TƏBRİK: Mərdan Ələsgərov — 57



Bu gün daha bir silahdaşımızın — Azərbapycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Binəqədi rayon şöbəsinin sədri, Qarabağ uğrunda gedən döyüşlərin iştirakçısı Mərdan Ələsgərovun ad günüdür. Oktyabrın 8-i onun 57 yaşı tamam olur.

Mərdan Ələsgərov Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) şöbə sədri kimi müharibə veteranlarının hüquqlarının bərpa edilməsi uğrunda çalışmaqdadır. 44 günlük Vətən müharibəsi günlərində də öz köməyni cəbhədən əsirgəməyən şöbə sədrlərimizdəndi. Bu gün də gənc döyüşçülərin problemlərinin həllinə çalışmaqdadır.

Mərdan Ələsgərov 2019-cu ildən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Binəqədi rayon şöbəsinin sədridir.

  • «Böyük Zəfər» medalı ilə;
  • «Müharibə Veteranı» Medalı ilə ;
  • Azərbaycan Vətən Müharibəsi Veteranları » İctimai Birliyin yaranmasının   ( 1994- 2019) 25  illiyi yubiley medalı ilə;
  • Silahlı Qüvvələrin yaranmasının » (1918 — 2018) 100  illiyi yubiley medalı ilə.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi ad gün münasibəti ilə Mərdan bəyi təbrik edir, ona uzun ömür, cansağlığı və fəaliyyətində uğurlar arzulayır.

AVMVİB Mətbuat xidməti


Hiç yorum yok:

Yorum Gönder

Pages