Daimi həyatın bütün imtahanlarından alnıacıq və üzüağ cıxan 44 günlük Vətən müharibəsi veteranı, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin İdarə Heyətinin üzvü İlkin Füzuli oğlu Rzaquliyevi doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) rəhbərliyi və Fədai.az kollektivİ adından təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və uzun ömur arzulayırıq.
Bundan öncəki ad günündə əmin — Azərbaycanın ilk döyüşçü jurnalisti Xaqani Ədəboğlu səni ürək dolusu təbrik etmişdir. Cənab leytenant, Türk oğlu Türk olan Xaqani Ədəboğlunun ruhu Vətən üçün döyüşən səni hər zaman hifz edəcəkdir.
Ey ddöyüşçüdən törəyən döyüşçü, yaxşı ki varsan! Bu gün sənin ad günündür! Bütün döyüşçü dostların səni təbrik edir!
Cəbhədə Füzuli rayonu Daş karxanasının alınmasında düşmən hərbi formalarını öz dəstəsinə geydirməklə düşmənin diqqətindən yayındıran, karxananın alınması (karyer adlanan ərazi) əməliyyatını həyata keçirən, yaralansa da döyüşü tərk etməyən bir komandir kimi bu gün haqqı oğurlananlar sırasında olsa da, «Təki Vətən yaşasın!» deyənlərdəndir İlkin Rzaquıiyev. Bu günlərdə isə bu döyüş uğurunu öz adlarına çıxmaq istəyən bir qrupu dinlədim və həmin döyüşdən olan araşdırma yazısını tezliklə sizlərə təqdim edəcəyəm. Müharibədə belə şeylər tez-tez olur. Amma əsil döyüşçülər susarlar və hər şeyi Allahın və zamanın öhdəsinə buraxarlar. Birinci müharibədə eyni üslubla rastlaşdığım üçün bunu zamanın öhdəsinə buraxmadım, buradan bir daha bildirirəm ki, döyüşçü döyüşçünün haqqına girməz. Girirsə, onun zatında problemi var.
Dəfələrlə yazmışıq ki, bu savaş atalar və oğullar savaşıydı. Köhnə döyüşçülərinin oğulları onlardan qalan yarımçıq işi tamamlayıb alınacaq qisası aldılar. Belə oğullardan biridir, İlkin Rzaquliyev. Bir hilal uğrunda, bir Bayraq uğrunda yola çıxanların sırasındaydı…
Atası Füzuli Rzaquliyevdən Birinci Qarabağ müharibəsində qalan yolu, çiyin-çiyinə Füzuli və Cəbrayıl istiqamətində davam etdirdilər. Kimlərsə ata Rzaquliyevi qınadı, amma «bu Vətən bizim» deyən kişilik yolunun dönüşü olmaz. Bir dəfə Füzuli Rzaquliyevə övladlarla bağlı bir sual ünvanladılar. Məndən soruşdu ki, oğlumun da döyüşdüyünü deyimmi?.. Dedim ki, elə soruşursan ki, elə bil biriləri kimi oğlun hansısa vəzifəyə yerləşdirmisən. Yaz, özü də böyük hərflərlə yaz. Yaz ki, hər kəs bilsin…
Bu gün İlkin bəyin 39 yaşı tamam olur. Cəbhədən 5 medalla qayıdan və adı bir neçə dəfə orden siyahılarından çıxarılan bir savaş qəhrəmanının ad günüdür.
Təbriklər, Gənc Adam…
Heç zaman düşünmə ki, bu savaş bitdi. Bizlər üçün bu savaş bitməz. Savaşçı onu daim ruhunda, yaddaşında və canında yaşadar.
100 yaşa, İlkin bəy!
Sənə dünyanın ən gözəl nəyi varsa onu arzulayıram. Çünki Qazi kimi ən gözəl olanlara layiqsən.
Bu gün sənin günündür. Qazi sərəfləndirilmiş əsgərdir! Şərəfin uca olsun!
Çünki Qazilərimiz şanlı tariximizin əbədi qəhrəmanları, dastanlaşan tariximizin canlı abidələri, millətimizin istiqlal şüurunu yaşadan əfsanələri, türk vətənpərvərlik, türk qəhrəmanlığı, türk fədakarlığının ölməz nişanələridir.
AVMVİB Mətbuat xidməti
Hiç yorum yok:
Yorum Gönder