Daxili İşlər Nazirliyinin Daxili Qoşunların həyatında öz dəst- xətti və xüsusi xidmətləri olan, yüksək peşəkarlığı, humanistliyi, işgüzarlığı, təşkilatçılıq bacarığı, dəqiqliyi, təmkinliyi,xeyirxahlığı, intizamı, nəzakəti, təvəzökarlığı, iradi və mənəvi keyfiyyətləri ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 18 ildən çox şərəfli xidməti yolunu, Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarının Baş İdarəsinində keçirən- istefada olan polkovnik leytenant Babayeva Elmira Əli qızınin 21 oktyabr dünyaya göz açdığı gündür.
Daimi həyatın imtahanlarından alını açıq və üzüağ çıxan Elmira Babayevanı belə bir əlatdar gün münasibətilə, Din-in Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,doğmaları,əzizləri,yaxınları və iş yoldaşları səmi qəlbdən təbrik edir və ona cansağlığı və uzun ömür arzu edib deyirlər, Elmira xanım qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Polkovnik leytenant Babayeva Elmıra Əli qızı 21 oktyabr 1961 -ci ildə Ağstafa rayonunda zəhmətkeş bir ailədə anadan olub.
1968-ci ildə Ağstafa şəhərində orta məktəbin birinci sinfə getmiş,1978-ci ildə həmin məktəbi bitirdikdən sonra 1982-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinə daxil olmuş, 1987-ci ildə həmin Ünversiteti bitrmişdir .
Elmira Əli qizı Babayeva 1988-ci ildən - 1993 cü ilin yanvar ayının 25-dək olan müddətlərdə 2 saylı Tikinti-Qurraşdırma İdarəsində Kadrlar şöbəsinin rəisi vəzifəsində calışıb.
1993 -cü ilin yanvar ayinın 26-dan - 2011-ci ilın dekabr ayına kimi Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin kadrlar və təşkilat komplektləşdirmə şöbələrində baş zabit və Daxili Qosunların Baş İdarəsinin arxiv rəisi vəzifələrində xidmət edib.
Polkovnik leytenant Babayeva Elmıra Əli qızı Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsində xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində Qadınlar şurasının sədri kimi ictimai vəzifənin öhtəsindən layiqincə gəlmişdir.
Elmira xanım Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbçi kimi göstərmişdir. O işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə kolektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.
Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında,cinəyətkarlığa qarşı mübarizədə, fövqaladə hallar, habelə hərbi vəziyyət və komendant saatı zamanı hüqüqi rejimin və dövlətin ərazi bütövlüyünün təmin edilməsində ona həvalə edilmiş vəzifə və tapşırıqların öhdəsindən vaxtında gəlmişdir.
Elmira Əli qizı Babayeva öz tabeliyində və bir çox hərbi qulluqçulara, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin direktivlərin, təlimatların tələblərinin ,əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuş Vətənə və Xalqa isə sədaqətlə xidmət etmişdir.
Elmira xanım, qorxmaz, insanpərvər, səxavətli, əliaçıq, vətənpərvər, vəfalı bir zəhməkeş baş zabit olub. O,istər təhsil aldığı orta və ali təhsil müəssisələrində,istərsədə xidmət etdiyi kollektivlərdə, dost-tanış, qohum- əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Elmira xanım xidmətdə fərqləndiyinə və digər xidmətlərə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin,Daxili Qoşunlar Komandanının və onun müavinlərinin müvafiq əmrləri "Qüsursuz xidmətlərə görə " 2-ci və 3-cü dərəcəli, "Silahlı Qüvvələrinin yaranmasının 10 - illk və 90- ilik yubiley medaları ilə təltif edilib.
Polkovnik- leytenant Elmira Babayeva xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi -döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və hərbi vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanının və onun müavinlərinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nisanları ilə, pul mükafatları ilə, bir çox fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Babayeva Elmira Əli qızı Xidməti vəzifələrin yerinə yetirilməsində fəriqləndiyinə görə, Azərbaycan Respublikasının Prezıdentinin müvafiq sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib
ELMİRA XANIM!
BİR İL DAHA BİTDİ, AMMA HEÇ VAXT KƏDƏRLƏNMƏ ZAMAN TEZ KEÇİR DEYƏ...
UNUTMA Kİ HƏR KƏS EYNİ ŞEYİ YAŞAYIR.
BU İLİN SONUNDA GERİYƏ BAXDIĞINDA ÜMÜD EDİRƏM BİR "MÖCÜZƏ İLDİ " DEYƏRSƏN...BÜTÜN ARZULARLNIN REALLAŞMASI DİLƏYİMLƏ..XOŞBƏXT İLLƏRƏ.
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder