Təbrik: Kapitan Nadir Abdullayev




      
 Daxili İşlər Nazirliyinin  (Din-in) Daxili Qoşunlarında müxtəlif vəzifələrdə xidmət etmiş- ehtiyatda olan kapitan Abdullayev Nadir Valeh oğlunun  oktyabr ayının 19-da dünyaya göz acdığı gündür.

 Daimi həyatın  imtahanlarından alını açıq və üzüağ çıxan- ehtiyatda olan kapitan Nadir Valeh oğlu Abdullayevibelə bir əlamətdar gün münasibətilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların istefada və ehtiyatda olan zabitıəri, onun doğmaları, əzizləri və iş yoldaşları səmimi qəlbdən  təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər,Valeh qoy yaşının üstə gələn bu yaş   da sizə  sevincdolu illər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun  sizi  xoşbəxt edəcək şəkildə keçsin.
     
 Abdullayev Nadir Valeh oğlu 1981-ci ilin oktyabr ayının 19-da   Gəncə şəhərində zəhmətkeş bir ailədə  anadan   olub.

Kapitan  Valeh  Abdullayev 1998-ci ildə Gəncə   şəhər Nizami  Aydın  adına  18  nömrəli tam orta məktəbi, 2005-cı lildə Azərbaycan  Dövlət Texnologiya Universitetinin İqtisadiyyat fakültəsini,2008-ci ildə isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların  Baş İdarəsinin  orta  ixtisas  hərbi məktəbini   bitrib.

 1999-cu ildə  Azərbaycan ordusunda   müddətli həqiqi hərbi xidmətdə olub.

2002-2023-cü illərdə Daxili Qoşunların hərbi hissələrinin əməliyyat, xüsusi  vasitələr və xüsusi  təyinatlı bölümlərində və dəstələrində müxtəlif vəzifələrdə  Vətənə və Xalqa sədaqətlə xidmət etmişdir. “Hərbi Xidmətkeçmə haqqında” əsasnamənin “v” bəndə əsasən xəstəliyə görə Silahlı Qüvvələrdən ehtiyata buraxılıb.
    
 Kapitan Nadir  Abdullayev öz tabeliyində olanlara və bir çox  hərbi qulluqculara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin,əmr və sərancamların dəqiq və sözsüz  yerinə yetiriməsi işində daimi  nününə olmuşdur. 

Kapitan Nadir  Abdullayev Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı, tərbiyəsi yerində olan, nizam və intizamlı hərbçi kımı göstərmiş, işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə  kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümunə olmuşdur.
      
    Qanunvericiliklə müəyyən olunmuş qaydada Din-in Daxili Qoşunlarına  həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində,mühüm dövlət obyektlərin, hərbi şəhərciklərin və hərbi təchizat anbarların mühafizəsində,şəhərdə,yaşayış məntəqələrində və kütləvi tədbirlərin  keçirilmə yerlərində ictimai qaydanın təmin edilməsində və ictimai təhlükəsizliyin qorunmasnda, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə,axtarışda alan şəxslərin axtarılmasında, tutlmasında  və zərərsizləşdirilməsində,qəzalar,bədbəxt hadisələr ,yanğınlar, təbii fəlakətlər və başqa fövqəladə hallar habelə fövqəladə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin  təmin edilməsində kapitan Abdullayev Nadir Valeh oğlu üzərinə düsən vəzifələrin öhdəsindən layiqincə gəlmişdir.

  Öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş  tapşırıqları  yerinə yetirərkən xüsusi fəriqləndiyinə  və digər xidmətlərə görə -ehtiyatda olan kapitan  Məmmədov  Nadir Valeh oğlu Daxili İşlər  Nazirin, Daxili Qoşunlar Komandanının, onun müavinlərinin və hərbi hissə komandirinin  müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif olub, bir çox    fərmanlarla,diplomlarla, və  qiymətli hədiyyələrlə mükafatlandırılıb, ona təşəkkür elan edilib və aşağıdakı medallarla təltif edilib:

1.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin  90 illiyi (1918-2008)” yubley medalı ilə;

2.”Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubley medalı ilə;


3.”Qüsursuz xidmətə görə”  3-cü dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 10 təqvim illi xidmətə görə;

4.”Qüsursuz xidmətə görə”  2-ci dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;

5.”Qüsursuz xidmətə görə”  1-ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN
VALEH!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!

Azərbaycan  Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı  polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages