Təbrik: Polkovnik leytenant Fərman Cəfərov-63



Azərbaycan ordusunun və  Daxili İşlər Nazirliyinin azirliyi Daxili Qoşunlarınının həyatında öz dəst - xətti  olan, yüksək peşəkarlığı, dərin zəkası, gözəl nitq qabiliyyəti, səmimiyyəti,sadəliyi, insanpərvərliyi, səmərəli fəaliyyəti,işgüzarlığı,vətənpərvərliyi,dəqiqliyi,təmkinliyi,xeyirxahlığı,intellektual səviyyəsi,iradi və mənəvi keyfiyyətləri ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 22 ildən coxnu  SSRİ Silahlı Qüvvələrində,  Azərbaycan  Azərbaycan ordusunda və Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarında müxtəlif vəzifələrdə Vətənə və Xalqa sədaqətlə  xidmət etmiş, Azərbaycan Respubilkasının  müharibə veteranı-  istefada olan polkovnik leytenat  Cəfərov Fərman Şirxan    oğlunun  oktyar ayının  22-də  63- yaşı tamam oldu.
  Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan Azərbaycan  Respubilkasının müharibə veteranı- istefada olan polkovnik -leytenat  Cəfərov Fərman Şirxan  oğlunun oktyabr ayının iyirmi  ikisində  altmış  üç yaşının tamam olması münasibətilə  Daxili İşlər Nazirliyinin Daxili Qoşunların  ehtiyatda və istefada olan zabitləri, doğmaları, yaxınları, iş   və döyüşcü yoldaşları  səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Fərman  qoy yaşınızın üstə gələn bu yaş da  sizə  sevincdolu illər bəxş etsin, hər yeni günün isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
İstefada olan Poıkovnik -leytenat Cəfərov Fərman Şirxan oğlu 1961 -cı ilin oktyabr ayının 22-də Azərbaycan Respubilkasının  Cəlilabad rayonunun Göytəpə qəsəbəsində  zəhmətkeş bir ailədə anadan olub.
1977-ci ildə Cəlilabad rayonun Göytəpə qəsəbəsində 8-ci sinifi,1980 -ci ildə  fexniki peşə məktəbi,1985-ci ildə isə   Bakı Ali   Hərbi Birləşmiş Komandirlər məktəbini bitrib.Fərman Cəfərov SSRİ və Azərbaycan Respubiljasının Silahlı Qüvvələrində, eləcədə Din-in Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində, müvafiq təhkimləşdirmə və ixtisas artırma kurslarında olub, bir çox təlim -metodiki toplanışlarda,xüsusi-taktiki-təlimlərdə, komanda-qərargah məşqlərində, seminar və konfranslarda fəal iştirak edib.
1980-1981-ci illərdə Sovet ordusunun Macarstanda yerləşən hərbi hissələrin birində  müddətli həqiqi hərbi xidmətdə olub.1981-1985-ci illərdə Bakı Ali Hərbi Birləşmiş  komandirlər məktəbində  təhsil almışdır.
1985-1991-ci illərdə Sovet ordusunun Almaniya Federativ Respublikasında və Bakı şəhərində yerləşən hərbi hissələrin birində taqım və bölük komandiri,1992-1993-cü illərdə Azərbaycan ordusunun döyüş  bölgələrində yerləşən hərbi hissələrin birində müxtəlif vəzufələrdə olmuşdur.
1994-1995-ci illərdə Din-inn Daxli Qoşunların Hacıqabul rayonunda yerləşən hərbi hissədə briqada komandirinin müavini-qərargah rəisi,  briqada komandiri əvəzi,1995-2002-ci illərdə isə Azərbaycan ordusunun Füzuli rayonunda yerləşən hərbi hissələrin  birində tabor komandiri vəzifəsində xidmət etmişdir. 
Calışdığı bütün vəzifərdə özünü bacarıqlı zabit, təcürbəli və qayğıkeş insan kimi  göstərən-istefada olan polkovnik- leytenat  Fərman Cəfərov SSRİ Silahlı Qüvvələrində,Azərbaycan ordusunda və Din -Daxili Qoşunlarda    xidmət etdiyi illər ərzində, öz tabeliyində olanlara və bir cox hərbi qulluqculara  Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi nizamnamələrinin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
        Qanunvericilikilə müəyyən olunmuş qaydada ona həvalə edilmiş vəzifə və tapşrıqların yerinə yetirilməsində, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Azərbaycanını ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək ona həvalə olunmuş vəzifə və tapşırıqları layqınca yerinə yetirmişdir. Müharibə veteranıdır. 
  Hərbi və döyüşcü yoldaşları onu, vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş  hərbi qulluqçu kimi dəyərləndirirlər.O,istər təhsil aldıgı,orta və təhsil mərkəzlərində, istərsə də  xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost- tanış, qohum -əqrəba  arasında   özünə layiq hörmət  qazanıb.

Xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi - döyüş keyfiyyətləri,  döyüş və ictimai - siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətlərinə görə  əla xidmətlərə görə əlacı ,idman və yubiley döş nişanları ilə təltif olnub, bir çox fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

Öz  xidmət vəzifələrini,hərbi hissənin qarşısında qoyulmuş tapşrıqları  yerinə yetirərkən  fəriqləndiyinə və hərbi xidmət kecdiyi dövrdə göstərdiyi  digər xidmətlərə görə aşağıdakı medallarla təltif olunub:
1. " SSRİ Silahlı Qüvvələrin  70 illiyi (1918-1988)” yubiley medal ilə;
2."Azərbaycan Respublikasının  Silahlı Qüvvələrinin   10 illiyi ( 1991 - 2001)” yubiley  medalı ilə;
3."Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medal ilə  - Silahlı Qüvvələrdə  10 təqvim ili xidmətə görə;
4."Qüsursuz xidmətə görə 2 -ci  dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
 5."Qüsursuz  xidmətə görə" 1-ci dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 20 təqvim ili  xidmətə görə,
      ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
      63 YAŞIN MÜBARƏK OLSUN  FƏRMAN MÜƏLIİM!
     BÜTÜN ARZULARIN ÇİN OLSUN!
     HƏMIŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYIN SEVINSIN!
Azərbaycan Respubilkasının  Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev


Hiç yorum yok:

Yorum Gönder

Pages