İnsan həyata həkimlə başlayır, hətta bəzilərimizin, ümumiyyətlə, yaranmasına Allahdan sonra öz elmi ilə həkim köməklik göstərir, ana bətnində belə, sağlamlığımıza həkim nəzarət edir. İnsanlıqdan gələn ilk yardımı da həkimdən alırıq, o, bizə dünyaya göz açmağımızda yardımçı olur.
Bir sözlə, həkim bizə həyata bağlanmaq üçün enerji ötürür. Bu mənada yəqin ki, Allah hər kəsi həkim qədər şərəfli əməl sahibi etməmişdir. Həkimlər ömrümüzün Allahdan sonrakı hökm, fərman sahibləridirlər.
İnsan o zaman xoşbəxt ola bilər ki, öz peşəsini ürəkdən sevsin, peşəsinin xalq üçün gərəkli olduğunu, ona fayda verdiyini dərk etsin. Həkimlik sənəti qəhrəmanlıq, hünər deməkdir. Bu peşə insandan fədakarlıq, pak niyyət tələb edir. Hər kəs buna qadir ola bilməz. Bunun üçün həkimin fikri aydın, qəlbi təmiz olmalıdır. Həkim olmaq Motsartın bəstəsinə bənzəyir: yeni başlayanlar üçün asan, ustadlar üçün isə çox çətin bir anlama malikdir.
Elmə olan məhəbbət insana olan məhəbbətdən ayrılmazdır, buna görə də həkim təkcə təbabəti bilirsə, deməli, o, təbabəti bilmir. Həkim insan sərrafı olmalıdır. Həkimlə danışdıqdan sonra xəstə yüngülləşmirsə, deməli, o, əsl həkim ilə danışmayıb.
Ömrünün bir çoxunu həkim peşəsinə həsr edən, Daxil İşlər Nazliyinin Daxili Qoşunlarının Baş İdarəsinin Tibb xidmətinin həyatında öz dəst- xətti olan- peşəkar, qayğıkeş və təcrübəli həki- istifadə olan tıbb xidməti kapitanı Ağamalıyeva Sevda Nurmməd qızının sentyabr ayının 6-da 60 yaşı tamam oldu.
Daimi həyatın bütün imtahanlardan alnıaçıq və üzüağ çıxan Sevda həkimi doğum (yubiley) günü münasibəti ilə Daxili İşlər Nazliyinin Daxili Qoşunlarının ehtyatda və istifadə olan zabitləri, kollektivi (tibb işçiləri), doğmaları və yaxınları səmimi qəlbdən təbrik edir,ona bu şərəfli yolda uzun ömür can sağlığı arzulayırlar.
Tibb xidməti kapitanı Sevda Ağamalıyeva Daxili İşlər Nazliyinin Daxili Qoşunların Baş İdarəsinin Tibb xidmətində xidməti etdiyi illər ərzində öz xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə və digər xidmətlərə görə Daxil İşlər Nazirinin, Daxili Qoşunlar komandanın müvafiq əmrləri ilə əla xidmətlərə görə bir sıra medallarla, əlacı və yubiley döş nişanıları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırılıb və ona təşəkkür elan edilib.
SEVDA HƏKİM YUBİLEY GÜNİZ MÜBARƏK OLSUN!
Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder