Şükür Nəriman oğlu Həmidov


   
       Şükür Nəriman oğlu Həmidov
 (1 aprel 1975, Armudlu, Qubadlı rayonu – 22 oktyabr 2020 Qubadlı rayonu) — Azərbaycan hərbçisi, Azərbaycanın Milli Qəhrəmanı (2016), Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Azərbaycan Silahlı Qüvvələrinin 2-ci Ordu Korpusunun Komandir müavini, İkinci Qarabağ müharibəsi şəhidi.
            Şükür Həmidov 2016-cı ilin 2–5 aprelində baş verən Aprel döyüşlərində Cəbrayıl rayonu istiqamətində yerləşən "Lələtəpə" strateji nöqtəsinin alınması zamanı xüsusilə fərqlənmiş, buna görə də Azərbaycan Prezidenti İlham Əliyevin 20 aprel 2016-cı il tarixli Sərəncamına əsasən Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. O, son 17 il ərzində sağlığında bu ada layiq görülən birinci şəxs oldu.
          Şükür Həmidov 2020-ci ilin sentyabrında başlanan İkinci Qarabağ müharibəsində Cəbrayıl, Füzuli və Qubadlıda gedən döyüşlərdə savaşıb, oktyabrın 22-də isə doğulduğu və 18 yaşında didərgin düşdüyü Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə həlak olmuşdur.      
       Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Neftçala rayon şöbəsi və “Qocalar Döyüşə Gedir” qrupu adından ailəsinə və yaxınlarına səbr diləyirik.
           Mübariz Eldar oğlu  -  AVMVİB-nin Xankəndi şəhər və Xocalı rayon şöbəsi və BAKİ MİLLİ TELEVİZİYASI (Bakmiltv.info) ilham Rəsulzadə 


Hiç yorum yok:

Yorum Gönder

Pages