İnsan üçün ən yaddaqalan tarixlərdən biri onun doğum günüdür. Belə insanlardan biridə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Göygöl rayon şöbəsinin sədri Hüseynov Həbib Məhərrəm oğludur. Oktyabr ayının 31-də Həbibin 50 yaşı tamam olur.
Daimi həyatın imtahanlarından alnıacıq və üzüağ çıxan- Müharibə Veteranı Hüseynov Həbib Məhərrəm oğlunu doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi, Bakmiltv info-nun kollektivi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Xankəndi və Xocalı rayon şöbəsinin idarə heyəti səmimi qəlbdən təbrik edir, ona həyatda insan ucun ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Həbib qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu illər bəxş etsin və hər yeni günün isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Azərbaycan Respublikasının müharibə veteranı Hüseynov Həbib Məhərrəm oğlu 1974 -cü ilin oktyabr ayının 31 -də Azərbaycan Respublikasının Göygöl rayonun Sarısu kəndində zəhmətkeş bir ailədə anadan olub. 1989 -cu ildə Göygöl rayonun Sarısu kənd orta məktəbini, 2002- ci ildə isə Sverdlovski şəhərində Bədən Tərbiyəsi və İdman Ünverstetini bitrib.
1992- 1996- cı illərdə Azərbaycan Ordusunda müddətli həqiqi hərbi xidmətə olub. O, Azərbaycan ordusunun tərkibində Qubadlı, Kəlbəcər və Goronboy rayonunları istiqamətində gedən döyüşlərdə iştirak edərək ona, həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsində, Hərbi Andın, Hərbi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Nizamnamələrin tələblərinin yerinə yetirilməsində üzərinə düsən vəzifə və tapşırıqlarının öhtəsindən layiqincə gəlmişdir.
Hərbici və döyüşcü yoldaşları Həbibi vətənpərvər, qorxmaz, saxavətli, insanpərvər, zəhmətkeş, əliacıq insan kimi dəyərləndırırlər. O, təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istərsədə xidmət etdiyi və işlədiyi mühitdə, istərsədə dost- tanış, qohum- əqraba arasında özünə layiq hörmət qazanıb.
44 günlük Vətən müharibəsində Hüseynov Həbib Məhərrəm oğlu ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gələrək daimi döyüş bölgələrində hərbi qulluqçularmızın yanında olaraq onlara öz köməkliyini əsirgəməmişdir.
Xidməti və ictimai vəzifələrinin yerinə yetirilməsində xüsusi fəriqləndiyinə görə Azərbaycan Ordusunun Baş Qərargah rəisinin, korpus və hərbi hissə komandirinin,Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin sədrinin müvafiq əmrləri döş nişanları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb, ona təşəkkür elan edilib və aşağıdakı medallarla təltif edilib:
1.”Müharibə Veteranı» medalı ilə ;
2. “Böyük Zəfər” medalı ilə;
3.”Milli ordunun 100 illiyi (1918- 2018)” yubiley medalı ilə;
4.”Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin 25 illiyi (1994- 2019)” yubiley medalı ilə.
YUBİLEY GÜNÜN MÜBARƏK OLSUN HƏBİB!..
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Hiç yorum yok:
Yorum Gönder