Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarının həyatında öz dəst - xətti olan, yüksək peşəkarlığı, dərin zəkası, gözəl nitq qabiliyyəti, sadəliyi, səmimiyyəti,təvazökarlığı,dəqiqliyi,təmkinliyi,işgüzarlığı,iradi və mənəvi keyfiyyətləri ilə seçilən, Daxili Qoşunlarda şərəfli xidmət yolu keçmiş, Azərbaycan Respubilkasının müharibə veteranı - istefada olan polkovnik leytenant Rzayev Dünyabəy Adil oğlunun oktyabr ayının 11- də dünyaya göz açdığı gündür.
Daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan - istefada olan polkovnik leytenant Rzayev Dünyabəy Adil oğlunu belə bir əlamətdar gün munasibətilə DİN-in Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, kollektivi, doğmaları, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ucun ən şirin nemət olan möhkəm cansağlığı,uzun mənalı ömür və həyat yollarında bitib - tükənməyən naliyyətlər arzu edib deyirlər, Dünyabəy müəllim qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu illər bəxş etsin, hər yeni günün isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Əsil vətəndaşlıq mövqeyi ilə seçilən, ictimayət arasında özünəlayıq hörmət qazanmış- polkovnik leytenant Rzayev Dünyabəy Adil oğlu 1961 - ci ilin oktyabr ayının 11- də Naxçıvan Muxtar Respublikasının Ordubad rayonun Vənənd kəndində zəhmətkeş bir ailədə anadan olub.
Heç kəsi özündən incitməyən, xoş rəftarı və şirin dili ilə hər kəslə doğmalıq münasibəti yaradan-istefada olan polkovnik leytenant Rzayev Dünyabəy Adil oğlu orta təhsilini Ordubad rayonunun Vənənd kənd orta məktəbində və Riyaziyyat, informatika təmayüllü respublika liseyində, ali təhsilini isə Bakı Dövlət Universitetinin riyaziyyat və informatika fakültəsində almışdır.
Rzayev Dünyabəy Adil oğlu Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində, Daxili Qoşunların Bas İdarəsin də,Ali hərbi məktəbində və hərbi hissələrində kecirlən bir çox xüsusi -taktiki təlimlərdə, komanda - qərargah məşqlərində, seminar və konfranslarda fəal iştirak edib .
Polkovnik leytenant Rzayev Dünyabəy Adil oğlu Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Bas İdarəsinin AiİS xidmətində, hərbi hissələrində və ali hərbi məktəbində müxtəlif vəzifələrdə xi etdiyi illər ərzində Vətənə və Xalqa sədaqətlə xidmət etmişdir.
Polkovnik leytenant Dünyabəy Rzayev qanunvericilikilə müəyyən olunmuş qaydada, Daxil işlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşlsının alınmasında, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin təmin olunmasında və ictimai təhlükəsizliyin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə,silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində,qəzalar,bədbəxt hadisələr,yanğınlar,təbii fəlakətlər və başqa fövqalədə hallar (hərbi vəziyyət və komendant saatı) zamanı hüquqi rejimin təmin edilməsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda (Ağdərə,Ağdam,Füzuli istiqamətində) gedən döyüşlərdə üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.Azərbaycan Respublikasının müharibə veteranıdır.
Hərbı yoldaşları polkovnik leytenant Adil Rzayevi vətənpərvər, qoruxmaz, saxavətli, insanpərvər, əliacıq və zəhmətkeş hərbi qulluqçu kimi dəyərləndirirlər. O,istər təhsil aldıgı,orta və digər təhsil müəssisələrində, istərsədə xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost- tanış, qohum -əqrəba arasında özünə layiq hörmət qazanıb.
Dünyabəy Adil oğlu Rzayev Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Öz xidməti və ictimai vəzifələrinin icrası zamanı yüksək mənəvi - döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai - sıyası hazırlığında,hərbi ıntizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və digər nümunəvi xidmətlərinə görə Azərbaycan Respublikasının Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Ali hərbi məktəb rəisinin və hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif olunub, bir çox fərmanlarla,diplomlarla və qiymətli hədiyyələrlə (pul mükafatları ilə) mükafatlandırlıb və ona təşəkkur elan edilib.
Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanmasında, respublikada əmin - amanlığın təmin edilməsində, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini yerinə yetirərkən xüsusi fəriqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirinin müvafiq əmrləri ilə bir sıra medallarla təltif olunub.
DOĞUM GÜNÜN MÜBARƏK DÜNYABƏY MÜƏLLİM !!!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN CİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder