Təbrik: Mayor Firudin Bayramov- 61



  Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunların Daxili Qoşunların Bas İdarəsinin həyatında  öz dəst - xətti olan,    yüksək peşəkarlığı, dərin zəkası, gözəl nitq qabiliyyəti, sadəliyi, səmimiyyəti,təvazökarlığı,dəqiqliyi,təmkinliyi,işgüzarlığı,iradi və mənəvi keyfiyyətləri ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 22 ildən cox şərəfli xidmət yolunu hərbi xidmətə həsir etmiş, Azərbaycan Respubilkasının   müharibə veteranı  -  istefada olan mayor Bayramov Firudin İsaq    oğlunun oktyabr ayının   8- də  dünyaya göz açdığı gündür.
  Daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan  - istefada olan mayor Bayramov Firudin İsaq oğlunu belə bir əlamətdar  gün munasibətilə DİN-in Daxili  Qoşunların ehtiyatda və istefada olan zabitləri, kollektivi, doğmaları, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik  edir, səbəbkara  həyatda insan ucun ən şirin  nemət olan möhkəm cansağlığı,uzun mənalı ömür və həyat yollarında bitib - tükənməyən naliyyətlər arzu edib deyirlər, Firudin müəllim qoy yaşının üstə gələn bu yaş da  sizə sevincdolu illər bəxş etsin, hər yeni günün isə  sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
  Əsil vətəndaşlıq mövqeyi ilə seçilən, ictimayət arasında  özünəlayıq hörmət  qazanmış- mayor Bayramov Firudin İsaq oğlu   1963 - cü ilin  oktyabr ayının 8- də  Tovuz rayonun Aşağı Quşçu kəndində zəhmətkeş bir ailədə  anadan olub.    
 Heç kəsi özündən incitməyən, xoş rəftarı  və şirin dili ilə hər kəslə  doğmalıq münasibəti yaradan-mayor Firudin Bayramov 1980 - ci ildə  Tovuz rayonun Aşağı Quşçlu kənd orta məktəbini,1981-ci  ildə  Leninqrad
(indiki Sankt -Peterburq) şəhərində gizirlər məktəbini,1984-cü illərdə Sovet ordusunun Almaniya  Federativ Respublikasında yerləşən hərbi hissələrinin birində zabit heyətin hazırlığı kursunu,1996-cı ildə isə Azərbaycan Universitetinin Beynəlxalq  hüquq fakultəsini bitrib.O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində, Daxili Qoşunların Bas İdarəsin də və  hərbi hissələrində kecirlən  bir çox  xüsusi -taktiki təlimlərdə,  komanda - qərargah   məşqlərində, seminar və konfranslarda fəal iştirak edib .
  Firudin Bayramov 1980 - 1991-ci illərdə  Sovet ordusunda müddətli həqiqi hərbi xidmətdə olub,gizir və zabit  vəzifələrində müxtəlif vəzifələrdə calışıb.
1992- 2003-ci illərdə  Daxili İşlər Nazirliyinin   Daxili Qoşunların Bas İdarəsinin məxfi hissə rəisi,   qeyri- məxfi  karküzarlıq  bölməsinin rəisi, katibliyin  (şöbə  səlahiyyətində)  rəisi vəzifələində Vətənə  və Xalqa  sədaqətlə    xidmət edib. “Hərbi Xidmətkecmə Haqqında” əsasnamənin  156-cı maddəsinin j) bəndinə əsasən öz arzusu ilə Azərbaycan Respublikasının  Daxili İşlər Nazirliyinin Daxili Qoşunların  Baş İdarəsinindən Silahlı Qüvvələrə ehtiyata buraxlıb.
2004-2010-ci illərdə ADNŞ-nin Sokar Təhlükəsizlik İdarəsində  şöbə rəisinin müavini və şöbə rəisi,2011-2016-cı illərdə isə “Azərsu” ASC-də məxfi şöbənin rəisi vəzifələrində olub.
 Mayor Firudin Bayramov qanunvericilikilə müəyyən olunmuş qaydada, Daxil işlər Nazirliyinin Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,yaşayış məntəqələrində  və cəzaçəkmə müəssisələrində  kütləvi  iğtişaşların qarşlsının alınmasında, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin təmin olunmasında və ictimai təhlükəsizliyin  qorunmasında, cinayətkarlığa qarşı mübarizədə,silahlı birləşmiş dəstələrin axtarışında və  zərərsizləşdirilməsində,qəzalar,bədbəxt hadisələr,yanğınlar,təbii fəlakətlər və başqa fövqalədə hallar  (hərbi vəziyyət və komendant  saatı) zamanı hüquqi rejimin təmin edilməsində və Azərbaycanın  ərazi bütövlüyü uğrunda (Ağdərə,Ağdam,Füzuli istiqamətində) gedən döyüşlərdə üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.Azərbaycan Respublikasının müharibə veteranıdır.
       
 Hərbı yoldaşları Firudin  Bayramovuvətənpərvər, qoruxmaz, saxavətli, insanpərvər, əliacıq və zəhmətkeş  hərbi qulluqçu kimi dəyərləndirirlər. O,istər təhsil aldıgı,orta və digər təhsil müəssisələrində, istərsədə  xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost- tanış, qohum -əqrəba  arasında   özünə layiq hörmət  qazanıb.
       
 Firudin  Bayramov Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
  Öz xidməti  və ictimai vəzifələrinin icrası zamanı yüksək mənəvi - döyüş keyfiyyətləri göstərdiyinə,  döyüş və ictimai - sıyası hazırlığında,hərbi ıntizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və digər nümunəvi xidmətlərinə görə SSRİ  Müdafiə Nazirinin, onun müavinlərinin, hərbi hissə komandirinin, Azərbaycan Respublikasının Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin müvafiq əmrləri ilə əla xidmətlərə  görə əlacı  və yubiley döş nişanları ilə təltif olunub, bir çox  fərmanlarla,diplomlarla və qiymətli hədiyyələrlə (pul mükafatları ilə) mükafatlandırlıb və ona təşəkkur elan edilib.
       Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün  qorunub saxlanmasında, respublikada əmin - amanlığın təmin edilməsində, ictimai  asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə  öz xidməti vəzifələrini  yerinə yetirərkən xüsusi fəriqləndiyinə görə aşağıdakı  medallarla təltif olunub.

1. " SSSRİ Silahlı Qüvvələrinin 70 illiyi (1918-1988)” yubiley  medalı  ilə;

2."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin  10 illiyi ( 1991 - 2001)” yubiley  medalı ilə;

3."Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medal ilə - Silahlı Qüvvələrdə  10 təqvim ili xidmətə görə;

4."Qüsursuz  xidmətə görə" 2-ci dərəcəli medal ilə  - Silahlı Qüvvələrdə 15 təqvim ili  xidmətə görə;
 5."Qüsursuz Xidmətə görə 1 -ci  dərəcəli medal ilə- Silahlı Qüvvələrdə  20 təqvim ili xidmətə görə.

DOĞUM GÜNÜN MÜBARƏK FİRUDİN MÜƏLLİM !!!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN CİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

Azərbaycan Respublikasının  Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik  Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages