Şəhid atası baş leytenant Akif Lələyevin 14 oktyabr doğum günüdür.

 
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Azərbaycan ordusunun həyatında öz dəst-xətti olan, yüksək hərbi peşəkarlığı, işgüzarlığı,  intellektual səviyyəsi, idarəçilik qabiliyyəti,insanpərvərliyi,dəqiqliyi,təmkinliyi,sadəliyi,səmiyyəti,vətənpərvərliyi,qayğıkeşliyi, iradi və mənəvi keyfiyyətləri ilə seçilən,səhid Ruslan Lələyevin atası  2 qrup müharibə əlili, Lələyev  Akif Həsən oğludur.Oktyabr ayının 14  də onun dünyaya göz açdığı gündür .
İstefada olan baş leytenat Lələyev Akif Həsən oğlu 1966-cı ilin oktyabr ayının 14-də Tərtər rayonun Səhləbad kəndində zəhmətkeş bir ailədə anadan olub. Akif  Lələyevin oğlu Ruslan  Azərbaycan Ordusunun xüsusi təyinatlı qüvvələrində snayper-kəşfiyatcı  (müddətdən artıq xidmət edən-cavuş)  vəzifəsində Vətənə və Xalqa sədaqətlə xidmət etmiş,44 günlük vətən müharibəsi iştirakcısı olub,AzərbaycanAzərbaycan Respublikasının Silahlı Qüvvələrinin 2023 cü ilin sentyabr ayında Qarabağda keçirdiyi lokal xarakterli antiteror əməliyyatlar zamanı   sentyabr ayının 19-da şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikası Prezidentinin  müvafiq sərəncamları ilə  3-cü dərəcəli “ Rəşad” ordeni və “ Vətən” uğrunda medalı ilə təltif olunub..  
Lələyev Akif 1983-cü ildə  Tərtər rayon Səhləbad orta məktəbi,1988-ci ildə isə Ordjonikidzə  Ümumqoşun  Ali Komandirlər məktəbini bitrib.
Baş leytenat Akif Lələyev 1988 - 1991ci İllərdə SSRİ Müdafiə Nazirliyinin  Jitomir,  Krasnodar   və Gəncə şəhərlərində yerləşən hərbi hissələrində  taqım komandiri, böluk komandiri,tabor komandirinin müavini, zastava rəisi,  kəşfiyyat rəisi vəzifələrində olub. 1992- 1995 - ci illərdə   Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Döyüş Hazırlığı İdarəsində baş zabit (polkovnik leytenat) vəzifəsində  Vətənə və Xalqa sədaqətlə xidmət etmişdir.
Lələyev Akif ailə vəziyətinə görə Daxili Qoşunların Baş İdarəsindən Silahlı Qüvvələrə ehtiyata buraxıldıqdan sonra, bir müddət Azərbaycan Ordusunun və Tərtər  Könüllər Taborun tərkibində müxtəlif vəzifələrdə  xidmət edərək, üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Öz tabeliyində olanlara, və bir çox hərbi qulluqculara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın,  hərbi və daxili Qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların   dəqiq və sözsüz yernə yetirilməsi işində  daimi nümünə olmuşdur.
O,Azərbaycanın ərazi bütövlüyü uğrunda  ( Qazax,  Goranboy, Laçın, Tərtər, Ağdərə, Ağdam və Füzuli rayonları istiqamətlərində)  gedən döyüşlərdə  gedən döyüşlərdə  fəal  iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.  Qazax,  Lacın,  Tərtər,   və Ağdərə rayonlarının ərazi bütövlüyü uğrunda   gedən döyüşlərdə 4  dəfə yarlanıb. Azərbaycan Respublikasının 2 qurup müharibə əlillidir.Akif Həsən oğlu Lələyev 44 günlük vətən müharibəsi zamanı daimi hərbi qulluqcularmızın  yanında olaraq oz köməkliyini onlardan əsirgəməmişdir. 
O,Azərbaycan Respublikasında şəhərdə,yaşayış məntəqələrində və kütləvi tədbirıərin kecirilmə  yerlərində ictimai qaydanın qorunmasında  , ictimai təhlükəsizliyin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında,bədbəxt hadisələr, qəzalar,yanğınlar, təbii fəlakətlər zananı və başqa fövqəladə hallar (hərbi vəziyyət və komendant saatı)  zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində, eləcə də   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
 Hərbi yoldaşları Akif  Lələyevi vətənpərvər, qoruxmaz, saxavətli,  insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə,    istərsədə  dost - tanış , qohum - əqraba  arasında özünə böyük hörmət qazanıb.
 Öz xidməti vəzifə borclarını və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları  yerinə yetirilməsində xüsusi fəriqləndiyinə görə SSRI və Azərbaycan Respublikalarının Müdafiə və Daxili İşlər Nazirlərinin,  Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Döyüş hazırlığı idarə rəisinin, Ali hərbi məktəb rəisinin, korpus, diviziya və hərbi hissə komandirlərinin müvafiq əmrləri ilə  bir sıra medallara,  "əla xidmətlərə görə"  əlacı, idman və yubiley  döş nişanları ilə təltif olunub,bir çox  fərmanlarla, diplomlarla, qiymətli hədiyyələrlə (pul mükafatı ilə) mükafatlandırlıb  və ona təşəkkür elan edilib.
 DOĞUM GÜNÜN MÜBARƏK OLSUN AKIF MÜƏLLİM!
 ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan  Respubilkasının Silahlı Qüvvələr və  Müharibə Veteranı polkovnik Salman Musayev
     


Hiç yorum yok:

Yorum Gönder

Pages