*********** 08.10.2024 çü il “ANIM GÜNÜ ” ************
ŞƏHİD QANI AXMAYAN TORPAQDAN VƏTƏN OLMAZ
ŞƏHİD Muradov Habil Tahir oğlu 12 mart 2002-ci ildə Azərbaycanın Salyan rayonunda anadan olmuşdur. Habil 2008-ci ildə Salyan rayonu 1 saylı tam orta məktəbində 1-ci sinfə daxil olmuşdur. Daha sonra təhsilini Neftçala rayonu Cəngən kəndində davam etdirmişdir. 2019-cu ildə həmin məktəbin məzunu olmuşdur ŞƏHİD Muradov Habil Tahir oğlu Vətənin dar günündə könüllü olaraq Milli Ordu sıralarına qoşulmuş, (M/N – 706 saylı H/Hissə) Füzuli və Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə döyüşmüşdür.
ŞƏHİD Muradov Habil Tahir oğlu 2020 – ci ilin oktyabrın 8-də Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlmişdir. Şəhidimiz 8 oktyabr tarixində Neftçala rayonunun Beştalı kəndində dəfn edilmişdir.
ŞƏHİD Muradov Habil Tahir oğlunun müqəddəs ruhu şaddır , Çünki onların qanı tökülən torpaqlarda Azərbaycanın şanlı Bayrağı dalğalanır.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədri Füzuli Rzaquliyev 90 min müharibə veteranı və “Qocalar Döyüşə Gedir” qrupu adından şəhid ailələri «Başın sağolsun, Vətən» deyib Şəhid ailəsinə və yaxınlarına səbr diləyirik.
Mübariz Eldar oğlu, AVMVİB-nin Neftçala rayon şöbə sədri və «Vetran.az” qəzetinin Şirvan-Salyan regional muxbiri
Hiç yorum yok:
Yorum Gönder