Təbrik: Mayor Vüqar Heydərov- 48




Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının həyatında öz dəst -xətti və xüsusi xidmətləri olan,  işgüzarlığı, yüksək intellektual səviyyəsi, dərin zəkası, gözəl nitq qabiliyyəti, səmimiyyəti, sadəliyi, dəqiqliyi,təmkinliyi,iradi və mənəvi keyfiyyətləri  ilə seçilən, Daxili Qoşunların  Binəqədi və    Qəbələ rayonlarında yerləşən hərbi hissələrdə əsgər və  qərargah rəisinin xidmət üzrə baş köməkçisi, Daxili Qoşunların Baş İdarəsin  Döyüş Hazırlığı İdarəsində, Məxfi hissəsində, Qoşun xidmətində, İnispeksiyasında müxtəlif vəzifələrdə Vətənə və Xalqa sədaqətlə xidmət etmiş- ehtiyatda olan  Mayor Heydərov Vuqar  Yusuf oğlunun oktyabr ayının 18  də dünyaya göz açdığı gündür. 

Daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan- ehtiyatda olan mayor Heydərov Vuqar Yusuf oğlunu belə bir əlamətdar gün münasibətilə Din-in Daxili Qoşunlarınehtiyatda və istefada olan zabitləri, kollektivi, doğmaları,əzizləri,yaxınları və iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara  həyatda insan ucun ən şirin nemət olan möhkəm cansağlığı və  həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Vüqar qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu illər bəxş etsin, hər yeni günün isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.

Hərbi yoldaşları  Vüqar Heydərovu  vətənpərvər, qoruxmaz, saxavətli,  insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsədə  dost - tanış, qohum-, əqraba  arasında özünə böyük hörmət qazanıb.
Qanunvericiliklə müəyyən olunmuş qaydada  Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində   ictimai qaydanın qorunmasında   və ictimai təhlükəsizliyin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə, yaşayış məntəqələrində və cəzacəkmə müəssisələrində  kütləvi ixtişaşların qarşısının alınmasında,qəzalar, bədbəxt hadisələr,yanğınlar,  təbii fəlakətlər və başqa fövqəladə hallar, habelə fövqalədə vəziyyət və komendant saatı zamanı  hüquqi rejim tədbirlərinin həyata keçirilməsində, eləcə də   Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Öz tabeliyində olanlara və bir çox hərbi qulluqculara, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi,Hərbi Andın,  hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin,əmr və sərançamlatın  dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümünə olmuşdur.
 Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün  qorunub saxlanılmasında,respublikada əmin amanlığın təmin edilməsində, ictimai asayişin qorunmasında və cinayətkarlığa qarşı mübarizə də öz xidməti vəzifələrini yerinə yetirərkən fəriqləndiyinə görə  Azərbaycan Respublikasının Daxili İşlər  Nazirnin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, idarə, şöbə,xidmət və bölmə rəislərinin, hərbi hissə komandirinin  müvafiq əmrləri ilə  əlacı və yubiley döş nişanları ilə, fəxr fərmanlarla,  qiymətli hədiyyələrlə mükafatlandırıb, ona təşəkkür elan edilib və  aşağıdakı medallarla təltif edilib:
 1.”Azərbaycan Rspubilkası Silahlı Qüvvələrinin  10  illiyi  (1991 - 2001)”   yubiley medalı ilə;
2.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90 illiyi  ( 1918- 2008)”  yubiley   medalı ilə;
3.”Azərbaycan Respubilkası  Silahlı Qüvvələrinin  95 illiyi (1918-2015)”  yubiley medalı ilə;
4.”Qüsursuz  xidmətə görə” 1-ci dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 20 təqvim ili  xidmətə görə;
5.”Qüsursuz xidmətə görə 2 -ci  dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
6.”Qusursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, VÜQAR!
 
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

Azərbaycan  Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages