Təbrik: baş leytenant İbrahim Qasımov -52


    
 İnsan üçün ən yadda qalan günlərin başlıcası onun həyata gəldiyi gündür.Ömrə bəzək olan ad günü hər il xüsusi qeyd olunur.  Belə insanlardan biri də  peşəkarlığı,  humanistliyi,vətənpərvərliyi,işgüzarlığı,mənəvi keyfiyyəti, nəzəri və praktiki biliyi ilə seçilən
- istefada olan baş leytenat Qasımov İbrahim Adil oğludur.Oktyabr ayının  5 -də onun dünyaya göz açdığı gündür.

Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan- istefada olan baş leytenat Qasımov İbrahim Adil oğlunu   belə bir əlamətdar gün münasibətilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri, doğmaları,yaxınları, iş  yoldaşlar  səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin  nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər,İbrahim qoy yaşının üstə gələn bu yaş da  sizə sevincdolu illər bəxş etsin və hər yeni günün isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
      
 aş leytenat Qasımov İbrahim Adil oğlu  1972 - ci ilin  oktyabr ayının 5 - da Gəncə şəhərində zəhmətkeş  bir ailədə anadan olub.
       
1987 - cu ildə  Şəmkir rayon Yuxarı Seyfəli  kənd orta məktəbin 8-ci sinifini, 1989-cu ildə Şəmkir Könüllü kənd orta məktəbin  10-cu sinifini, 1994-cü  ildə Azərbaycan Politexnik İnistutunu,  1999 - cu ildə  Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin döyüş hazırlığı idarəsinin Xəzər rayonunda yerləşən təlim-tədris mərkəzində zabitlərin  ixtisas artırma  kursunu bitrib.  

O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində  Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində keşirlən bir çox   təlim- metodiki toplanışlarda, xüsusi- taktiki təlimlərdə, müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib. 

1994- 2000- ci illərdə  Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bas İdarəsinin  Gəncə və Lənkaran şəhərlərindəvə Qazax rayonda
 yerləşən hərbi hissədə və ayrıca yerləşən taborda ( əlahiddə bölükdə)    böluk komandirinin müavini  vəzifəsində xidmət edib.Xəstəliyi ilə əlaqədar 2001-ci illin yanvar ayında  Silahlı Qüvvələrə ehtiyata buraxlıb.
     
 Hərbi yoldaşları onu  vətənpərvər,qorxmaz, səxavətli,  insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta  və digər təhsil müəsissələrində, istərsədə xidmət etdiyi və çalışdığı mühitdə,    istərsədə  dost - tanış , qohum - əqraba  arasında özünə böyük hörmət qazanıb.
      
Öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın,  hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların  dəqiq və sözsüz  yerinə yetirilməsi i işində daimi nümünə olmuşdur.
     Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarına həvalə edilmiş vəzifə  və tapşrıqların yerinə yetirilməsində, şəhərlərdə,yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində   ictimai qaydanın qorunmasında  və ictimai təhlükəsizliyin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə, yaşayış  məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında,qəzalar,
bədbəxt hadissələr,yanğınlar,təbii fəlakətlər və başqa fövqalədə hallar (hərbi vəziyyət və komendant saatı) zamanı hüquqi rejim  karantin tədbirlərin  həyata keçirilməsində, eləcə də   Azərbaycan Resıubilkasının ərazi bütövlüyünün təmin edilməsində baş leytenat İbrahim Qasımov üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
        
 Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin və  hərbi hissə komandirinin müvafiq əmrləri ilə bir çox fərmanlarla,diplomlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
     
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN.
İBRAHİM!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

Azərbaycan Respublikasının Silahlı Qüvvələr və  Müharibə Veteranı polkovnik Salman Musayev





Hiç yorum yok:

Yorum Gönder

Pages