İnsan üçün ən yaddaqalan günlərin başlıcası onun həyata gəldiyi gündür.Ömrə bəzək olan ad günü hər il xüsusi qeyd olunur.Bu paylz günündə Daxili İşlər
Nazirliyinin Daxili Qoşunlarının həyatında öz dəst- xətti və xüsusi xidmətləri olan, istefada olan -mayor Cingiz Əliyevin oktyabr ayının 30-da dünyaya göz acdığı gündür.
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan Azərbaycan Respubilkasının Müharibə və Silahlı Qüvvələr Veteranı-istefada olan mayor Əliyev Çingiz İsmət oğlunu belə bir əlamətdar günü münasibətilə Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,doğmaları,dostları,iş və döyüşcü yoldaşları,onun pərəstişkarları səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı,ailə səadəti və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu üdib deyirlər, Çingiz qoy yaşının üstə gələn bu yaş da, sizə sevincdolu günlər bəxş etsin və hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Əliyev Cingiz İsmət oğlu 1962-ci ilin oktyabr ayının 30-da Qusar rayonun Xuray kəndində zəhmətkeş ailədə anadan olub.
1978-ci ildə Qusar rayonunun Xuray kəndində orta məktəbin 8-ci sinifni, 1981-ci ildə Bakı şəhər İdman Texnikumunu, 1992-ci ilədə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını, 1998-ci ildə Müdafiə Nazirliyinin Qaraheybətdə yerləşən Təlim və Tədris Mərkəzində zabitlərin təhkimləşdirmə (ixtisas artırma) kursunu bitirib.O,Daxili İşlər şlər nNazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində, Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində kecirlən bir çox təlim- metodiki toplanışlarda, xüsusi taktiki-təlimlərdə,müvafiq kurslarda,seminar və konfranslarda fəal iştirak etmişdir.
Cingiz İsmət oğlu Əliyev 1981-1982-ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Türkmanıstan Respublikasında yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olub.
1983-1986-ci ilərdə Qusar rayonun Mirzəbəyli adına sovxozunda idman təlimatçısı vəzifəsində işləyib.
1986-1991-ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bakı şəhərində yerləşən Əlahiddə konvoy taborunda idman və fiziki hazırlığı üzrə təlimatcı, muhafizə-konvoy alayında taqım komandiri,1992- 2009-cu illərdə isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin Xəzər, Hacıqabul və Nərimanov rayonlarında yerləşən hərbi hissələrin döyüş hazırlığı bölməsində qoşun xidməti üzrə zabit, döyüş hazırlığı bölməsındə idman və fiziki hazırlığ rəisi, alayın qərargah rəisinin xidmət üzrə baş köməkçisi,Din-in Daxili Qoşunların Bas İdarəsinin Qərargahında isə növbətçi xidmətində və əməliyyat şöbəsində baş zabit vəzifələrində xidmət etmişdir.
O,Azarbaycan Respublikasının ərazi bütövlüyü uğrunda (Ağdam və füzuli rayonları istiqamətində) gedən döyüşlərdə fəal iştirak edib.Azərbaycan Respublikasının müharibə və silahlı qüvvələr veteranıdır.
Mayor Çingiz Əliyev Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin,əmr və sərəncamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi şəxsi nümunə olaraq Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.
Çingiz Əliyev Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kımı göstərmişdir. O işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə kolektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.
Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxili Qoşunlara həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində, şəhərdə,yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində,yaşayış məntəqələrində və islah-əmək müəsisələrində baş vermiş kütləvi iğtişaşların qarşısının alınmasında,cinəyaykarlığa qarşı mübarizədə, islah -əmək müəssisələrin, dövlət əhmiyətli obyektlərin,inzibatı binaların,hərbi təchizat anbarların mühafizə olunmasında,qəzalar,bədbəxt hadisələr,yanğınlar,təbbi fələkətlər və başqa fövqalədə hallar, habelə hərbi vəziyyət və komendat saatı zamanı hüquqi rejim tədbirlərin həyata kecirilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən xüsusi fərqləndiyinə fəriqləndiyonə görə mayor Cingiz Əliyev aşağıdakı medallarla təltif olunub:
1.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin Veteranı” medalı ilə;
2.”SSRİ Silahlı Qüvvələrin 70 illiyi (1918-1988)” yubiley medalı ilə;
3.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı ilə;
4.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə;
5."Qüsursuz xidmə görə" 1-ci dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
6.”Qüsursuz xidmətə görə 2-ci dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
7.”Qüsursuz xidmətə görə 3-cü dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və hərbi vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə SSRİ və Azərbaycan Respublikasının Daxili İşlər Nazirlərinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,dviziya və hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı, yubiley və idman dərəcəsi döş nisanları ilə,(pul mükafatlarıilə),bir cox fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN.
ÇİNGİZ!
BİR İL DAHA BİTDİ, AMMA HEÇ VAXT KƏDƏRLƏNMƏ ZAMAN TEZ KEÇİR DEYƏ...UNUTMA Kİ HƏR KƏS EYNİ ŞEYİ YAŞAYIR.BU İLİN SONUNDA GERIYƏ BAXDIĞINDA ÜMÜD EDİRƏM BİR "MÖCÜZƏ İLDİ " DEYƏRSƏN... BÜTÜN ARZULARININ REALLAŞMASI DİLƏYİMLƏ.. XOŞBƏXT İLLƏRƏ.
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder