Şəhid İsmayıl Kərimli 1997-ci il oktyabrın 10-da Bakı şəhərində anadan olub.



2015-2019-cu illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) "Su Təsərrüfatı və MKS" ixtisası üzrə ali təhsil alıb. Subay idi.
        İsmayıl Kərimli 2019-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan İsmayıl Kərimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
       Hadrut döyüşləri zamanı döyüş yoldaşlarının əhatəyə aldığı səngərə daxil olub və Ermənistan Silahlı Qüvvələrinin bir neçə əsgəri öldürüb. İsmayıl Kərimli noyabrın 4-də Daşaltı istiqamətində döyüş yoldaşlarını xilas edən zaman ağır yaralanıb, nəticədə şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.
         Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Xankəndi şəhər Xocalı rayon şöbəsi və Baki Mill Televiziyası kolektivi adından ailəsinə və yaxınlarına səbr diləyirik.
           

Hiç yorum yok:

Yorum Gönder

Pages