“Qızlarınızı diplomu olan oğlana ərə verin”



“Diplomu olan qızı diplomu olan oğlana ərə verin. Qızın ən yaxşı cehizi diplomu, oğlanınkı isə hərbi xidmətə gedib gəlməyi”.

Bakmiltv.info xəbər verir ki, bu sözləri aparıcı Aytən Səfərova “Xəbər ertəsi” verilişində deyib. Valideynlərə səslənən aparıcı bunları əlavə edib:

“Diplom göstərişdir. Diplomu olanın dünyagörüşü çox olur. Nə qədər valideyninə qarğış edən qız görmüşük: oxumaq istəmişəm, amma atam, anam 14 yaşında nişanlayıb, 16 yaşında ərə verib. Uşaqları oxudun, 21-ci əsrdəyik, amma orta əsrlərə qayıdırıq. İllərlə universitetə ayaq döyürsən və onunla birlikdə böyüyürsən”.

Hiç yorum yok:

Yorum Gönder

Pages