Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarının həyatında öz dəst -xətti olan, yüksək hərbi peşəkarlığı, dərin zəkası, gözəl nitq qabiliyyəti, səmimiyyəti, xeyirxahlığı, vətənpərvərliyi və səmərəli fəaliyyəti ilə seçilən, ömrünün ən məhsuldar dövrünü hərbi xidmətdə keçirən, Azərbaycan Respublikasının Silahlı Qüvvələr və müharibə veteranı- general mayor Məmmədov İlqar Aydın oğlunun oktyabr ayının 7-də dünyaya göz açdığı gündür.
Daimi həyatın bütün imtahanlardan alnıaçıq və üzüağ çıxan- genral- mayor İlqar Məmmədovu doğum günü münasibətilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının ehtyatda və istifadə olan zabitləri, kollektivi, doğmaları , yaxınları və iş yoldaşları səmimi qəlbdən təbrik edir,ona cansağlığı, uzun ömür, xoşbəxtlik, xidməti fəaliyyətində isə yeni- yeni uğurlar arzulayır.
Qeyd edək ki, general-mayor İlqar Aydın oğlu Məmmədov 7 oktyabr 1970-ci ildə Azərbaycan Respublikasının Şirvan şəhərində zəhmətkeş bir ailədə anadan olub.
1991-ci ildən SSRİ Silahlı Qüvvələrinin Lvov Ali Hərbi Məktəbini, 2005-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını və 2009-cu ildə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını bitirmişdir.
1991-1992-ci illərdə SSRİ Silahlı Qüvvələrində zabit kimi xidmət etmişdir.
1992-2023-cü illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Əli Bayramlı (indiki Şirvan) şəhərində, Zaqatala, Hacıqabul və Xəzər rayonlarında yerləşən hərbi hissələrində və Ali hərbi məktəbində klub rəisi, tabor komandirinin tərbiyə işlər üzrə müavini, tabor komandirinin müavini - qərargah rəisi, əlahiddə tabor komandirinin birinci müavini, alay komandirinin tərbiyə işləri üzrə köməkçisi, tabor komandiri, Tədris alayında silsilə rəisi, alay komandirinin birinci müavini – qərargah rəisi, alay komandiri, Ali Hərbi Məktəb rəisinin müavini – qərargah rəisi,Din-in Daxili Qoşunlarının Ali hərbi məktəb rəisi vəzifələrində Vətənə və Xalqa sədaqətlə xidmət edib .Hal hazırda general mayor İlqar Məmmədov Azərbaycan Respublikasının Daxili İşlər Nazirinin hərbi məsələlər üzrə müşaviri vəzifəsində çalışır.
Azərbaycan Respublikasının Prezidentinin 8 mart 2014-cü il tarixli Sərəncamı ilə general-mayor hərbi rütbəsi verilmişdir.
Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamları ilə "Hərbi xidmətlərə görə” və “İgidliyə görə" medalları ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının Prezidentinin 25 fevral 2014-cü il tarixli Sərəncamı ilə general-mayor Məmmədov İlqar Aydın oğlu Azərbaycan Respublikası Daxili Qoşunları Ali Hərbi Məktəbinin rəisi vəzifəsinə təyin olunmuşdur
Hörmətli Genral- mayor İlqar Məmmədov doğum günüz mübarək olsun. 100 yaşa və sağlam yaşa!
Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev .
Hiç yorum yok:
Yorum Gönder