Təbrik :Mayor Rizvan Muradov - 58




Peşəkarlığı, humanistliyi  və sadəliyi ilə seçilən, ömrünün  ən məhsuldar  dövrünün  16 (on altı) ildən çoxunu Daxili işlər Nazirliyinin Daxili Qoşunlarında  hərbi xidmətə həsir etmiş, 2-ci qrup mühariibə əlili, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin Gəncə şəhər şöbəsinin üzvü -istefada olan mayor Muradov Rizvan Şaban oğlunun oktyabr ayının 8-də denyaya göz açdığı gündür.

Daimi həyatın imtahanlarından alını açıq və üzüağ çıxan, mayor Rizvan Muradovu belə bir əlamətdar gün münasibətilə  Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitıəri,doğmaları,əzizləri,iş və döyüş yoldaşları  səmimi qəlbdən təbrik edir,ona həyatda insan ucun ən şirin nemət olan möhkəm cansağlığı ,ailə səadəti və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər,Rizvan
    qoy yaşının üstə gələn bu yaş da sizə  sevincdolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
 
mayor Muradov Rizvan Şaban oğlu 1966- cı  ilin sentyabr ayının 8-də Şəmkir rayonun Qapanlı kəndində zəhmətkeş bir ailədə  anadan olub.
   
1983 -cü ildə Şəmkir rayonunun  Qapanlı kənd orta məktəbini,1988- ci ildə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının LKGİ-nın 60 iliyi adına Leninqrad (indiki Sankt-Peterburq) Ali Hərbi  Siyası məktəbi bitirib.
     
Rizvan Şaban oğlu Muradov 1988-ci ilin iyul ayından 1992-ci ilin yanvar ayının 10-na kimi SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Solkamski şəhərində yerləşən hərbi hissələrin birində  böluk komandirinin tərbiyəvi işləri üzrə müavini vəzifəsində xidmət etmişdir.

Rizvan Muradov 1992-2000-ci illərdə Daxili Qoşunların Baş İdarəsinin Gəncə şəhərində,Ağdam, Ağdərə,Füzuli və Hacıqabul rayonlarında yerləşən hərbi hissələrində bölük komandiri,hərbi hissənin kəşfiyyat rəisi,alayın qərargan rəisinin birinci müavini, tabor komandiri, alayın qərargah rəisi əvəzi vəzifələrində olmuşdur.
 
Müharibə Veteranı- istefada olan mayor Rizvan Muradov 2000-ci ildə xəstəliyi ilə əlaqədar Silahlı Qüvvələrdən ehtiyata buraxldıqdan sonra Təhsil Nazirliyinin Gəncə şəhərində yerləşən Kənd Təsərrüfatı Akademiyasında müəllim işləmişdir.
 
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda (Ağdam, Ağdərə,Füzuli və Cəbrayıl rayonları  istiqamətində)  gedən döyüşlərdə iştirak etmiş, 22 dekabr 1993-cü ildə Füzuli rayonunun Böyük- Bəhmənli kəndlinin azad olunması üzrə gedən döyüşlərdə  ağır yaralanmışdır.
   Qanunvericiliklə müəyyən edilmiş qaydada Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilməsi yerlərində ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, mütəşəkkil cinayətkarlıqla mübarizədə, qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsində,  yaşayış məntəqələrində və cəzacəkmə müəsissələrində kütləvi iğtişaşların qarşısının alınmasında,hərbi şəhərcikıərin,hərbo təchizat anbarların və dövıət əhmiyətli obyektlərin (inzibatı binaların).mühafizə olunmasında, dövlətin ərazi bütövlüyünün təmin olunmasında,qəzalar,bədbəxt hadisələr  yanğınlar,təbii fəlakətlər, və başqa fövqalədə hallar (hərbi vəziyyət və komendant saatı) zamanı hüquqi rejimin təmin edilməsində ona  həvalə edilmiş vəzifə və tapşırıqların yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.
   
Mayor Muradov Rizvan hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş hazırlığında, hərbi ıntizamın möhkəmləndirilməsində, yüksək göstərilərə nail olduğuna və nümunəvi xidmətinə və hərbi vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə  ona Azərbaycan Respublikasının Daxili İşlər Nazirinin mvafiq əmri  ilə həvəsləndirmə qaydasında vaxtından əvvəl “mayor” hərbi rütbəsi verilib.

Öz xidməti və İctimai vəzifələrini yerinə yetirərkən xüsusi fəriqləndiyinə və digər xidmətlərə görə  SSRİ və Azərbaycan Respublikasının Daxili İşlər Nazirlərinin, Daxili Qoşunlar Komandanlarının və onun müavinlərinin,ali hərbi məktəb və kurs  rəislərinin,diviziya və hərbi hissə komandirlərinin müvafiq əmirləri ilə bir sıra medallarla,əla xidmətlərə görə döş (idman dərəcəsi) və yubiley nişanları ilə təltif olunub,bir çox fərmanlarla,qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkur elan edilib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN
RİZVAN!

BİR İL DAHA BİTDİ, AMMA HEÇ VAXT KƏDƏRLƏNMƏ  ZAMAN TEZ KEÇİR DEYƏ...UNUTMA Kİ HƏR  KƏS EYNİ ŞEYİ YAŞAYIR.

BU İLIN SONUNDA GERIYƏ BAXDIGINDA ÜMİD EDİRƏM BİR "MÖCÜZƏ  İLDİR " DEYƏRSƏN...BÜTÜN ARZULARLNIN REALLAŞMASI DİLƏYİMLƏ..XOŞBƏXT İLLƏRƏ.
 Azərbaycan  Respubilkasının Silahlı Qüvvələr və  Müharibə Veteranı  polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages