Yüksək peşəkarlığı, humanistliyi, sadəliyi, səmimiyyəti, dəqiqliyi, təmkinliyi,işgüzarlığı,təşkilatclıq bacarığı, iradı və mənəvi keyfiyyəti ilə seçilən, ömürün məhsuldar dövrünün 30 ildən çox şərəfli xidmət yolunu Daxili işlər nazirliyinin islah-əmək (cəzaçəkmə) müəssisələrində və Daxili İşlər Nazirliyinin Daxili Qosunlarda keçirmiş, Azərbaycan Respublikasının Silahlı Qüvvələr və müharibə veteranı- istefada olan polkovnik leytenant Əl Fərhad Rahib oğlunun oktyabr ayının 2-də dünyaya göz açdığı gündür.Bu əlamətdar gün münasibətilə Əliyev Fərhad Rahib oğlunu 60 illik yubiley günü münasibətilə Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri,doğmaları,yaxınları, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, ailə səadəti və həyat yollarinda bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər, Fərhad müəllim qoy yaşının üstə gələn bu yaş da sizə sevinc dolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Azərbaycan Respublikasının Silahlı Qüvvələr və müharibə veteranı- istefada olan polkovnik leytenant Əliyev Fərhad Rahib oğlu 2 Oktyabr 1964-cü ildə Ba şəhərində zəhmətkeş bir ailədə anadan olub.
1981-ci ildə Bak şəhər 6 nömrəli orta məktəbi, 1988-ci ildə isə Azərbaycan İqtisadiyyat İnstitutunu bitrib.
1983-1985-ci illərdə Sovet Ordusunun Naxçıvan Muxtar Respublikasında yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olub.
Fərhad Rahib oğlu Əliyev 1988- 1992-ci illərdə Daxili İşlər Nazirliyinin Bakı şəhərində yerləşən islah-əmək (cəzaçəkmə) müəssisələrin birində də müxtəlif vəzifələrdə,1992-2019-cü ilərdə isə Daxili işlər Nazirliyinin Daxili Daxili Qoşunların Baş İdarəsinin Binəqədi , Xəzər, Hacıqabul rayonlarında yerləşən hərbi hissələrində xidmət rəsi, Daxili Qoşunların Bas İdarəsinin maliyyə-plan şöbəsində təftiş qrupun rəisi (baş zabit) vəzifələrində Vətənə və Xalqa sədaqətlə xidmət etmişdir.
Azərbaycan respublikasının Konstitusiyasına və qanunlarına əməl etməsi,Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin əmir və sərəncamların tələblərinin dəqiq və sözsüz yerinə yetirilməsi işində tabeçiliyində olanlar və digər bir çox hərbi qulluqcular üçün daimi şəxsi nümunə olmuşdur.
Fərhad Rahib oğlu Əliyev Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kımı göstərmişdir. O işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.
Polkovnik leytenant Əliyev Fərhad Rahib oğlu qorxmaz, saxavətli, əliaçıq, zəhmətkeş baş zabit olmuşdur. O, istər təhsil aldığ orta və ali təhsil müəsələrində, istərsə də qohum-əqraba, xidmət etdiyi və işlədiyi kollektiv,dost-tanış arasında özünə layiq hörmət qazanmışdır.
Qanunvericiliklə müəyyən edilmiş qaydada Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində,
Azərbaycan Respublikasında şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilməsi yerlərində ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, yaşayış və cəzaçəkmə müəssisələrində kü iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, qəzalar ,yanğınlar, bədbəxt hadisələr, təbii fəlakətlər və başqa fövqaladə vəziyyət (komendant saatı) zamanı hüquqi rejim karantin tədbirlərinin həyata keçirilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyətlə və şərəf hissi ilə yerınə yetirmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi-döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna, nümnəvi xidmətinə, eləcə də hərbi vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,Din-in islah- əmək müəssə rəisinin və hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı
və yubiley döş nişanları ilə təltif olunub,bir çox fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırılıb və ona təşəkkür elan edilib.
Fərhad Rahib oğlu Əliyev öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşrıqları yerinə yetirərkən fəriqləndiyinə və digər xidmətlərə görə Azərbaycan Respublikasının Prezidenti adından, Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə aşağıdakı medallarla təltif edilib:
1.”Azərbaycan Respublikasının Silahlı Qüvvələr Veteranı” medalı ilə:
2."Qesursuz xidmətlərə görə" 1-ci dərəcəli medal-Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
3.”Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal-Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
4.”Qüsufsuz xidmətə görə” 3-cü dərəcəli medal- Silahlə Qüvvərdə 10 təqvim ili xidmətə görə;
5."Azərbaycan Respubilka Silahlı Qüvvələrinin 10 - illiyi (19
91-2001)” yubiley meadalı ilə;
6.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 90-illiyi (1918- 2008)” yubiley
medalı ilə
7.“Azərbaycan Respubilkasının Silahlı Qüvvlələrinin 95-illiyi (1918-2013)” yubiley medalı ilə.
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
FƏRHAD
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder