Təbrik: Polkovnik leytenant Əliheydər Hüseynov-70 .




     Daxili İşlər Nazirliyinin Daxili (Din-in) Qoşunlarının həyatında öz dəst-xətti olan, yüksək peşəkarlığı,dərin zəkası,gözəl nitq qabiliyyəti, humanistliyi, işgüzarlığı, dəqiqliyi, xeyirxahlığı , təmkinliyi, sadəliyi, səmərəli fəaliyyəti, səmimiyyəti,iradi və mənəvi keyfiyyətləri ilə  seçilən, təmir,tikinti-quraşdırma sahəsində sayagəlməz uğurları və xüsusi xidmətləri olan - polkovnik- leytenant Əliheydər  Əzizağa öğlu Hüseynovun  oktyabr ayının 10-da  70 illik yubiley günüdür.
    
Daimi həyatın imtahanlarından alınıaçıq və üzüağ çıxan-istefada  olan  polkovnik- leytenant  Hüseynov Əliheydər Əzizağa öğlunu belə bir əlamətdar gün münasibətilə Din-in Daxili Qoşunlarının istefada və ehtiyatda olan zabitləri, kollektivi, onun doğmaları,əzizləri,yaxınları və iş yoldaşları səmimi qəlbdən təbrik edir,səbəbkara  həyatda insan ücün ən şirin nemət olan möhkəm  cansağlığı aılə səadəti və həyat yollarında bitib - tükənməyən  nailiyyətlər arzu edib deyirlər, Əliheydər müəllim qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin və hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin. 
     Əhətəsində olan insaların və iş yoldaşlarının hörmətini qazanan,ictimai işlərdə fədakarlıq göstərən, dostlarına, yaxınlarına isti münasibətdə olan- polkovnik-leytenant Hüseynov Əliheydər Əzizağa öğlu 10 oktyabr    1954-ci ildə Neftçala rayonunun  Mirzəqurbanlı (Günəşli) kəndində zəhmətkeş bir ailədə anadan olub.
      
1972-ci ildə Neftçala rayonunun Mirzəqurbanlı (Günəşli) kənd orta məktəbini, 1977-cü ildə Azərbaycan İnşaat və Mühəndislik İnstitutunu (indiki Azərbaycan Memarlıqvə İnsaat Universitetini) bitirib.

  1979-1981 ci illərdə Sovet Ordusunun  Naxcıvan şəhərində yerləşən hərbi hissələrinin birində müvafiq zabit vəzifələrində xidmət edib. 

1981-1992-ci illərdə Bakı şəhər Layihə institutunda lahiyə üzrə baş mühəndis, 1993-cü illdə Xırdalan Təmir,Tikinti- Quraşdırma İdarəsində şöbə müdiri  işləyib.
     
Əsil  vətəndaşlıq mövqeyi ilə seçilən və vətənpərvər insan -istefada olan polkovnik- leytenant  Əliheydər Əzizağa öğlu Hüseynov 1994-2008 -ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş  İdarəsinin təmir- tikinti şöbə rəisinin müavini və həmin şöbənin  rəisi  vəzifələrində Vətənə və Xalqa sədaqətlə xidmət etmişdir.O,2009-cu ildən etibarən  Təmir,tikinti-quraşdırma şirkətlərin birində məsul vəzifədə işləyir.

Heç kəsi özündən incitməyən,xoş rəftarı və şirin dilli ilə hər kəslə doğmalıq münasibəti yaradan Hüseynov Əliheydər Əzizağa öğlu Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insapərvər, əliaçıq, zəhmətkeş  zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsədə xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
     
Əliheydər Hüseynov  Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara  və bir çox hərbi qulluqculara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın,  hərbi nizamnamələrin və digər hüquqi- normativ aktların  tələblərinin, əmr və sərəncamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümünə olmuşdur. 
     
Polkovnik leytenant Əliheydər Hüseynov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kimi göstərmişdir.O işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə  kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümunə olmuşdur.
     Qanunvericiliklə müəyyən olunmuş qaydada Din -in Daxili Qoşunlarına həvalə olunmuş vəzifə və tapşrıqların yerinə yetirilməsində və dövlətin ərazi bütövlüyünün təmin olunmasında Əliheydər Hüseynov üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə   yerınə yetirmişdir.
     
 Hərbı və ictimai vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə   Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin müvafiq əmrləri ilə  əla ximələrə görə  əlacı və yubiley döş nişanları ilə təltif olunub, bir çox fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
      
Öz xidməti vəzifələrini yerinə yetirərkən xüsusi fərqləndiyinə,döyüş hazırlığında, təlimlərdə,döyüş xidmətində və döyüş növbəsində xüsusi fərqləndiyinə, şücaət və fədakarlıq göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə aşağıdakı medallarla təltif olunub:

 1.Azərbaycan Respubilkasının Silahlı Qüvvələrin 10 illiyi (1991-2001)  yubiley medalı ilə;

2.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrin 90 illiyi (1918-2008)” yubiley medalı ilə;

 3."Qüsursuz xidmətə görə "  3-cü dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.
    
YUBİLEY GÜNÜN MÜBARƏK OLSUN ƏLİHEYDR MÜLLƏM!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!


BÜTÜN ARZULARIN ÇİN OLSUN!

DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
 
Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages