Sazlı, Sözlu Kəlagayı Günləri'' adlı sərgi-tədbir keşirilir- FOTOLAR



KƏLAĞAYI FESTİVALI DAVAM EDİR  

Bakmiltv.info XeberTıme.az xəbər verir ki, 19 oktyabr 2024- cü ildən Xətai Sənət Mərkəzində “Kəlağayı yaşıl dünyaya töhfədir” adlı tədbir və  sərgi keçirilir və  20, 21, 22, 23 oktyabr tarixlərində 11:00- dan 19:00 - qədər davam edəcək.
Xətai Sənət Mərkəzində Xətai Rayon İcra Hakimiyyətinin, Xətai Rəsm Mərkəzinin dəstəyi və Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü və təşkilatçılıgı ilə ”Sazlı, Sözlu Kəlagayı Günləri'' layihəsi çərçivəsində “Kəlagayı yasıl dünyaya töhfədir” adlı tədbir və sərgi yüksək səviyyədə davam edir. 
Tədbir başlamamışdan öncə Sənət Mərkəzinə gələn qonaqlar sərgi ilə tanış olurlar. Tədbir iştirakçıları qədimi və müasir kəlağayıları, kəlağayı üzərinə həkk olunmuş klassiklərin  portretlərini, rəssam Gülnarə Məmmədovanın kəlağayı və vətənprvərlik mövzusunda rəsm əsərlərini,   Sehran Allahverdinin ''Kəlağayı'' kompozisyiasını, Natiq Nəcəfovun  silsilə “Örpəkli qadın”  rəsmlərini, Güllü Eldar Tomarlınn yaşıl dünyanı əks etdirən əl işlərini maraqla izləyirlər.
Tədbirin ilk günü, oktyabrın 19-da giriş sözü ilə çıxış edən Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri  Pənah İmanov tədbirin mahiyyəti haqqında geniş məlumat verdi. Çıxışında  “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində görülən işlərdən, keçirilən tədbirlərdən söz açdı. Bu sahədə Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin, şəxsi “Kəlağayı Muzeyi”nin yorulmaz fəaliyyətini alqışladı. 
Torpaqlarımızın ərazi bütövlüyünün azadlığı uğrunda canından keçən şəhidlərimiz anıldı, dövlət himni səsləndirdi. Mirvarid Dilbazi Poeziya Məclisinin İctimai Birliyinin sədri, Kəlağayı Muzeyinin direktoru, layihə rəhbəri Güllü Eldar Tomarlıya söz verildi. O, öz çıxışında bildirdi: “2024- cü ildə Azərbaycan Republikasının Birinci vitse prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın səyi nəticəsində kəlağayımzın UNESCO-nun Qeyri Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 10 illik yubileyidir. Bu münasibətlə yanvar ayından başlayaraq Azətbaycan əksər bölgələrində müxtəlif tədbirlər - festivallar, konsertlər təşkil edildiyini, ilk “Kəlağayı Festivalı”nın  Xətai Rayon İcra Hakimiyytinin dəstəyi ilə Heydər Əliyev  parkındakı möhtəşəm  amfiteatrda yüksək səviyyədə keçirildiyini və bu günə qədər də bölgələrimizdə, ali təhsil ocaqlarında, ümumtəhsil məktəblərində  çoxlu sayda kəlağyımıza aid tədbirlərin davam etdiyini qeyd etdi. Bildirdi ki, bu günkü tədbirimiz ''Kəlağayı yaşıl dünyaya töhfədir'' adı ilə keçirilir. Çünki, ana təbiət və minillərin yadigarı kəlağayımız həyat tərzimizlə bir harmoniya təşkil edir. Kəlağayı təbiətin, mənəviyyatımızın, adət-ənənələrimizin ayrılmaz bir hissəsinə çevrilib.” 

Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov milli mənəvi dəyərlırimizə aid olan tədbirlərin keçirilməsinin vacibliyindən danışdı. Analarımızın, nənələrimizin baş tacı olan  kəlağayımızı bu günkü və gələcək nəsillərə ötürülməyinin vacibliyini bildirdi. Xətai Rayon İcra Hakimiyyətinin əməkdaşları Mehriban İsrafilova , Turan Cəfərova, Xətai Sənət Mərkəzinin təşkilatçısı Nəzakət Əvəzova kəlağayı haqqında xatirələrini danışdılar. 
Xətai Rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Mürvət Əsgərov, şuranın üzvləri - şəhid atası Meyvəddin Ramaldanov, Nizami Hüseynov  vətənpərvərlik mövzusunda çıxışları ilə qürur verdilər. Yazıçı, araşdırmaçı Vaqif Osmanlı “Kəlağayı yaşıl dünyaya töhfədir” mövzusunda geniş çıxış etdi. O, tut yarpağından qidalanan, sonra da özünə qapı, baca qoymadan barama adlı zərif ipək ev tikən ipəkqurdunun barı kəlağayıların min illərdən bəri Azərbaycan xanımlarının ismət, namus, abır, həya rəmzi, qadınların başının tacı olduğunu, həm də müalicəvi əhəmiyyət daşıdığını vurguladı. Daha sonra…
Tədbirin rəsmi hissəsindən sonra bədii hissə başlandı.  Əməkdar Mədəniyyət işçisi Solmaz Kosayeva, gənc bəstəkar, müğənni Arif Mehmandost, gənc aşıq Nərmin Cəlal öz musiqiləri ilə iştirakçılara xoş ovqat bəxş etdilər.

***
Xəbər verdiyimiz kimi 19-22 oktyabr 2024-cü il tarixlərində Xətai Sənət Mərkəzində '' Kəlağayı yaşıl dünyaya töhfədir'' adlı kəlağayı günlərini keçirilib. 
Xətai Rayon İcra Hakimiyyəti, Xətai Sənət Mərkəzi və Mirvarid Dilbazi Poeziya Məclisinin təşkilatçılıgı ilə ''Sazlı, sözlu kəlagayı günləri'' layihəsi çərçivəsində keçirilən sərgidə rəssam Gülnarə Məmmədovanın kəlağayıdan bəhs edən rəsm əsərləri, Güllü Eldar Tomarlının yaşıl dünyanı özundə əks etdirən əl işləri, yaşı əsrlərə söykənən qədimi kəlağayıları, həmçinin, müasir Basqal kəlağayıları nümayiş olunur. 
Tədbirdə Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət himni səsləndirilib. Çıxış edən rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Pənah İmanov, rayon Ağsaqqallar Şurasının sədri şəhid atası Mürvət Əsgərov, Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, Yasamal rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Cavid Şıxcəfərli, Yasamal rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri Xəqani Orucov, Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova və mərkəzin əməkdaşları, papaqçı Orxan Şükürov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin üzvü Ramiz Yusubov, Qarabağ qazisi Gülağa Cəfərov və digər çıxış edənlər qeyd ediblər ki, “2014-cü ildə Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Bu əməkdaşlığın və Azərbaycanın birinci xanımının qayğısının nəticəsi olaraq UNESCO-nun müvafiq siyahılarında yer alan mədəni irs nümunələrinin qorunması və inkişafı üçün ölkəmizdə əhəmiyyətli tədbirlər həyata keçirilir. Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, ölkəmizin UNESCO yanında daimi nümayəndəliyi, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birgə həyata keçirdikləri çoxşaxəli fəaliyyət nəticəsində Komitə kəlağayı sənətinin Azərbaycan xalqının milli mənəvi dəyərlər sistemində və adət-ənənələrimizdə ən mühüm mədəniyyət nümunəsi olduğunu beynəlxalq səviyyədə təsdiq etmiş oldu. Azərbaycanın mədəniyyət həyatında baş verən bu tarixi hadisə Prezident İlham Əliyevin milli- mənəvi dəyərlərimizin qorunmasına, ölkəmizin mədəniyyətinin inkişafına göstərdiyi yüksək diqqət və qayğının nəticəsidir.”
Tədbirin keçirilməsində məqsəd tarixi yüzilliklərə dayanan, Azərbaycan kəlağayısının əvvəlki şan-şöhrətini özünə qaytarmaq və onu təbliğ etməkdir. Tədbirdə iştirak edən papaqçı Orxan Şükürov Azərbaycanın mədəni irs nümunalərindən biri, bu günə qədər öz aktuallığını qoruyub saxlayan kişi baş geyimi buxara papaqlardan söhbət açdı və buxara papaqların bir neçə növünü nümayiş etdirdi.

Bədii hissədə Əməkdar Mədəniyyət işçisi Solmaz Kosayevanın ifasında mahnılar səsləndi, milli rəqslər ifa olundu, iştirakçılara xoş ovqat bəxş etdilər.                           
Şəkillər və vidio çəklişlər Bakı Milli Televiziyası və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Xankəndi və Xocalı rayon söbəsinin müdiri İlham Rəsulova məxsusdur.   
Tədbir 23 oktyabr 2024-cü ilə qədər davam edəcək. 


Hiç yorum yok:

Yorum Gönder

Pages