Rusiyanın Yekaterinburq şəhərində baba yeni doğulan nəvəsini vəhşicəsinə qətlə yetirib. Körpə cəmi bir ay yarımlıq olub. Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə ötən gecə İnjenernaya küçəsindəki mənzildə baş verib. 45 yaşlı Dmitri Kuçin uşağı vəhşicəsinə döyərək başını əzib. Sonra hadisə yerindən qaçıb. Tezliklə Kuçin yaxınlıqdakı küçədə saxlanılıb. Məlumata görə, o, körpənin başını yerə çırpıb. Hazırda hadisə yerində çoxlu polis əməkdaşı var. Bakıda qadın yaylığı ilə özünü asdı Ucarda yanacaqdaşıyan maşın yandı, ölən var - VİDEO Qusarda yataqxana yandı: zəhərlənənlər var Ətraflı Saxlanılan şəxsin üç övladı var. Ölən körpə ən böyük oğlu Andreyin övladı imiş. Bütün ailə bir mənzildə yaşayıb. Nənə uşaq bağçasında baxıcı, əri tikintidə fəhlə işləyib.



Vətən Müharibəsi qəhrəmanı, şəhid polkovnik-leytenant Orxan Əkbərovun ailəsinə daha bir ağır itki üz verib.

Bakmiltv.info-nın verdiyi məlumata görə şəhidin qardaşı Elnur Əkbərov dünyasını dəyişib. Axşam saatlarında qəfildən halı pisləşdiyini görən əmisi oğlu onu  Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

Həkimlərin səylərinə baxmayaraq onun həyatı xilas etmək mümkün olmayıb. İlkin ehtimala görə 38 yaşlı şəhid qardaşı ürəktutmadan vəfat edib.

Mərhum, bu gün rəhmətə gedən, həmyerlisi Milli Qəhrəman Mübariz İbrahimovun atasının dəfn mərasimində iştirak edib.

Vətən Müharibəsi Qəhrəmanı O. Əkbərovun digər qardaşı Taleh Əkbərov bu ilin may ayında dünyasını dəyişib. O, Biləsuvarda qardaşının məzarının yanında dəfn edilib.

Qeyd edək ki, Orxan Əkbərov 2020-ci ilin oktyabrın 7-si Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. O, ölümündən sonra çoxsaylı medallarla təltif edilib.

Hiç yorum yok:

Yorum Gönder

Pages