Təbrik: Polkovnik leytenant Firdosu Xəlilov-68




Azərbaycan ordusunun və  Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarınının həyatında öz dəst - xətti  olan, yüksək peşəkarlığı, dərin zəkası, gözəl nitq qabiliyyəti, səmimiyyəti,sadəliyi, insanpərvərliyi, səmərəli fəaliyyəti,böyük idarəclik və təşkilatclıq bacarığı,işgüzarlığı,vətənpərvərliyi,dəqiqliyi,təmkinliyi,xeyirxahlığı,intellektual səviyyəsi,iradi və mənəvi keyfiyyətləri ilə seçilən, ömrünün ən məhsuldar dövrünü  Sovet odusunun,  Azərbaycan  Silahlı Qüvvələrin və Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunların müvafiq strukturlarında müxtəlif vəzifələrdə Vətənə və Xalqa sədaqətlə  xidmət etmiş, Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və müharibə veteranı-  istefada olan polkovnik leytenat   Xəlilov Firdosu Əhmədalı  oğlunun  oktyar ayının  20-də  dünyaya göz açdığı gündür.
  Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan, Azərbaycan  Respubilkasının Silahlı Qüvvələri və müharibə veteranı- istefada olan polkovnik -leytenat Xəlilov Firdosu Əhmədalı oğlunu belə bir əlamətdargün  münasibətilə Daxili Qoşunların  ehtiyatda və istefada olan zabitləri, kollektivi, onların doğmaları, yaxınları, iş   və döyüşcü yoldaşları  səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Firdosu müəllim qoy yaşınızın üstə gələn bu yaş da  sizə  sevincdolu illər bəxş etsin, hər yeni günün isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
 Poıkovnik -leytenat Xəlilov Firdosu Əhmədalı oğlu 1956 -cı ilin oktyabr ayının 20-də Qərbi Azərbaycanın  Kalinino rayonun Qaraisa kəndində zəhmətkeş bir ailədə anadan olub.
1973-ci ildə Qərbi Azərbaycanın Kalino rayonun İlməzli kənd orta məktəbi,1977-ci illdə  Sovet ordusununn Zakafqaziya Hərbi Dairəsinin  Tiflis  şəhərində yerləşən  gizirlər məktəbini,1986-cı ildə SSRİ Silahlı Qüvvələrin Kalinqrad şəhərində yerləşən Ali hərbi mühəndis -istehkamçı komandirlər məktəbini bitrib.O SSRİ və Azərbaycan Respubiljasının Silahlı Qüvvələrində, eləcədə Din-in Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində, müvafiq təhkimləşdirmə və ixtisas artırma kurslarında olub, bir cox təlim -metodiki toplanışlarda,xüsusi-taktiki-təlimlərdə, komanda-qərargah məşqlərində, seminar və konfranslarda fəal iştirak edib.
Calışdığı bütün vəzifərdə özünü bacarıqlı zabit, təcürbəli və qayğıkeş insan kimi  göstərən-istefada olan polkovnik- leytenat Firdosu Xəlilov SSRİ Silahlı Qüvvələrində,Azərbaycan ordusunda və Din -Daxili Qoşunlarda    xidmət etdiyi illər ərzində, öz tabeliyində olanlara və bir cox hərbi qulluqculara (kursantlara), Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi nizamnamələrinin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
        Qanunvericilikilə müəyyən olunmuş qaydada Azərbaycan  ordusuna və Daxili Qoşunlara  həvalə edilmiş vəzifə və tapşrıqların yerinə yetirilməsində, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.Azərbaycanını ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək ona həvalə olunmuş vəzifə və tapşırıqları layqınca yerinə yetirmişdir. Müharibə veteranıdır. 
  Hərbi və döyüşcü yoldaşları  Firdovsunu vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş  hərbi qulluqçu kimi dəyərləndirirlər.O,istər təhsil aldıgı,orta və təhsil mərkəzlərində, istərsə də  xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost- tanış, qohum -əqrəba  arasında   özünə layiq hörmət  qazanıb.
Xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi - döyüş keyfiyyətləri,  döyüş və ictimai - siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətlərinə görə  əla xidmətlərə görə əlacı   və yubiley döş nişanları ilə təltif olnub, bir çox fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Öz  xidmət vəzifələrini,hərbi hissənin və ali  hərbi məktəbinin qarşısında qoyulmuş tapşrıqları  yerinə yetirərkən  fəriqləndiyinə və hərbi xidmət kecdiyi dövrdə göstərdiyi  digər xidmətlərə görə aşağıdakı medallarla təltif olunub:
1."Azərbayca  Respubilkasının Silahlı Qüvvələrinin Veteranı" medalı ilə;
2. " SSRİ Silahlı Qüvvələrin  70 illiyi (1918-1988)” yubiley medal ilə;
3."Azərbaycan Respublikasının  Silahlı Qüvvələrinin   10 illiyi ( 1991 - 2001)” yubiley  medalı ilə;
4."Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medal  ilə - Silahlı Qüvvələrdə  10 təqvim ili xidmətə görə;
5."Qüsursuz xidmətə görə 2 -ci  dərəcəli medal  ilə- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
 6."Qüsursuz  xidmətə görə" 1-ci dərəcəli medal ilə  - Silahlı Qüvvələrdə 20 təqvim ili  xidmətə görə.
      ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
      68 YAŞIN MÜBARƏK OLSUN  FİRDOSU MÜƏLIİM!
     BÜTÜN ARZULARIN ÇİN OLSUN!
     HƏMIŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYIN SEVINSIN!

Azərbaycan Respubilkasının  Silahl Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev


Hiç yorum yok:

Yorum Gönder

Pages