Təbrik: Polkovnik- leytenant Gülağa Səfərov-60



   
İnsan üxün ən yaddaqalan günlərdən biri onun doğum günüdür.Yaşın üstə yaş  gələndə insan daha da kamiləşir.Belə insanlardan biridə Azərbaycan Respublikasının müharibə veteranı - istefada olan polkovnik leytenant Səfərov Gülağa Yaqub oğludur.Noyabr ayının 1 -də onun dünyaya göz açdığı gündür.

 Daimi həyatın imtahanlarından alınıaçıq və üzuağ çıxan, Gülağa Səfərovu belə bir əlamətdar  gün  münasibətilə Daxili İşlər Nazirliyinin (Din-in) Daxili  Qoşunlarının ehtiyatda və istefada olan zabitləri, kollektivi, onun doğmaları,iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir,səbəbkara  həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər,Gülağa qoy
yaşının üstə gələn bu yaş də sizə sevinc dolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun  sizi xoşbəxt edəcək şəkildə keçsin.
       Azərbaycan Respublikasının müharibə veteranı- istefada olan polkovnik leytenant Səfərov Gülağa Yaqub oğlu 1964-cü ildə noyabr ayının 1-də Füzuli rayonunun  Aybasanlı kəndində zəhmətkeş bir ailədə anadan olub.
    
Gülağa Səfərov Füzuli rayonunun Aybasanlı kənd orta məktəbini, Azərbaycan İnşaat Mühəndisləri  İnstitunu, 1998-ci ildə isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında Baş İdarəsinin döyüş hazırlığı idarəsinin Xəzər rayonunda yerləşən təlim- tədris mərkəzində zabit heyətinin ixtisas artırma kursnu bitirib.
       
Polkovnik- leytenant Gülağa Səfərov  1992-ci ilin mart ayından 1993 cü ilin  sentyabr ayin 7-nə kimi Füzuli rayonunun Könulü Müdafiə taborunda manqa komandiri vəzifəsində olmuş və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib və yaralanıb.

      Səfərov Gülağa Yaqub oğlu 1995-ci ilin yanvar ayindan -2014 cü ilin fevral ayına kimi Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında Baş İdarəsinin Nərimanov, Xəzər rayonlarında, Sumqayıt və Gəncə şəhərlərində yerləşən hərbi hissələrdə anbar rəisi, taqim komandiri, mənzil-istismar xidmət rəisi, hərbi hissə komandirinin maddi -texniki təminat xidməti üzrə müavinini vəzifələrində xidmət edib.
       Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında və təmin edilməsində,yaşayış və cəzaçəkmə müəssisələrində  kütləvi iğtşaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə,dövlət əhmiyətli  obyektlərin,hərbi şəhərciklərin və hərbi təchizat anbarların,xüsusi yüklərin mühafizə olunmasında,qəzalər,bədbəxt hadisələr,yanğınlar,təbii fəlakətlər və başqa  fövqəladə hallar habelə fövqəladə vəziyyət və komendant saatı  zamanı hüquqi rejim və karantin tədbirlərinin həyata keçirilməsində, dövlətin ərazi  bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyətlə və şərəf hissi ilə yerınə yetirmişdir.
    
 G.Səfərov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kımı göstərmişdir. O işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə  kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümunə olmuşdur.
      Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin yerinə yetirilməsində öz rabeliyində olanlara və  bir çox hərbi qulluqçulara şəxsi nümunə olaraq Vətənə və Xalqa sədaqətlə xidmət etmişdir.

Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinəgörə, döyüş və ictimai sıyası hazırlığında, hərbi  intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və hərbi vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin və onun müavinlərinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley   döş nisanları ilə,(pul mükafatları ilə), bir cox  fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
      Polkovnik+ leytenant Səfərov Gülağa Yaqub oğlu xidmətdə fəriqləndiyinə görə   Azərbaycan Respublikasının Prezidentinin adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə aşağıdakı medallarla təltif olunub:

1."Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin  10 -illiyi (1991-2001), 90- illiyi (1918-2008) və 95-illiyi (1918-2013) yubley medallar ilə;

2."Qüsursuz xidmətə görə" 2 -ci  və 3 dərəcili medallar ilə.
     
Səfərov Gülağa Yaqub oğlu   Daxili Qoşunların Baş idarəsinin Xəzər rayonunda yerləşən hərbi məktəbi bitirdikdən sonra  təcürbə mübadiləsi əldə etmək üçün Türkiyə Cümhuriyyətinin Jandarma Qüvvələrinin Ankarada, İstanbul  və İzmir şəhərlərində yerləşən hərbi hissələrində və məktəbində   olmuşdur.

YUBİLEY GÜNÜN MÜBARƏK OLSUN GÜLAĞA!

YÜZ YAŞA SAĞLAM YAŞA!
 Azərbaycan  Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı  polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages