Təbrik: Kapitan Elməddin Novruzov - 41


      
Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarının həyatında öz dəst-xətti    olan- ehtiyatda olan kapitan Novruzov Elməddin Eyvaz    oğlunun oktyabr ayının 10-da dünyaya göz acdığı gündür.

Daimi həyatın  imtahanlarından alını açıq və üzüağ çıxan- ehtiyatda olan kapitan Novruzov Elməddin   Eyvaz   oğlunu belə bir əlamətdar gün münasibətilə Daxili İşlər şlər Nazirliyinin Daxili Qoşunlarının istefada və ehtiyatda olan zabitıəri, kollektivi, onun doğmaları, əzizləri və iş yoldaşları səmimi qəlbdən  təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər, Elməddin qoy yaşının üstə gələn bu yaş   da sizə  sevincdolu illər bəxş etsin hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun  sizi  xoşbəxt edəcək şəkildə keçsin.
     
Novruzov Elməddin Eyvaz  oğlu 1983- cü ilin oktyabr ayının 10- da Naxcıvan Muxtar Respubilkasının Culfa   rayonun  Camaldın kəndində zəhmətkeş bir ailədə anadan   olub.

2001-ci ildə  Şəhid Mirəyyub Seyidov adına Culfa rayonun Camaldın kənd  tam orta məktəbi, 2008-ci ilə Daxili İşlər Nazliyinin Daxili Qoşunlarının orta ixtisas  hərbi kamandirlər məktəbini bitrib.

2001-2003-cü illərdə Daxili Qoşunların Naxcıvan şəhərində yerləşən əlahiddə hərbi hissəində müddətli həqiqi hərbi xidmətdə olub.

2003-2006-cı illərdə Daxili Qoşunların Naxcıvan şəhərində yerləşən hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmətdə  olub,2006-2008-ci  ilərdə Daxili İşlər Nazirliyinin  Daxili Qoşunların orta ixtisas komandirlər məktəbində kursant olmuşdur.

 2008-2022-ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Naxcıvan  şəhərində yerləşən Əlahiddə briqadada taqım komandiri, avtomobil və zirehli texnika bolük komandirinin texniki hissə üzrə müavini, avtomobil və zirehli texnika bölük komandiri,silah xidməti rəisi, əlahiddə yerləşən əməliyat tabor komandirinin maddi texniki- təminat  üzrə müavini  vəzifəsində xidmət etmişdir.
    
 Elməddin Novruzov  öz tabeliyində olanlara və bir çox  hərbi qulluqculara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin,əmr və sərancamların dəqiq və sözsüz  yerinə yetiriməsi işində daimi  nününə olmuşdur. 

Elməddin Novruzov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı, tərbiyəsi yerində olan, nizam və intizamlı hərbçi kımı göstərmiş, işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə  kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümunə olmuşdur.
      
Qanunvericiliklə müəyyən olunmuş qaydada Din-in Daxili Qoşunlarına  həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində,mühüm dövlət obyektlərin, hərbi şəhərciklərin və hərbi təchizat anbarların mühafizəsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin  keçirilmə yerlərində ictimai qaydanın təmin edilməsində və ictimai təhlükəsizliyin qorunmasnda, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə,axtarışda alan şəxslərin axtarılmasında, tutlmasında  və zərərsizləşdirilməsində, dövlətin ərazi bütövlüyünün təmin olunmasında,qəzalar,bədbəxt hadisələr ,yanğınlarvə təbii fəlakətlər və başqa  fövqəladə vəziyyət zamanı hüquqi rejimin  təmin edilməsində kapitan Elməddin  Novruzov üzərinə düsən vəzifələrin öhdəsindən layiqincə gəlmişdir.
     O,peşəkarlığı,səmərəli fəaliyyəti, təşkilatçılıq bacarığı, işgüzarlığı, mənəvi keyfiyyəti, sadəliyi, səmimiyyəti, dəqiqliyi və təmkinliyi ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 20 ildən cox şərəfli xidmət yolunu  Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bas İdarəsinin Naxcıvan şəhərində yerləşən əlahiddə briqadada hərbi xidmətdə keçirərək Vətənə və Xalqa sədaqətlə xidmət etmişdir. 

Öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş  tapşırıqları  yerinə yetirərkən xüsusi fəriqləndiyinə və  digər xidmətlərə görə -ehtiyatda olan kapitan Elməddin Novruzov Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanının, onun müavinlərinin, hərbi məktəb rəisinin, alay və briqada komandirinin  müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif olub, bir çox    fərmanlarla,diplomlarla, və  qiymətli hədiyyələrlə mükafatlandırılıb, ona təşəkkür elan edilib və aşağıdakı medallarla təltif edilib:

1.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin  90 illiyi (1918-2008)” yubley medalı ilə;

2.”Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubley medalı ilə;

3.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə;

4.”Qüsursuz xidmətə görə”  1-ci dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;

5.”Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə-Silahlı Qüvvələrdə  15 təqvim ili xidmətə görə;

6.”Qüsursuz xidmətə görə”  3-cü dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN
ELLMƏDDİN!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!

Azərbaycan  Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı  polkovnik Salman Musaye

Hiç yorum yok:

Yorum Gönder

Pages