Təbrik: Polkovnik- leytenant Elbrus Hüseynov-52



   Peşəkarlığı, humanistliyi, işgüzarlığı, dəqiqliyi, təmkinliyi, təşkılatçılıq bacarığı, səmərəli fəaliyyəti ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 25 ildən çoxunu  Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarında  və  Daxili İşlər Nazirliyinin  Polis Akademiyasında müxtəlif  vəzifələrdə  keçirmiş- ehtiyatda olan polkovnik leytenant Elbrus Hüseynovun oktyabr ayının 31 də dünyaya göz açdığı gündür.

Daimi həyanın imtahanlarından alını açıq və üzüağ çıxan, Azərbaycan Respubilkasının  müharibə veteranı- ehtiyatda olan polkovnik leytenant Hüseynov Elbrus Feyzulla oğlunu doğum günü münasibətilə Din-in Daxili  Qoşunların ehtiyatda və istefada olan zabitləri,doğmaları,iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib -tükənməyən nailiyyətlər arzu edib deyirlər,
Elbrus qoy   yaşının üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
      Polkovnik leytenant Hüseynov Elbrus  Feyzulla oğlu  31 oktyabr 1972- ci ildə Bakı şəhərində zəhmətkeş ailədə anadan olub.O,
Din-in  Daxili İşlər Nazirliyinin azirliyinin Polis akademiyasını bitrib.

1992-2017-ci illərdə Daxili İşlər Nazirliyinin azirliyi Daxili Qoşunların Şirvan (keçmiş Əlibayramlı)  şəhərində ,Zəngilan,Ağdam, Füzuli, Hacıqabul, Xəzər və Xacmaz rayonlarında (Yalama qəsəbəsində) yerləşən hərbi hissədə və ali hərbi məktəbdə müddətli həqqi hərbi xidmətdə olub, taqım komandiri, hərbi fənlər kafedrasında  hərbi müəlim, baş müəllim,  ali hərbi məktəbin qərargah rəisinin müavini  vəzifələrində xidmət edib.
     
Elbrus Hüseynov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kimi göstərmişdir. O işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə  kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümunə olmuşdur.
       Polkovnik leytenant Elbrus Hüseynov Azərbaycanın ərazi bütövlüyü uğrunda  (Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə  iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.Azərbaycan Respublikasının müharibə veteranıdır. 

Qanunvericiliklə müəyyən olunmuş qayda, Din-in Daxili Qoşunlara həvalə olunmuş vəzifə və tapşırıqları layıqincə yerinə yetirmişdir. 
  
Elbrus Hüseynov Daxili Qoşunlarda xidmət etdiyi illərdə,  öz tabeliyində olanlara və digər hərbi qulluqcula Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməsi, Hərbi Andın,  hərbi və daxili qoşunların döyüş xidməti  nizamnamələrin tələblərinin yerinə yetirilməsi işində daimi  şəxsi nümunə olaraq, Vətənə 
 və Xalqa sədaqətlə xidmət etmişdir.

  Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi-döyuş  keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında , hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və hərbi vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına  görə Daxili İşlər Nazirnın, Daxili Qoşunlar Komandanının və onun müavinlərinin, Din- in polis  akademiya və  hərbi məktəb rəislərinin,  hərbi hissə komandirinin  müvafiq əmrləri ilə əla xidmətlərə görə  əlacı  və yubiley döş nisanları ilə,(pul mükafatları ilə), bir çox  fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
      Azərbaycan Respubilkası Din-in Daxili Qoşunlarının yaradılmasının 23-il ildönümü ilə əlaqədar olaraq, dövlətin ərazi bütövlüyünün təmin olunmasında iştirak etdiyinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların yerinə yetirilməsində  fəriqləndiyinə görə, Azərbaycan Respubilkası Prezidentinin 11 mart  2015- ci il tarixli sərancamına əsasən Polkovnik-leytenat Hüseynov Elbrus Feyzulla oğlu ‘Hərbi xidmətlərə görə” medala təltif edilib.

Öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmiş  tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə və digər  xidmətlərə görə polkovnik-leytenat Elbrus Hüseynov Azərbaycan Respublikasının Prezidenti adından  Daxili İşlər Nazirinin müvafiq əmrləri ilə aşağıdakı  medallarla təltif olunub:

1."Qüsursuz xidmətə görə" 1- ci dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;

2.”Qüsursuz xidmətə görə” 2- ci dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;


3.”Qusursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;

4."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 10 -illiyi (1991-2001)” yubileyi medalı ilə; 

5.”Azərbaycan Respublikası Silahl Qüvvələrinin 90- illiyi (19918-2008)” yubiley medalı ilə;

6.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 95- illiyi (1918- 2013)” yubiley medalı ilə.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN
ELBRUS !

ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN
ÖMRÜN UZUN OLSUN 100 YAŞA.

DAİMA XOŞBƏXT VƏ FİRƏVAN YAŞA.
 Azərbaycan  Respubilkasının Silahlı Qüvvələr və  Müharibə Veteraı polkovnik Salman Musayev




Hiç yorum yok:

Yorum Gönder

Pages