İnsan üçün ən yadda qalan günlərin başlıcası onun həyata gəldiyi gündür.Ömrə bəzək olan ad günü hər il xüsusi qeyd olunur. Belə insanlardan biri də peşəkarlığı, humanistliyi,vətənpərvərliyi,işgüzarlığı,mənəvi keyfiyyəti, nəzəri və praktiki biliyi ilə seçilən, Azərbaycan Respublikasının müharibə veteranı- istefada olan kapitan Əli Meybula oğlu Cavadovdur.Oktyabr ayının 4 -də onun dünyaya göz açdığı gündür.
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan- istefada olan kapitan Cavadov Əli Meybula oğlunu belə bir əlamətdar gün münasibətilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları,yaxınları, iş və döyüşcü yoldaşlar səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər,Əli qoy yaşının üstə gələn bu yaş da sənə sevincdolu illər bəxş etsin və hər yeni günün isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Kapitan Cavadov Əli İsgəndər oğlu 1962 - ci ilin oktyabr ayının 5 - da Sumqayıt şəhərində zəhmətkeş bir ailədə anadan olub.
1977 - cu ildə Sumqayıt şəhərində orta məktəbin 8-ci sinifini, 1981-cı ildə Sumqayıt şəhər Poltexnik Texnikomunu, 1989 - cu ildə Daxili İşlər Nazirliyinin Barnoul xüsusi komandirlər məktəbini bitrib.O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində kecirlən bir çox təlim- metodiki toplanışlarda, xüsusi- taktiki təlimlərdə, müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.
1981-1983-cü illərdə Sovet ordusunun Xabarovski diyarında yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olub.
1992-ci ilin iyun ayına kimi Daxili İşlər Nazirliyinin Barnol və Perm şəhərlərində yerləşən Daxili işlər orqanlarında müxtəlif vəzifələrdə olub.
1992- 1998- ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bas İdarəsinin Sumqayıt şəhərində Ağdam və Füzuli rayonlarında yerləşən hərbi hissələrində taqım komandiri və böluk komandiri,tabor komandirinin müavini -qərargah rəisi,1999-2000-ci illərdə isə Azərbaycan ordusunda müxtəlif vəzifəsində xidmət edib.
Hərbi yoldaşları onu vətənpərvər,qorxmaz, səxavətli, insanpərvər,əliaçıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və digər təhsil müəsissələrində, istərsədə xidmət etdiyi və çalışdığı mühitdə, istərsədə dost - tanış , qohum - əqraba arasında özünə böyük hörmət qazanıb.
Öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümünə olmuşdur.
Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifə və tapşrıqların yerinə yetirilməsində,şəhərdə,yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində,cinayətkarlığa qarşı mübarizədə, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında,qəzalar,bədbəxt hadissələr,yanğınlar,təbii fəlakətlər və başqa fövqalədə hallar (hərbi vəziyyət və komendant saatı) zaman hüquqi rejim karantin tədbirlərin həyata keçirilməsində,eləcə də Azərbaycan Resıubilkasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə kapitan Əli Cavadov üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,korpus və hərbi hissə komandirlərinin müvafiq əmrləri ilə bir cox fərmanlarla,diplomlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Azərbaycan Respublikasının müstəqilliyinin , ərazi bütövlüyünün qorunub saxlanmasında, respublikada əmin - amanlığın təmin edilməsində,ictimai əsayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə Əli Cavadov bir sıra medallarla təltif olunub.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN.
ƏLİ!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder