məmmədov qorxmaz, insanpərvər, saxavətli, vətənpərvər,  əliaçıq, vəfalı bir zəhmətkeş baş zabit olmuşdur. O, istər təhsil aldığı orta və ali təhsil müəssisələrində , istərsə də xidmət etfiyi kolektivilərdə, dost-tanış, qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
    
 Polkovnik - leytenant  Məmmədov  Mahir İmran oğlu  xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində, yüksək göstəricilərə nail olduğuna və hərbi vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığna görə  O, Daxili İşlər Nazirinin , Daxili Qoşunlar Komandanın, onun müavinlərinin, ali hərbi məktəb rəisinin və hərbi hissə komandirinin  müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nisanları ilə  təltif olunub,bir çox fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
  
Polkovnik- leytenat Mahir Məmmədov öz  xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən xüsusi fəriqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili işlər nazirin müvafiq əmrləri  ilə, "Qüsursuz xidmətə görə"1-ci, 2-ci və 3-cü dərəcəli, Azərbaycan Respubilkasının Silahlı Quvvələrinin isə     10 -illiyi, 90 - illiyi  və 95-illiyi yubiley medalları ilə təltif edilib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN.
MAHİR!

ÖMRÜN UZUN OLSUN 100 YAŞA.

DAİMA XOŞBƏXT VƏ FİRAVAN YAŞA!

ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN.

Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və  Müharibə Veteranı  polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages