Daxili İşlər orqanlarının Odessa vilayətində,Daxili İşlər Nazirliyinin (DİN-in) Daxili Qoşunlarının isə Gəncə və Şəki şəhərlərində, Qazax, Zaqatala ,Hacıqabul, Xəzər və Quba rayonlarında yerləşən hərbi hissələrində və hərbi məktəbində müxtəlif vəzifələrdə xidmət etmiş, ağırlıq qaldırma üzrə idman ustası- istefada olan mayor Rüstəmov Ərəstun Hüseyn oğlunun bu günlərdə doğum günü olub.
Daimi həyatın bütün cətinliklərindən alınıaçıq və üzüağ çıxan, mayor Ərəstun Rüstəmovu belə bir əlamətdar gün münasibəti ilə Din -in Daxili qoşunların ehtiyatda və istefada olan zabitləri,kol doğmaları, yaxınları, iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib tükənməyən nəaliyyətlər arzu edib deyirlər, Ərəstun qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin.
Mayor Rüstəmov Ərəstun Hüseyn oğlu 1967-ci il ildə Göyçay rayonunda zəhmətkeş bir ailədə anadan olub.
1984 -cü ildə Göyçay şəhər 1 nömrəli şəhər orta məktəbini, 1991- ci ildə Daxili İşlər Nazirliyinin orta ixtisas polis məktəbini, 1998 - ci ildə isə Din-in Daxili Qoşunların Bas İdarəsinin döyüş hazırlığı idarəsinin Xəzər rayonunda yerləşən təlim - tədris mərkəzində zabitlərin ixtisas artırma kurslarını bitrib. O, Din-in Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində keçirilən bir cox təlim- metodiki toplanışlarda, idman yarışlarında, xüsusi- taktiki təlimlərdə, nümnəvi-göstərici məşğələlərdə, müvafiq kurslarda, semnar və konfraslarda olub.Hərbi təcürbə mübadiləsi əldə etmək məqsədilə Türkiyə Din-in Jandarma qüvvələrinin hərbi hissələrində və hərbi məktəblərində işgüzar səfərdə olub.
Mayor Ərəstun Hüseyn oğlu Rüstəmov 1985-1987 - cı illərdə SSRİ Silahlı Qüvvələrinin Almaniyada yerləşən hərbi artilleriya qüvvələrinin birində müddətli həqiqi hərbi xidmətdə olub.
1988-1992 cı ildə SSRİ Daxili işlər Nazirliyinin Odessa vilayətində yerləşən Daxili işlər orqanlarında müxtəlif vəzifələrdə çalışıb.
Mayor Ərəstun Rüstəmov 1993- 2009 -cü illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi hissələrində və hərbi məktəbində taqım komandiri, bölük komandirinin müavini, bölük komandiri, alayın idman və fiziki hazlığ rəisi vəzifələrində Millətə,Dövlətə, Vətənə və Xalqa sədaqətlə xidmət edib.
Ərəstun Rüstəmov Daxili Qoşunların hərbi hissələrində idman və fiziki hazırlıq rəisi vəzifəsində xidmət etdiyi illər ərzində, hərbi hissənin bir sıra hərbi qulluqcularının Dünya, Avropa miqyasında, Respubilka, Daxili İşlər Oqanları və Daxili Qoşunların Baş İdarəsinin hərbi hissələri və bölmələri arasında təşkil olunan yarışlarda iştirak etməsi, tanıması və yüksək yerlər tutması ücün eləcədə, hərbi hissədə hərbi quluqculların fiziki hazırlığının yüksək səviyyədə olması ücün əlindən gələn köməkliyi əsirgəməmiş,onun hazırladığı hərbi qulluqcular və hərbi hissənin komandası dəfələrlə bir çox idman növləri üzrə Daxili Qoşunların hərbi hissələri araslnda 1, 2 və 3 yerlərin qalibi olmuşdur.
Peşəkarlığı, humanistliyi,sadəliyi, səmiyyəti, dəqiqliyi,təmkinliyi,iradi, mənəvi keyfiyyəti və işgüzarlığı ilə seçilən, ağırlıq qaldırma üzrə idman ustası, mayor Ərəstun Rüstəmov ömrünün ən məhsuldar dövrünün 22 ildən çox şərəfli xidmət yolunu xidmətə həsr etmişdir.
Mayor Ərəstun Rüstəmov Daxili işlər orqanlarında və Daxili Qoşunlarda xidmət etdiyi müddətdə şəxsən , Azərbaycan Respublikasının Konustutiyasına və qanunlarına, Hərbi (Polis) Andın , hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinə və vəzifə borcuna əməl etməkdə tabeliyindəkilər üçün nümunə olmuşdur .
Rüstəmov Ərəstun Hüseyn oğlu Qaunvercliklə müəyyən edilmiş qaydada Din -in Daxili Qoşunlarına həvalə etmiş vəzifələrin yerinə yetirilməsində, cinayətkarlığa qarşı mübarizədə, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, hərbi təchizat anbarların və inzibatı binaların mühafizə edilməsində, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında,qəzalar, yanğınlar, bədbəxt hadisələr, təbii fəlakətlər və başqa fövqaladə hallar, habelə fövqaladə vəziyyət və komendat saatı zamanı hüquqi rejimin təmin edilməsində, dövlətin ərazi bütövlüyünün təmin olunmasında , üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Cinayətkarlığa və terrorizmə qarşı mübarizədə, ictimai asayişin qorunnmasında, xidməti və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə , idman sahəsində isə yüksək yerlər tutduğuna görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin, polis şöbə və məktəb rəislərinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı yubiley və idman dərəcəsi döş nişanları ilə təltif edilib, bir mox fərmanlarla, diplomlarla, qiymətli hədiyyələrlə mükafatlandılıb, ona təşəkkur elan olunub və aşağıdakı medallarla təltif edilib:
1.”Qusursuz xidmətə görə” ,1-ci, 2-ci və 3-cü dərəcəli medallarla - Silahlı Qüvvələrdə 10, 15 və 20 təqvim illəri xidmətlərə görə;
2.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin” 10 illiyi (1991 -2001) və 90 illiy (1918- 2008) yubiley medalları ilə.
ƏRƏSTUN 100 (YÜZ) YAŞA, SAĞLAM YAŞA!
Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteran polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder