Tarix boyu həkimlik sənətinə ülvi bir peşə, həkimə isə müqəddəs bir şəxs kimi yanaşılmışdır.Sənətini mükəmməl bilən, insanların sağlamlığının keşiyində ləyaqətlə duran, onların qayğısına qalan həkimlərin xətri el-obada həmişə əziz tutulmuşdur. Hətta el arasında müdrik və mütərəqqi adamları loğmanla müqayisə edirdilər.
Həkim adını daşımaq nə qədər məsuliyyətli olsa da, bir o qədər də şərəflidir. Xalqın səhhətini qorumaq, hər kəsin öz sağlamlığını və həyatını etibar edəcəkləri qədər inamını qazanmaq hər insana nəsib olmur. Möcüzəli əlləri ilə insanlara şəfa bəxş edərək, xarakteri ilə səhhətlərində yaranmış problemlərini unutduraraq onların ehtiramını qazanmaq həkimlərin peşə vəzifələrinin ən ümdə məqamlarından biridir. 1-ci və 2-ci Qarabağ müharibəsi iştirakçısı Musa həkim də öz davranışı, dürüstlüyü, insanpərvərliyi, qayğıkeşliyi və insanlara sağlamlıq, eləcə də gözəl təbəssüm bəxş etmək məharəti ilə onların etibarını və rəğbətini qazanmış həkimlərdəndir. Təsadüfi deyil ki, pasientləri Musa həkim barəsində danışanda deyirlər ki, “gözəl insandır və “əlləri qızıldır”.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Xətai rayon şöbəsinin üzvü -istefada olan tıbb xidməti baş leytenant Süleymanov Musa Qacay oğlu 15 sentyabr 1961-ci il tarixdə Göycə mahalının Basarkeçər rayonun Çaxırlı kəndində doğulmuşdur.Zəhmətkeş ailədə dünyaya gələn Musa həkim qədirbilən övlad, güvənilən qardaş, sevimli həyat yoldaşı və qayğıkeş atadır. Onun atası Qacay Məsmalı oğlu Süleymanov 2-ci Dünya müharibəsinin iştirakçısı və 1-ci qrup müharibə əlili, 10 uşaq atası olub və müxtəlif sahələrdə çalışıb. Hazırda Bakı şəhəri Xətai rayonunda yaşayan Musa həkim ailəlidir.3 övlat atasıdır. Həyat yoldaşı Süleymanova Foyqiyə Bəylər qızı müəllimədir. Övladlarından Səməd, Aynurə və Elnarə ali təhsilidirlər və onlar dövlət işində çalışırlar.
Göycə mahalının-Basarkecər rayonun Çaxırlı kəndində orta məktəbi fərqlənmə ilə başa vuran Musa Süleymanov 1978-ci ildə Nərman Nərimanov adına Azərbaycan Tibb İnstitutunun müalicə profilaktika fakültəsinə daxil olmuşdur. 1985-cü ildə həmin fakültəni müvəffəqiyyətlə başa vurduqdan sonra, elə həmin il Kəlbəcər rayon mərkəzi xəstəxanasında həkim kimi fəaliyyətə başlamışdır.
1985- 1988- cı illərdə Kəlbəcər rayon mərkəzi xəstəxanasında həkim və təcili yardım şöbəsinin müdiri, 1989-1992-ci illərdə Xətai rayon Təcili yardım Stansiyasında məsul həkim,1992- 1996-cı illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Nərimanov rayonda yerləşən hərbi hissənin tibb xidməti rəisi vəzifələrində Vətənə və Xalqa sədaqətlə xidmət edib.1997- ci illdən etibarən Bakı şəhəri Xətai rayonun 7 saylı təcili yardım stansiyasında səyyar həkim vəzifəsində fəaliyyətini davam etdirir.
Musa həkim Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi, Xətai rayon Təcili yardım Stansiyasında isə çalışdığı illər ərzində ölkəmizdə keçirilən bir çox hərbi xüsusi - taqtiki təlimlərdə, müvafiq ixsasartırma kurslarında və seminarlarda, eləcə və simpoziumlarında iştirak etmişdir.
Peşəkar və təcrübəli Musa həkim Qanunvericiliklə müəyyən edilmiş qaydada Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına, Kəlbəcər rayon mərkəzi xəstəxanasına və Bakı şəhər Xətai rayon Təcili yardım Stansiyasına həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi- tədbirlərin keçirilməsi yerlərində ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, islah -əmək müəssisələrində və yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, xəsarət almış və yaralanmış şəxslərin döyüş meydanınan çıxarılmasında və onlara ilkin tibbi yardımın göstərilməsində, qəzalar, bədbəxt hadisələr, yanğınlar, bədbəxt hadisələr, təbii fəlakətlər və başqa fövqəladə hallar, habelə fövqəladə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin edilməsində və təxirə salınmaz tədbirlərin görülməsində, Azərbaycan Respublikası ərazisinin müdafiəsində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmişdir.
Öz xidməti və ictimai vəzifələrini, hərbi hissə, eləcə də Xətai rayon Təcili yardım Stansiyası qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə və səmərəli fəaliyyətinə görə dəfələrlə müxtəlif mükafatlara layiq görülüb, “Böyük Zəfər” medalı və döş nişanı ilə təltif olunub. Musa Süleymanov Yeni Azərbaycan Partiyasının üzvüdür.
Azərbaycan Respublikasının Müharibə Veteranı-ehtiyatda və istifadə olan tıbb xidməti baş leytenantı Musa Sulymanov 1992-1994-cü illərdə və 2020-ci ildə Azərbaycan ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında fəal iştirak edərək, üzərinə düşən vəzifələri məsuliyyət və şərəf hissi ilə yerinə yetirmişdir.
Şərəfli ömür yolu keçmiş, insanların sağlamlığını ləyaqətlə qorumuş və savadlı mütəxəssis, gözəl insan və qayğikeş həkim kimi kiçikdən-böyüyə onu tanıyanların hər birinin dərin rəğbətini qazanmış Musa həkimin 2024-cü ilin sentyabr ayının 15-də 63 yaşı tam olub. Belə bir əlamətdar gün münasibəti ilə istifada olan tibb xidməti baş leytenantı Musa Süleymanovu Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının ehtyatda və istifadə olan zabitləri, (tibb işçiləri), kollektivi, onun doğmaları, əzizləri, yaxınları, iş və döyüşcü yoldaşları səmimi qəlbdən ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, firavan həyat, ailə səadəti və hərtərəfli uğurlar diləyir.
Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev.
Hiç yorum yok:
Yorum Gönder