Təbrik: Əmrah Aslanov — 59



Bu gün daha bir silahdaşımızın — Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Pirallahı şöbəsinin sədri Aslanov Əmrah Zaman oğlunun doğum günüdür. Oktyabr ayının 11-də onun 59 yaşı tamam olur.

Aslanov Əmrah Zaman oğlu 1965-ci ildə Qərbi Azərbaycanın Dilican mahalının Hakıxlı kəndində müəllim ailəsində anadan olmuşdur. Gənclik illəri daim ermənilərlə mübarizədə keçdiyi üçün tale onu arzuladığı müəllim peşəsindən ayırmış və Əmrah Aslanovu əsil peşəkar döyüşçü kimi yetişdirmişdir.

1983-cü ildə hərbi xidmətə motoatıcı diviziyada başlamışdır. Hərbi xidməti başa vurandan sonra doğma diyarına qayıtmışdır. 1988-ci il hadisələri ərəfəsində Rudenko adına Sverdlovks Hüquq İnstitutuna qəbul olan Əmrah Aslanov və ailəsi doğma diyarından didərgin salındığı üçün təhsilini yarımçıq qoymuş və Azərbaycana gəlmişdir.

1991-ci ildən etibarən erməni təcazvükarlarına qarşı müharibədə Vətənin müdafiəsi uğrunda döyüşlərə qatılmışdır. Daxili İşlər Nazirliyinin sıralarında Ağdərənin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Pirallahı şöbəsinin sədri Aslanov Əmrah Zaman oğlu eyni zamanda 44 günlük Vətən müharibəsinin də iştirakçılarından olmuş, ordumuzun yanında olmuşdur.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi Aslanov Əmrah Zaman oğlunu ad günü münasibəti ilə təbrik edir, ona uzun ömür, cansağlığı arzulayır.

AVMVİB - nin Xankəndi şəhər Xocalı rayon şöbəsi və Bakmiltv.info

Whats-App-Image-2024-10-12-at-14-05-47

Whats-App-Image-2024-10-12-at-14-05-47-1

Whats-App-Image-2024-10-12-at-14-05-47-2

Whats-App-Image-2024-10-12-at-14-05-48

Hiç yorum yok:

Yorum Gönder

Pages