Təbrik: kapitan Vahid Ələkbərov- 52



     
Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarının həyatında öz dəst-xətti olan,peşəkarlığı,işgüzarlığı,vətənpərvərliyi,dəqiüliyi,təmkinliyi,sadəliyi,səmimiyyəti,iradi və mənəvi keyfiyyətləri ilə seçilən, ömrünun  ən məhsuldar dövrünün 22 ilini hərbi xidmətdə kecirmiş, 3-cü qrup müharibə əlili ehtiyatda olan- kapitan Ələkbərov Vahid Güloğlan oğlunun oktyabr ayının 12 də dünyaya göz açdığı gündür.

 Belə bir əlamətdar   gün münasibətilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının ehtyatda və istifadə olan zabitləri, kollektivi, onun doğmaları əzizləri yaxınları,iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti  və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər,Vahid qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin,hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
     
Azərbaycan Respublikasının 3 -cü qrup müharibə əlili ehtiyatda olan kapitan Ələkbərov Vahid Güloğlan oğlu 10 oktyabr 1972-ci ildə Yevlax rayonunda  zəhmətkeş bir ailədə anadan olub.
     
1989-cü ildə Yevlax rayon tam orta məktəbini,  1998 -ci  ildə    Daxili Qoşunların Baş İdarəsinin döyüş hazırlığı idarəsinin Xəzər rayonunda yerləşən təlim -tədris mərkəzini (zabitlərin ixtisas artırma kursunu), 2000- ci ildə isə Bakı Dəmiryolu Texnikumunu bitrib. 

Kapitan Vahid  Ələkbərov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində bir çox metodiki-təlim toplanmışlarında, xüsusi taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak etmişdir.
      Ələkbərov Vahid Güloğlan oğlu 1990-1991-ci illərdə Sovet ordusunda müddətli həqiqi hərbi xidmətdə olub. 

1992-2012-ci ilərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl ,Xətai və Zaqatala rayonlarında yerləşən hərbi hissələrində taqım və  böluk komandiri, xüsusi təyinatlı dəstənin kəşfiyyat rəisi vəzifələrində Vətənə və Xalqa  sədaqətlə xidmət etmişdir.
     
O,Din-in Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kımı göstərmişdir. O işlədiyi və oxuduğu   təhsil müəssisələrində ,yaşadığı ərazidə  kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümunə olmuşdur.
    
  Öz tabeliyində olanlara, Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş  xidməti nizamnamələrin tələblərinin,əmr və sərəncamların dəqiq və sözsüz   yerinə yetirilməsi işində daimi  nümunə olmuşdur.
    
 Kapitan Ələkbərov Vahid Güloğlan oğlu Daxili Qoşunlarda  xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi göstərmişdir. O,istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu və təhsil aldığı  təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, qohum- əqraba ,dost- tanış arasında özünə layiq hörmət qazanmışdır.
     Peşəkarlığı, humanistliyi ,döyüş təcrübəsi, işgüzarlığı,iradi,  mənəvi keyfiyyəti,
 dəqiqliyi, təmkinliyi, sadəliyi və səmimiyyəti ilə  seçilən ömrünün ən məhsuldar  dövrünün  22 ildən çox şərəfli xidmət  yolunu hərbi xidmətdə keçirib.
      O, qanunvericiliklə müəyyən edilmiş qaydada Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində,şəhərdə, yaşayış məntəqələrində və kütləvi- tədbirlərin keçirilməsi yerlərində  ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində  kütləvi ixtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, fövqalədə vəziyyət (komendant saatı) zamanı hüquqi rejimin təmin olunmasında,  dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə   yerınə yetirmişdir.
    
 Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş  keyfiyyətləri göstərdiyinə görə, döyüş  və ictimai sıyası hazırlığında və hərbi intizamın möhkəmləndirilməsində    yüksək göstəricilərə nail olduğuna görə   Daxili İşlər Nazirinin, Daxili Qoşunlar komandanı və onun müavinlərinin, hərbi  hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nisanları ilə, pul mükafatları ilə, fəxrı fərmanlarla və qiymətli hediyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
    
 Xidmətdə fərqləndiyinə  və digər xidmətlərə  görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirinin müvafiq əmrləri ilə "Qüsursuz xidmətə görə " 1-ci, 2-ci və 3-cü dərəcəli medallarla, " Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin  10-illiyi (1991-2001) və 90- illiyi (1918-2008)” yubiley medalları ilə təltif olunub.
      Azərbaycan Respublikasında İctimai qaydanın və ictimai, təhlükəsizliyin qorunmasında, mütəşəkkil cinayətkarlığa, terorçuluğa  və digər   təhlükəli cinayətlərə qarşı  mübarizədə, qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsində   xüsüsi ilə fəriqləndiyinə və igidlik göstərdiyinə görə Azərbaycan Respublikasının  Prezidentinin 30 iyun 2002-ci  il tarixli sərəncamına görə "VƏTƏN UĞRUNDA " medalı ilə təltif edilib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN
VAHİD!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
 
Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı  polkovnik Salman Musayev
     

Hiç yorum yok:

Yorum Gönder

Pages